Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Paşinyanı devirmək istəyən revanşistlərin planı: “nə sülh, nə də müharibə” şəklində də olsa...

“Revanşistlər Paşinyanı məğlub etməklə Ermənistanda hakimiyyəti birmənalı şəkildə ələ keçirməyə çalışırlar. Onlar Paşinyanı məkrili plan və ambisiyaları yolunda ən böyük əngəllərdən biri hesab edirlər”.

Bu sözləri Publika.az-a açıqlamasında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, revanşistlər hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya, bölgədəki gərginliyə son qoya bilər ki, bu da revanşist qüvvələrin marağına uyğun deyil:

“Onlar “nə sülh, nə də müharibə” şəklində də olsa, Azərbaycanla gərginlyi davam etdirməkdə maraqlıdır. Revanşistlər hesab edir ki, əgər proses bir qədər uzana və Ermənistan xarici himayədarlarından kifayət qədər dəstək ala bilərsə, o zaman post-müharibə dövründəki məlum status-kvonu dəyişdirə bilərlər.

Təbii ki, bunlar cəfəng fikirlərdir və həqiqətdən çox-çox uzaqdır. Ancaq erməni revanşistlər xülyalara dalmaqda, özlərinin uydurduqları yalanlara inanmaqda davam edir və Paşinyanı onların hədəfinə çevirən də məhz budur”.

Ekspertin sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin bölgədə hansı nəticələrə səbəb olacağını indidən qəti şəkildə demək mümkün deyil:

“Çünki hər şey hakimiyyətə gələcək qüvvələrin məqsəd və məramından asılı olacaq. Əgər Ermənistanda hakimiyyətə revanşist qüvələr gələrsə, o zaman çox böyük ehtimalla, regionda vəziyyət daha da gərginləşəcək. Çünki bu qüvvələr açıq şəkildə yeni qarşıdurmaların tərəfdarı olduqlarını bəyan edirlər.

Odur ki, indiki halda Paşinyan hakimiyyəti erməni toplumunun maraqlaırna daha çox cavab verir. Çünki Paşinyan post-müharibə dövrünün reallıqlarını qismən də olsa dərk edir, ciddi daxili və xarici təzyiq altında olsa da, rəsmi Bakı ilə anlaşmağa cəhd edir. Ola bilsin ki, bütün bu cəhdlər sadəcə imitasiyadır. Amma ən azından Paşinyan Azərbaycana qarşı açıq çağırışlar etmir, müharibə anonsları vermir. Bu isə o deməkdir ki, əslində Paşinyan hakimiyyəti erməni toplumu, onun maraqları baxımından daha sərfəli, daha təhlükəsizdir. Təxribatlara gəlincə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan istənilən təxribata qətiyyətlə cavab verəcək, öz təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlərdən belə çəkinməyəcək”.

Nəzrin Cavadzadə

2023-09-04 16:14:38
3498 baxış

Digər xəbərlər

Özbəkistanda Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin açılışı olub

Veteran.org.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınıb, bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb.   “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılıb.   Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.   İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub.   Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib. Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda  olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi. Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını  qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər.   Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi,  işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunub və ehsan verilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev polkovnik Cəlil Xəlilovu təltif edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun təltif edilməsi barədə əmr imzalayıb. Uzun müddət Azərbaycan Respublikası Sərhəd Qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan Cəlil Xəlilov bu sahələrin inkişafında, Azərbaycan ordusunda xidməti işin təşkili və nizam-intizamın möhkəmləndirilməsində, sərhəd qoşunlarımızın formalaşmasında mühüm işlər həyata keçirib. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə mübarizə aparan qəhrəman əsgər və zabitlərimizlə birgə həmişə ön cəbhədə olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq bir alim və vətənpərvər ictimai xadim kimi səmərəli fəaliyyəti ilə  xalqımıza dəyərli xidmətlər göstərib. Ölkəmizin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyinin və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox  məqalənin müəllifi olan Cəlil Xəlilov elmi fəaliyyətini də unutmur. Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini olaraq peşəkar zabit, müdrik bir ziyalı kimi bu gün də ölkəmizin ictimai həyatında yaxından iştirakı ilə Azərbaycanın inkişafı üçün yorulmadan səylər göstərir, veteranlar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda mübariz gənclərin yetişməsində əhəmiyyətli rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan təqdimat mərasimində Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası ilə həyata keçirilən faydalı əməkdaşlıqda və gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi əsas prinsiplərin geniş şəkildə  təbliğ edilməsində göstərdiyi xidmətlərə görə və 65 illik yubileyi münasibətilə Cəlil Xəlilovu Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cəlil Xəlilov ona göstərilən böyük etimada görə öz dərin minnətdarlığını bildirərək vurğulayıb ki, fəaliyyətinə verilən bu yüksək qiymət onu gələcəkdə Vətənimiz naminə daha böyük işlərə ruhlandırır. Təqdimat mərasimində  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak edib. Fatma xanım da, öz növbəsində, Cəlil Xəlilovun timsalında bütün Veteranlar təşkilatına göstərilən bu  diqqətə görə Eldar Quliyevə təşəkkürünü bildirib. Sonra  Azərbaycan Ağsaqqallar Şurası və Veteranlar Təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Cəmiyyətimizdə,  xüsusilə gənclər arasında mövcud olan problemlərin həll edilməsinin,  gənc nəslə alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzinin aşılanmasının, erkən nikahların, boşanmaların qarşısının alınması üçün maarifləndirmənin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Digər məsələlərlə yanaşı, bu sahədə də təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı anti-Azərbaycan paylaşımı ilə bağlı etiraz bəyanatı yayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərə etiraz edir, bu cür fikirləri beynəlxalq ictimaiyyəti çaşdıran, tarixi reallıqları təhrif edən mövqe kimi dəyərləndiririk. Hesab edirik ki, istər 1915, istərsə də 2020-2023-cü illərdəki hadisələri təhrif edilmiş şəkildə, tarixi reallıqdan daha çox siyasi maraqlar çərçivəsində təqdim edən Zohran Kvame Mamdaninin məlum paylaşımı, sadəcə tarixə xəyanət faktı deyil, həm də Cənubi Qafqazdakı sülh prosesinə zərbə cəhdidir. Nyu-York şəhər meri tərəfindən irəli sürülən təxribatçı fikirlər Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən, ABŞ Prezidenti Donald Tramp  tərəfindən dəstəklənən və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilən sülh siyasətinə kölgə salır, Ermənistandakı revanşist qüvvələr üçün mənəv sitimul rolu oynayır ki, bu da hər şeydən öncə əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 2020-2023-cü illərdəki hadisələrlə bağlı həqiqətdən uzaq fikirləri Prezident İlham Əliyevin sülhpərvər siyasəti haqqında yanlış fikir formalaşdırmaqla yanaşı, həm də ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Xatırladırıq ki, məhz Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Cənubi Qafqaz xalqlarının həyatında yeni bir səhifə açıb, onların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün əlverişli zəmin formalaşdırıb. Belə bir halda Nyu-York merinin anti-Azərbaycan, anti-türk ruhlu paylaşımı, erməni diasporunun maraqlarına uyğun olaraq “məzlum erməni” obrazını təbliğ etmək cəhdi Donald Trampa məxsus siyasi kursa açıq-aşkar meydan oxumaq deməkdir. İnanırıq ki, Nyu-York şəhər merinin yalan və təxribat xarakterli bu paylaşımı ABŞ Prezidenti tərəfindən də cavabsız qalmayacaq, cənab Tramp Zohran Kvame Mamdaninin bəd əməlinə layiqli cavabı verəcək. Biz Nyu-York şəhərinin meri Zohran Kvame Mamdanini “X” platformasındakı məlum paylaşımını silməyə, gələcəkdə bu cür hallara yol verməməyə, hadisə və proseslərə obyektiv şəkildə, bütün tərəflərin prizmasından yanaşmağa səsləyirik. Ümid edirik ki, Nyu-York şəhərinin meri Azərbaycan və ümumilikdə türk dünyasının  bu məsələdəki həssaslığını anlayacaq, öz mövqeyindən imtina etməklə sözügedən paylaşımın qərəzdən deyil, məlumatsızlıqdan qaynaqlandığını sübut edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu