Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

2023-10-11 13:01:39
3652 baxış

Digər xəbərlər

Məşhur kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü Novxanıda ehtiramla yad edilib

Bu gün məşhur kəşfiyyatçı və partizan, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ad günüdür.  Veteran.gov.az xəbər verir ki, bu əlamətdar günlə bağlı Novxanı kənd sakinləri böyük qəhrəmanın abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Tədbirdə “Hacı Səfəralı” məscidinin acundu Hacı Ələsgər Mikayılzadə, iş adamı Cəlil Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev və onlarla ziyalı iştirak edib, Mehdi Hüseynzadə və onun qəhrəmanlığı haqqında maraqlı faktlara toxunublar. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin təbliğinin sadəcə hərb tariximizin yaşadılması deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Seymur ƏLİYEV

Hamısını oxu
Alovlar əhatəsindəki sabitlik adası: Azərbaycan mümkünsüz olanı necə bacarıb?

“Global Terrorism Index 2025” (GTI) hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Təqdimatda Azərbaycan 2025-ci ilin ən təhlükəsiz ölkələr sırasında yer alıb. Dövlətimiz antiterror reytinqində Norveç, Finlandiya, Yaponiya, Cənubi Koreya, Latviya, Litva və s. kimi ölkələri də qabaqlayaraq Prezident İlham Əliyevin “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır” ifadəsinin əsassız olmadığını təsdiqləyib. Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsi qürur doğurmaqla yanaşı, həm də maraqlı bir sualı aktual edir: Geosiyasi baxımdan mürəkkəb coğrafiyada yerləşən, zaman-zaman böyük dövlətlərin təzyiq və təxribatı ilə üzləşən, müstəqillik dönəmində ard-arda iki müharibə görən Azərbaycan bu uğura necə nail olub? Şimal qonşumuz Rusiyanın Ukrayna ilə uzunmüddətli müharibə içərisində olduğu, Ermənistanla sülh sazişinin hələ də imzalanmadığı, dini-ekstremist qruplaşmaların vaxt-bivaxt müxtəlif terror aktlarına cəhd etdiyi Azərbaycan ən təhlükəsiz ölkələr sırasında qərarlaşmağı necə bacarıb? Şübhəsiz, Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinə səbəb ilk növbədə Prezident İlham Əliyevin faktoru və bu faktora bağlı uğurlu siyasətdir. Vətən müharibəsinə qədər və eləcə də post-müharibə dönəmində baş verən hərbi-siyasi proseslər sübut etdi ki, ölkəmiz “qaynar qazan” hesab edilən Cənubi Qafqazda nəinki öz təhlkəsizliyini təmin edə bilib, həm də bütün regionda, eləcə də beynəlxalq müstəvidə əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatlarımızın sərgilədiyi siyasi səriştə, uğurlu manevr və qeyri-adi çeviklik dövlətimizin təhlkəsizliyini təmin edən etibarlı vasitəyə çevrilib. Azərbaycanı ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinin ikinci mühüm səbəbi isə xüsusi xidmət orqanlarımızın peşəkarlığı, onların istənilən təhdid və təhlükəni elə planlama mərhələsindəcə neytrallaşdırmasıdır. Təsadüfi deyildir ki, son illər ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizdə onlarla terror cəhdinin qarşısını qətiyyətlə alaraq, xalqımızın təhlükəsizliyini təmin edib. 2023-cü ilin lokal antiterror əməliyyatı zamanı, habelə bu əməliyyatdan sonra Qarabağda gizlənən erməni separatçılarının DTX tərəfindən ələ keçirilərək istintaqa cəlb edilməsi, onların Bakıda məhkəmə qarşısına çıxarılması təhlükəsizliyimizi təmin edən  mühüm tədbirlər olmuş, bütün bölgədə sabitliyin bərqərar olunmasına böyük töhfələr vermişdir. Dövlətimizin beynəlxalq antiterror siyahısında yüksəlməsinin digər bir səbəbi isə heç şübhəsiz Azərbaycan Silahlı Qüvvələridir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində şanlı qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri, 30 illik işğal problemini qəti olaraq həll etmiş, erməni militarizminə ölümcül zərbə vurmuşdur. Məhz bundan sonra Cənubi Qafqazda böyük ölçüdə sülh və sabitlik təmin edilmiş, ədalət və hququn tələbi yerinə yetirilmişdir. Onu da qeyd edək ki, Azərbaycan Ordusu bu gün də bütün regionda sülh və təhlkəsizliyin əsas qarantı rolunda çıxış edir. Bu gün Azərbaycan dünayda baş verən müharibə və qarşıdurmalar fonunda alovlar əhatəsindəki sabitlik adasına bənzəyir. “Bu adanı” bundan sonra da belə firavan və təhlükəsiz görmək istəyiriksə, dövlətimizə dəstək olmaqda davam etməli, anti-Azərbaycan qüvvələrinə qarşı mübarizədə hər bir fərd olaraq əsl fədakarlıq sərgiləməliyik. Yalnız belə olarsa, “bu ada” dünyadakı bütün təhlükələrə meydan oxumaqda davam edəcək, hər zaman gücündən əmin şəkildə gülümsəyəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib.   Tədbirdə kitabın müəllifi Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova,Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev,Şəmkir Regional Mədəniyyət İdarəsinin rəyisi Zöhrab Adıgözəlov, Tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq,Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər. Tədbiri giriş sözü ilə RİH başçısı İbrahim Mustafayev açaraq qeyd etdi ki, "Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm".   Daha sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.   Ardınca kitabın təqdimatı üçün söz Əkbər Qoşalıya verilib. O çıxışında bunları deyib: "Burada iştirak edən hər kəsi salamlayıram. Bu il 50 illiyini qeyd etdiyimiz Xasiyyət xanım özbək ədəbiyyatının günəşidir. Onun kitabları Avropa, Asiyada, türk dünyasında nəşr olunub. Amma etiraf edək ki, onun Azərbaycana verdiyi dəyər daha yüksəkdir. Bəzən olub ki, qardaş dediyimiz ölkələrdə həqiqətlərimizi çatdırmaqda problemlərlə üzləşmişik. Amma Xasiyyət xanımın timsalında bizim həqiqətlər onun rəhbəri olduğu qəzetdə, yaradıcılığında daim ifadə olunub. Əminəm ki, Xasiyyət xanım həm də gələcəyi yazır. Xasiyyət xanım haqq-ədaləti müdafıə edən şairədir. O 44 günlük savaşımızda bizə misilsiz dəstək oldu. Bizdə bir söz var, heç nə unudulmur heç nə yaddan çıxmır. Xasiyyət xanım bizə ölkəsindən ultimatum göndərdi ki, mən hökmən Şuşaya getməliyəm. Onun arzusu yerinə yetdi. O eyni zamanda dilbər güşələrimizdən biri olan Gədəbəydə oldu. Xasiyyət xanımın yaradılacağında Azərbaycana münasibət davamlıdır. 44 gün ərzində Xasiyyət xanım məqalələr yazdı, hiss-həyəcanını ifadə edirdi. Xasiyyət xanımın indiki Azərbaycan səfərini də bir hadisə adlandırıram. Ən gözəl söz müəllif və onun əsəridir". Daha sonra DGTYB-nin Xasiyyət xanıma və İbrahim Mustafayevə hədiyyələri təqdim olunub .Eyni zamanda Gədəbəy rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən qonağa həfiyyələr təqdim edildi.   Şəmkir Regional Mədəniyət idarəsinin rəisi Zöhrab Adıgözəlov bildirdi ki, 44 günlük mübarizəmizdə biz birliyimizlə qalib gəldik : "Bu müharibədə kimin dost və ya düşmən olduğunu gördük. Bir özbək xanımının sərhəd bölgəsinə gəlib kitabının təqdimatında iştirak etməsi böyük hadisədir, eyni zamanda türk qardaşlığının,türk dostluğunun bariz nümunəsidir.Və bu görüş Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafına təkan verən əlamatdar hadisədir. Bir daha xoş gəlmisiniz deyir və sizlərə Regional Mədəniyyət İdarəsi adınnan təşəkkürümü bildirirəm.   Sonra Akademik Valeh Cəfərov,Tİbb Universitesinin dosenti Rəşid Mahmudov,tanınmış şair Elsen Əzim,Aşıq məktəbinin direktoru Etibar Əliyev,Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov,İ ncəsənət Univeristetinin müəllimi Nemət Qasımlı və digər qonaqlar mövzu ətrafında çıxış etdilər. 44 gün kitabının müəllifi Özbəkistanlı qonaq Xasiyyət Rüstəm cıxış etdi.,yüksək qonaqpərvərliydən dolayı hər kəsə təşəkkürünü bildirdi,və qeyd etdiki 44 günlük haqq savaşı sizlərin vətən sevgisinin dünyada yeganə nümunəsidir.   Tədbirin təşkilatçısı Dünya Gənc Türk Yazarlar birliyininn başqanı İntiqam Yaşar çıxışı zamanı bu günün cox əlamətdar gün olduğunu vurğuladı,Özbəkistanda Xasiyyət xanımın ayağı dəyən hər yerdə Azərbaycan gördüm,və yaşasın Özbəkistan Azərbaycan dostluğu qardaşlığı və kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə minnətdarlığını ifadə etdi. Yekun olaraq RİH başçısı İbrahim Mustafayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.  

Hamısını oxu
Bu gün Ali Baş Komandan İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmənizdən 17 il ötür.

Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu.  Cənab Prezident İlham Əliyev on yeddi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olaraq onun uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan dinamik inkişaf yolunda durmada irəliləməkdədir. Ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. İşğal altında olan tarixi Azərbaycan torpaqları düşmən tapdağından azad edilir. Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevə Azərbaycan xalqına yaşatdığı Qələbə sevincləri üçün minnətdarıq. Ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

Hamısını oxu