Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rusiyada Kursk döyüşündə həlak olan azərbaycanlı döyüşçünün qalıqları 80 il sonra tapıldı

İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qızıl Ordu əsgərlərinin qalıqlarını axtaran Rusiya bölmələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün qalıqlarını tapıb.

Caliber.Az-dan bildirilir ki, onun kimliyi qalıqlar arasından tapılan “ölüm medalyonu”nun vasitəsilə müəyyən olunub. Məlum olub ki, o, əslən Gəncədən (Sovet dövründə Kirovabad) olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur.

 Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən məlumata görə, 81-ci qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Ə.Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb.

Hazırda müəyyən olunub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak olub və kütləvi məzarlıqda dəfn edilib.

Rusiya axtarış bölmələri Azərbaycan sakinlərindən 80 ildir taleyindən xəbərsiz qalınan qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərməyi xahiş edir.

 

2023-10-25 19:38:36
3348 baxış

Digər xəbərlər

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Çox hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm. Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız. Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq. Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhval-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun. Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm". Milli.Az

Hamısını oxu
Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olublar

Veteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə  ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub. Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər. Seymur ƏLİYEV

Hamısını oxu
Şuşa Bəyannaməsi türk dünyasının tarixi zəfəri, onun birlik və inkişafını təmin edən həmrəyliyin rəmzidir

Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsi bütün türk dünyasında coşğu ilə qarşılanmaqdadır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından da yeni imkanlar və perspektivlər deməkdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib. Şuşada keçirilən görüş və tədbirlərin, imzalanan sənədin bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirən C.Xəlilov qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud hərbi əməkdaşlığın daha da dərinləşməsinin, hərbi müttəfiqlik səviyyəsinə yüksəlməsinin parlaq göstəricisidir. Həmin bəyannamədə açıq şəkildə vurğulanır ki, əgər tərəflərdən hər hansı biri üçüncü bir dövlətin təcavüzünə məruz qalarsa, o zaman müttəfiq dövlət bütün mümkün vasitələrlə öz müttəfiqinə kömək göstərəcək. Başqa sözlə, artıq Azərbaycanın və Türkiyənin çətin məqamda bir-birinə hərtərəfli yardım göstərməsi üçün hüquqi əsas mövcuddur. Bu hüquqi əsas beynəlxalq hüququn şərtləri əsasında formalaşıb. Bəyannamənin iki dövlət arasında iqtisadi-siyasi və mədəni əlaqələrin genişlənməsinə də töhfəsi verəcəyini vurğulayan Təşkilatın sədr müavini bildirib: “Şuşa Bəyannaməsinin əhəmiyyəti iki dövlət arasında hərbi müttəfiqlik əlaqələrinin güclənməsi və ən üst səviyyədə qərarlaşması ilə məhdudlaşmır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında bütün digər sahələrdə - o cümlədən mədəni, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin bərpasında qardaş Türkiyə dövlətinin şirkətləri aktiv iştirak edir və yaxın gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə artacaq. Azərbaycan və Türkiyə Qarabağda ortaq iqtisadi layihələr gerçəkləşdirməyi planlaşdırır ki, bunun da sadəcə iki dövlət deyil, ümumilikdə region üçün mühüm əhəmiyyəti mövcuddur. Çünki iki dövlət arasında iqtisadi əməkdaşlığın güclənməsi, Qarabağda ortaq iqtisadi layihələrin gerçəkləşməsi regionun iqtisadi çəkisini artıracaq, sosial rifah şəraitini yüksəldəcək, bölgənin iqtisadi rəqabətlilik qabiliyyətini yüksəldəcək”. C.Xəlilov vurğulayıb ki, Şuşa Bəyannaməsi bütövlükdə türk dünyasının birliyi və tərəqqisi baxımından da mühüm əhəmiyyətə malikdir. Onun önəmi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrinin mahiyyət etibari ilə yeni mərhələyə qədəm qoyması ilə yekunlaşmır. Bu bəyannamə həm də bütün türk dünyasının birliyi, əməkdaşlığı, tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq modeli digər türk dövlətləri üçün də yaxşı nümunədir. Azərbaycan və Türkiyə arasındakı uğurlu əməkdaşlıq yaxın gələcəkdə digər türk dövlətlərinin də bu model ətrafında birləşməsinə səbəb ola bilər ki, bu da bütün türk dünyasının maraqları baxımından olduqca faydalıdır. Çünki 44 günlük Vətən müharibəsi də sübut etdi ki, türk dünyası bir-birinə nə qədər yaxından dəstək versə, bu, onların haqq səsini dünyaya çatdırması, öz maraqlarını təmin etməsi baxımından bir o qədər faydalıdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün türk dünyası üçün ciddi nəticələrə malik olacağını düşünürəm.

Hamısını oxu
Посольство Российской Федерации в Азербайджанской Республики

Hamısını oxu