Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan sərhədçisi hər cür təxribatın qarşısını layiqincə almağa qadirdir”

“İrəvanın terror-təxribat siyasəti Ermənistanı məhvə aparır”.

Bunu Azərtac-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan 30 illik terror-təxribat siyasətinin ona fayda vermədiyini anlamalıdır:

“Ermənistanın 30 il bundan öncə ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti, terror-təxribat fəaliyyəti nəticəsi etibarı ilə bu ölkənin özünü ağır vəziyətdə qoyub. Bu gün Ermənistan yarımcan orduya, darmadağın edilmiş iqtisadiyyata, ağır sosial böhrana malik dövlətdir. Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qalması, öz sərhədlərini belə müstəqil şəkildə qoruya bilməməsi onun düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

Bildiyiniz kimi, Dövlət Sərhəd Xidməti 25 iyil tarixində ermənilərin “Laçın” nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribat törədə biləcəyi, bunun üçün müəyyən hazırlıqlar apardığı ilə bağlı məlumat vermişdi. DSX-nın məlumatında vurğulanmışdı ki, ermənilər qeyd olunan ərazidə  müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənilərin bu gün belə sülh deyil, təxribat haqqında düşünməsi təəssüfedicidir və bu, İrəvanın tarixi səhvlərini, tarixi cinayətlərini təkrarlamaq niyyətində olduğunu göstərir.

Qəhrəman sərhədçilərimiz hər cür təxribatın qarşısını cəsarətlə alacağı, təxribatçılara layiqli cavab verəcəyi şübhəsizdir.  Əslində, DSX-nın mümkün erməni təxribatı ilə bağlı qabaqcadan məlumat verməsi, sərhədçilərimizin vətənin keşiyində nə qədər ayıq-sayıq dayandığını göstərir. Mən buna görə sərhədçilərimizə təşəkkür edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Rəsmi İrəvan isə əmin ola bilər ki, hər belə təxribat Ermənistan üçün ağır itkilər və böyük rüsvayçılıqla başa çatacaq”.

 

2023-07-26 13:11:37
2580 baxış

Digər xəbərlər

Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir. Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Ziyad Səmədzadə Eldar İbrahimov Əhliman Əmiraslanov Teymur Bünyadov Sudeif İmamverdiyev".

Hamısını oxu
İlham Əliyev Qubadlıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb. “Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Tarix yaradan Lider!

  “Azərbaycan dünyaya günəş kimi doğacaqdır”.   Bu sözləri 1993- cü ildə ildə, yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan adlı məmləkətin xilaskarı, Ümummilli Lider Heydər Əliyev səsləndirmişdir. İllər keçdi, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik bütün arzuları, vəsiyyətləri real həyatda təsdiqini tapdı. Bu arzuları reallığa çevirməklə, adını dünya tarixnə qızıl hərflərlə yazdıran Lider isə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Tarix yaradan Lider.   Son günlər, ölkənin aparıcı Kütləvi informasiya vasitələri, siyasətçilər, ictimai-siyasi xadimlər Prezident İlham Əliyevin rəhbərliyi dövrdə əldə etdiyi, əldə etdiyi nailiyyətlər barədə çoxsaylı yazılar yazılır, çıxışlar edilir. Təbiidir. Xalq öz Liderinə, xilaskarına vəfa borcunu qaytarır. “Bütün ixtiraların ən mürəkkəbi idarəetmə sistemidir” Kant.   2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev, “Regionların sosial-iqtisadi inkişafı haqqında “ 4, “ Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı haqqında” isə, 3 dövlət proqramını təsdiq etdi.   Nəticə olaraq, minlərlə yeni məktəb, uşaq bağçaları,xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, mədəniyyət sarayları, magistral yollar, elektrik stansiyaları, inzibati binalar, şəhid ailələri, qazilər, məcburi köçkünlər üçün evlər, yeni ali məktəblər, inzibati binalar tikildi, parklar salındı. Əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatının ödənilməsi istiqamətində milyardlarla maliyyə tutumu tələb edən infrastruktur layihələri icra olundu. Aqrar sektorun inkişafına xüsusi diqqət göstərildi. Proqramların icrası, ölkə regionlarının və paytaxtın harmonik inkişafını təmin etmiş oldu.   TANAP-(Trans-Anadolu), TAP-(Trans-Adriatik), onun tərkib hissəsi olan “Cənub Qaz Dəhlizi” , Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi.   100 illərdən bəri Bakı əhalsinin 1 nömrəli problemi, içməli suya ehtiyacının ödənilməsi üçün, Oğuz-Qəbələ-Bakı layihəsi icra olundu. Taxtakörpü su anbarı tikildi.   Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının, Avropadan Asiyaya çəkilən fiber-optik kabelin Azərbaycandan keçməsi, ölkəmizi regionun nəqliyyat-loqistika mərkəzinə çevirdi. Azərbaycan yerin süni peyklərini kosmik fəzaya göndərməklə, azsaylı kosmos ailələrinə aid edilən dövlətlərin sırasına düşdü.   Azərbaycan, Şərqlə Qərbin arasında körpü rolunu oynayan, beynəkxalq tədbirlərin keçrildiyi multikulturalizm, konfessiyalar arası münasibətlərin nizamlandığı, tolerantlıq mərkəzinə çevrildi. “Avrovision” musiqi festvalı, ilk Avropa Oyunları, İslam oyunları və çoxsaylı idman yarışları, dünya və Avropa çempionatları keçirildi.   Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra, xeyli sayda idmançılarımız olimpiya, dünya və Avropa çempionları titulunu qazandılar.   Minlərlə istedadlı gənc, Dövlət maliyyəsi hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etdi.   Post-sovet ölkələri arasında, Rusiyadan sonra BMT Təhlükəsizlik Şurasına dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq üzv seçildi və sədrlik etdi. Qoşulmama Hərəkatına üzv olandan sonra qısa zaman kəsiyində sədr seçildi və Hərəkatın ciddi beynəlxalq gücə çevrilməsinə nail oldu. Biz bunun real nəticələrini Vətən müharibəsində gördük. ÜDM, makro-iqtisadi göstəricilər dəfələrlə artdı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı. İqtisadi imkanlar artdıqca sosial layihələr icra olundu.   Elə bir sahə yox idi ki, Prezident onun inkişafında inqlabi nəticələrə nail olmasın. Ancaq, ölkənin əsas problemi, son 30 ildə hər bir azərbacanlının ürəyində yara salmış Qarabağ torpaqları işğalda idi.   Ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunmuş güclü ordu quruldu. 21-ci əsrin müharibəsini aparmaq üçün Silahlı Qüvvələrin bütün növlərinin, NATO sisreminə uyğun, peşəkar hazırlığına xüsusi diqqət yetirildi.   Prezident gözəl başa düşürdü ki, tək güclü ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Bunun üçün hüquqi-normativ bazanın yaradılması, aparıcı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən qətnamələrin qəbulu, regionda marağı olan böyük güclərin neytral mövqeyinə nail olmaq lazım idi. Bəllidir ki, məhz, həmin supergüclərin hər birisinin korparativ maraqları, ikili standartlar, xristian təəssübkeşliyi nəticəsində konflikt həllini tapmırdı. Məsələnin ən çətin tərəfi də, geosiyasi gücləri bir araya gətirmək və prosesdən maksimum az zərərlə çıxmaq idi.   İlk baxışda, hətta ən güclü dövlətlər üçün mümkünsüz görünən problemi, beynəlxalq münasibətlər sistemini, beynəlxalq təhlükəsizlik sistemini, ən yüksək səviyyədə mənimsəmiş peşəkar diplomat, strateq, Ali Baş Komandan İlham Əliyev bacardı. Və Adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.   Tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu kəskin artdı. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının sınmış qüruru bərpa olundu. Hesab edirəm ki, ən böyük xoşbəxtlik, elə budur.   İlham Əliyev şəxsiyyəti isə, dünya Liderləri arasında xüsusi rəğbətlə seçilir. Dünyanı bürümüş Pandemiya ilə mübarizədə, cənab Prezidentin təşəbbüsləri, beynəlxalq birlik tərəfindən yüksək səviyyədə dəstəkləndi.   Müharibədən sonra regionda yeni reallıqlar yarandı. Tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Qısa zaman kəsiyində fantastik sürətlə bərpa işləri aparılır. Özündə ən innovativ ideyaları əks etdrən İnfrastruktur layihələri həyata keçirilir.   Müasir Azərbaycan tarixinin İlham Əliyev Liderliyində görülmüş iri miqyaslı işlərin kiçik bir yazıda sadalanması qeyri-mümkündür.   Bütün bu nailiyyətlərin müəllifi, bu gün 60 yaşını qeyd edən, Tarix yazan və Tarix yaradan Prezident, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.   Çox Hörmətli cənab Prezident!   Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, ailənizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram!   Tanrı Sizləri qorusun!   24.12. 2021. Nəsib Məhəməliyev, millət vəkili    

Hamısını oxu