Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən veteranların həqiqi hərbi xidmətə qəbulu qürurvericidir”

Xəbər verdiyimiz kimi, bugünlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib. 

Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Vətən müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edilməsini yüksək qiymətləndirib:

“44 günlük Vətən müharibəsində iştirak edən 9 nəfər veteranın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə qəbul edilməsi olduqca təqdirəlayiq və qürurvericidir. Bu, hər şeydən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin veteranlarımıza olan dqiqət və qayğısının nəticəsidir.

9 veteranın həqiqi hərbi xidmətə qəbul edilməsi faktı göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti veteranların məşğulluq problemini diqqətdə saxlayır, onların hər bir müraciətinə həssaslıqla yanaşır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tez-tez bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır, heç bir müraciəti cavabsız qoymur.

Veteranlarımızın həqiqi hərbi xidmətə qəbul olunması, həm də 44 günlük Vətən müharibəsində iştirak edən, müharibənin odundan, alovundan çıxan vətəndaşlarımızın vətənimizin, dövlətimizin müdafiəsində iştirak etmək istəyinini göstərir. Bu fakt onu göstərir ki, ölkəmizdə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir və bu məsələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də böyük rolu var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılan maarifləndirmə işi, hərbi vətənpərvərlik təbliğatı gənclərimizin vətənpərvərlik tərbiyəsinin inkişafına böyük töhfə verib.

 Mən həqiqi hərbi xidmətə qəbul edilən veteranlaırmızı təbrik edir, onlara uğurlar arzulayıram. Əminəm ki, onlar bundan sonra da vətənimizin müdafiəsinə öz töhfəsini verəcək, gənclərimiz üçün vətənə sevgi və xidmət nümunəsi olacaqlar”.

 Seymur ƏLİYEV

 

2023-08-21 10:59:43
3554 baxış

Digər xəbərlər

Onlar Zəhra üçün geri dönəcək

Üç il əvvəl erməni hərbi aqressoru yenidən özünün şiddət tanrısına qanlı qurban apardı. 4 iyul 2017-ci ildə təxminən 20:40 radələrində Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya olunan erməni hərbi birləşmələri 82 və 120 millimetrlik minaatanlar və qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə məruz qoydular. Erməni tərəfinin provokasiyası nəticəsində kənd sakinləri Sahibə İdris qızı Quliyeva (1967-ci il) və onun iki yaşlı nəvəsi Zəhra Elnur qızı Quliyeva (2015-ci il) həlak oldular. Əsgər ölmədi, hansı ki, döyüş meydanında öz ölkəsinin azadlığı üçün ölmək mümkün mükafatlardan ən yüksəyidir. Hətta həyatını yaşamış və həzz almış yaşlı insan belə ölmədi. Ölən yenicə yaşamağa başlayan körpə idi. Hələ yenicə kiçik ayaqları ilə bu torpaqda gəzməyə başlayırdı. Bəlkə də yenicə dil açaraq, sözləri gülməli və uşaqcasına qarmaqarışıq formada deməyə başlayırdı. Beləliklə, o, erməninin qaniçən tanırısının qurbangahına gətirildi, erməni minasının qəlpəsi isə bu kiçik ürəyin döyüntüsünü dayandırdı. Hansı ki, o ürək sevə bilərdi, bu amansız dünyaya nəsə əbədi, ölümsüz və möhtəşəm şey gətirə bilərdi. Lakin erməni keşişlər artıq minlərlə qurbanın qanında boğulan bütlərini onun qanıyla suladılar. Alman faşist işğalçıları uşaqları və qadınları öldürməyə başlayanda onlar insan simasına bürünən düşmən olmaqdan çıxdılar. Onlar pislik oldular və hər bir insanın borcu onları məhv etmək oldu. Ukrayna və Belarusda yandırılan kəndlərdən insan ətinin qoxusunu verən duman çıxanda müharibə artıq iki ordunun mübarizəsi formasını dayandırdı və xalq savaşına çevrildi. Hər kəs – kişilər, qadınlar, uşaqlar nasist cəhənnəminin bədheybətləriylə mübarizə aparırdı. Azərbaycan kəndlərindən çıxan yanğın dumanı da yandırılmış insan əti qoxusu verirdi. Xocalı yaxınlığındakı qarla örtülü sahələr boz səmaya baxan boş, donmuş uşaq gözlərini xatırlayırlar. Erməni quldurları tərəfindən işğal edilmiş Azərbaycan evlərinin divarları təcavüz edilmiş Azərbaycan qızlarının göz yaşlarını, eləcə də ermənilərin qırışmış yanaqlarına çırpdıqları və murdar paltarlarını yumağa məcbur etdikləri yaşlı azərbaycanlı qadınların depressiyalı, gücsüz fəryadını xatırlayır. Canilər tərəfindən işğal edilən hər daş, hər qarış torpaq öz doğma yurdlarından vəhşicəsinə qovulan azərbaycanlı kəndlilərin əməksevər əllərini xatırlayır. Hər yaşlı ağac isti günlərdən onun kölgəsində oturan azərbaycanlı ağsaqqalların uzun söhbətlərini xatırlayır. Xatırlayır ki, oğlan və qız dəstələri şirin tut və turş alçadan dadmaq üçün onun budaqlarına necə çıxırdılar. Xatırlayır və onların evlərinə nə zaman dönəcəyini gözləyir. Onlar isə dönəcəklər. 45-ci ildə Simonovun nasizmi öldürüb, öz yuvasında boğmaq əmrini sona qədər yerinə yetirənlərin qürurlu və güclü varisləri qayıdacaqlar. Onlar dönəcəklər. Qəhrəmanlar, qəhrəmanların nəvələri və nəticələri, Berlində məhv olan, amma gözlənilmədən, 40 ildən sonra Böyük Vətən müharibəsində iştirak edən ölkədə baş qaldıran nasizmin son yuvasını məhv etmək əmrini icra etmək üçün gələcəklər. Onlar geri dönəcəklər. Məhz 9 mayda Şuşa üzərində Azərbaycan bayrağı dalğalansa, 8 mayda işğal edilən ərazilərdə məhz 9 mayda Azərbaycan himni oxunsa, xilaskar Azərbaycan əsgəri tərini silib, torpaqlarına toxunsa, bu, çox simvolik olacaq. Məhz bu an Avropada nasist zibilini əzənlər və Qafqazda onların son davamçılarını məhv edənlər vahid bir sistemdə birləşəcəklər. Onlar Zəhranın döyünən ürəyinin dayanmasının, Xocalıda döyünən oğlan və qızların ürəklərinin döyüntüsünün kəsilməsinin qisasını almaq üçün geri dönəcəklər. Onlar geri dönəcəklər. Bizim işimiz haqq işidir - düşmən məhv ediləcək, qələbə bizimlə olacaq.

Hamısını oxu
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Hamısını oxu
Kazım Qurbanov: “İdmançılarımızın Avropa çempionatındakı qələbəsi şəhidlərimizə ithaf olunur”

“Uğurlarımıza səbəb ölkə başçısının idmana, idmançılara olan diqqət və qayğısıdır”   Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov bir qrup idmançı ilə görüşüb, Avropa çempionatında əldə etdikləri uğurlu nəticəyə görə onları təbrik edib. İdmançılarımızın bu qələbəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə ithaf edildiyini bildirən Kazım Qurbanov qeyd edib ki, idmançılarımızın əldə etdiyi qalibiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısının nəticəsidir. Kazım Qurbanov Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə idmançılara göstərilən diqqət və qayğıya görə də minnətdarlığını bildirib. Xatırladaq ki, 21-28 iyun 2021-ci il tarixlərində Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatının yekun nəticələri bəlli olub. İdmançılarımızdan Feyziyev Camal sumo güləşi üzrə +115 kq çəkidə III yerə, mütləq çəkidə I yerə,kəmər güləşi üzrə mütləq çəkidə I yerə, Əliyev Sadiq sumo güləşi üzrə U 21 gənclər arasında 77 kq çəkidə III yerə, Ələsgərov Kamal U 23 gənclər arasında 77 kq çəkidə III yerə, Abdullayev Xəyyam kəmər güləşi üzrə 70 kq çəkidə III yerə, Hacıyev Vəliş sumo güləşi üzrə gənclər arasında 92 kq çəkidə III yerə və kəmər güləşi üzrə 90 kq çəkidə III yerə layiq görülüb. Yığma komandamız kəmər güləşi üzrə komanda hesabında II yeri tutub. Komandanın üzvü Feyziyev Camala kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə maşın hədiyyə edilib. Çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.   Sumo üzrə gənclər və böyüklər arasında Avropa çempionatı Camal Feyziyev gənclər arasında (+115 kq çəki dərəcəsində) III yer, mütləq çəkidə I yer Sadiq Əliyev (77 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yerKamal Ələsgərov (77 kq çəki dərəcəsində) U-23 gənclər arasında III yer Vəliş Hacıyev (92 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer Kəmər güləşi idman növü üzrə dünya​ çempionatı Camal Feyziyev mütləq çəkidə (130+ kq çəki dərəcəsində) I yer. Xəyyam Abdullayev (70 kq çəki dərəcəsində) III yer Vəliş Hacıyev (90 kq çəki dərəcəsində) III yer Yığmamız bu nəticə ilə​ komanda hesabında II yeri tutub.   Seymur ƏLİYEV

Hamısını oxu
Dövlət Gömrük Komitəsinin nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 may 2023-cü il tarixində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə Dövlət Gömrük Komitəsinin nümayəndəsi general Güloğlan Muradlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşən Güloğlan Muradlı veteranlara Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

Hamısını oxu