Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Təşkilatının üzvləri şəhidin anım günündə iştirak ediblər

Cəlilabad rayon Veteranlar  Təşkilatının üzvləri rayonun Üçtəpə kəndinə gedərək qəhrəman şəhid Ayxan Cəfərovun  anım günündə iştirak edib, onun ev muzeyini ziyarət ediblər.

Anım mərasimində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad şöbəsinin rəhbəri Maşalla Əliyev, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və müharibə veteranı, yazıçı Qurban Əhməd çıxış edərək cəsur döyüşçü olmuş şəhid Ayxan Cəfərovun Füzuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlarda göstərdiyi şücaətlərdən danışmış,  dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısını xüsusi vurğulamışlar.

Xadırladaq ki, vətənpərvər ruhda böyümüş, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Cəfərov Ayxan Cəmaləddin oğlu möhtərəm  Prezidentimizin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

2023-10-18 11:47:36
3175 baxış

Digər xəbərlər

“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”

ABŞ-da 2017-ci ildə yaradılan “Hamı veteranlar üçün” təşkilatı son bir ildə fəaliyyətini  genişləndirməklə xalq arasında böyük sevgi və populyarlıq qazanıb. Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təşkilatı insanlara sevdirən əsas amil onun diş problemi yaşayan veteranlara pulsuz və keyfiyyətli xidmət göstərməsidir. Bir qrup diş həkimini özündə birləşdirən təşkilatın qurucusu həkim Tereza Çenq bildirib ki, onun belə bir təşkilat təsis etməsinə səbəb, bir çox veteranın pulsuzluq səbəbi ilə dişlərinə lazımınca qulluq göstərə bilməməsidir. İmplant və digər əməliyyatların bahalığı səbəbi ilə veteranların bir çoxunun sağlam dişlərə sahib olmadığını, bu səbəbdən də gülərkən belə utandıqlarını vurğulayan Tereza Çenq, onların təbəssümə layiq olduqlarını bildirib.   Qeyd edək ki, təşkilata müraciət edən veteranlar onun xidmətlərindən yararlanmaq üçün veteran statusuna malik olduqlarını, həmçinin, maddi vəziyyətlərinin həqiqətən də qeyri-qənaətbəxş olduqlarını sübut etməlidir.   Hazırda bütün ölkə üzrə  654 diş həkimin “Hamı veteranlar üçün” təşkilatında könüllü şəkildə çalışdığı bildirilir.   Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

“Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin”.  Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək, onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.   Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”. İ.Əliyev bildirib ki, bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir: “Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

Hamısını oxu
II Beynəlxalq Autizm Konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 aprel tarixdə Azərbaycan Respublikası Autizm Defektoloji və Qeyri-Hökumət Təşkilatlarına Psixoloji Yardım Mərkəzi İB -in təşkilatçılığı ilə Autizmli uşaqların valideynlərinin bacarıqları üçün innovativ təşəbbüslərin həyata keçirilməsi “ layihəsi çərçivəsində” 2 Aprel Dünya Autizm Məlumatlandıma gününə həsr edilmiş 2-ci Beynəlxalq Autizm Konfransı keçirildi. Konfransın keçirilməsində məqsədi autizmlə bağlı maarifləndirmənin geniş yayılmasına dəstək göstərməkdən ibarət idi. Konfransda sahəsi üzrə mütəxəssislər tərəfindən autizmlə bağlı müxtəlif mövzular səsləndirildi. Əvvəlcə Azərbaycan Respublikasi Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri Çiçək xanım Məmmədli iştirakçılara Layihə haqqında məlumatı səsləndirdi. Millət Vəkili Fazil Mustafa tərəfindən isə “Mövcud qanunvericilikdə autizm probleminə baxışın təkmilləşdirilməsi.” mövzusunda çıxış oldu. Konfransda Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri , t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış oldu. Yazgül Abdıyeva çıxışı zamanı ilkin olaraq autizmin yaranması, risk faktorları, statistik göstəriciləri və s. barədə geniş məlumat təqdim etdi. Burada əsas vurğu autizmin xəstəlik yox, fərqlilik olmasına yönəldilmişdir. Məruzə zamanı Yazgül Abdıyeva Autizm sindromlu uşaqlar fərqli və xüsusi istedada malik olmasından, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxunun məhz autizmli insanlar olmasını qeyd etdi. Belə ki, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten, Kortni Lav, görkəmli Amerika yazıçısı Mark Tven, dünya şöhrətli Amerika ixtiraçısı Tomas Edison və digər dünya şöhrətli məşhurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər. Bununla da biz fərqində olmalıyıq ki, hər bir autist gələcəyin dahi şəxsiyyəti ola bilər. Hər zaman onlara dəstək olmalı, onların real həyata adaptasiyasına, cəmiyyətə inteqrasiyasına dəstək olmalıyıq. Sonda digər təşkilat üzvləri tərəfindən məruzələr və iştirakçılar arasında suallar, təklif və müzakirələr həyata keçirlidi.  

Hamısını oxu
“Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İrəli İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb.   Ağdam rayonunda bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş ümumilikdə 100-dən çox gənc iştirak edib.   Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.   Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunub. Həmçinin, peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib.   Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda “Axtar Tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.   Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırıblar.  

Hamısını oxu