Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Unutmayaq, unutdurmayaq!

Bu gün tanınmış iş adamı Səfər Əlirzayevin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində şanlı tariximizin unudulmaz günlərindən olan "Zəfər Günü" nün üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub. 

Veteran.gov.az xəbər verir ki, ilk öncə bu günləri bizlərə yaşadan qəhrəman şəhidlərimizin məzarları ziyarət edilib. Ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri düzüb, əkillər qoyub, dualar oxuyub.

 Daha sonra Səfər  Əlirzayevin evində geniş tərkibdə ehsan süfrəsi verilib. Ehsan süfrəsində Nehrəm qəsəbəsindən olan şəhid ailələri ilə yanaşı, Muxtar Respublikanın başqa yerlərində yaşayan şəhid ailələri və yaxınları, qazilər, qəsəbə sakinləri və digər ictimaiyyət nümayəndələri də iştirak edib.

Tədbir iştirakçıları nəcib əməlinə görə Səfər Əlirzayevə təşəkkür edib, ona öz  minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

2023-11-08 22:28:42
1279 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər,   Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müharibə veteranlarıyla görüş keçirilib

Görüşdə bir qrup veterana Təşkilatın üzvlük vəsiqəsi təqdim olunub Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında I Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüş keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, bu gün veteranlar qarşısında dayanan vəzifələrə diqqət çəkib. Dövlətimizin hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Cəlil Xəlilov, veteranların da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacağını vurğulayıb. Tədbirdə çıxış edən “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov da veteranların gənc nəsil üçün örnək olduğunu, onların göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb. Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib. Daha sonra çıxış edən müharibə veteranları  - Fərid Həsənov və Tacir QubatovAli Baş Komandanla həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq daynmağın zəruriliyini vurğulayıblar. Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalından azad edilməsindəki tarixi roluna diqqət çəkib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında onların göstərdiyi qəhrəmanlıqlardan danışıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Bir Ömürlük Qəhrəmanlıq: Ruşan Məhərrəmovun İbrətamiz Həyat Yolu

Tarixi yaddaş qəhrəmanların həyat yolu ilə yaşayır. Müharibələr millətlərin ən çətin sınağıdır və bu sınaqdan keçənlər tarix boyu unudulmaz iz qoyurlar. Azərbaycan xalqı da Böyük Vətən Müharibəsində öz fədakarlığı, igidliyi və qətiyyəti ilə seçilmiş, minlərlə soydaşımız cəbhəyə yollanaraq ümumi qələbəyə töhfə vermişdir. Bu qəhrəmanlardan biri də Ruşan Məhərrəmovdur. Onun həyatı və döyüş yolu təkcə şəxsi şücaətin deyil, eyni zamanda xalqımızın ümumi xidmətlərinin güzgüsüdür. 1922-ci ildə Beyləqanda doğulan Ruşan Məhərrəmov gənclik illərində arzu və ümidlərlə dolu idi. Lakin 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu bu arzuları yarımçıq qoydu. Minlərlə azərbaycanlı gənc kimi o da könüllü olaraq cəbhəyə yollandı. Müharibə zamanı Ruşan Məmmədov 416-cı Taqanroq diviziyasının 73-cü motoatıcı polkunda pulemyotçu olmuşdur. Mazdok və Taqanroq şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərlə yüzlərlə alman hərbçisi və texnikasını sıradan çıxarmışdır. Sambel təpələri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 22 yanvar 1943-cü ildə ağır yaralandıqdan sonra yeddi gün düşmən səngərinə yaxın döyüş sahəsində qalmışdır. Nəticədə 21 yaşında ikən hər iki ayağını itirmişdir. 1943-44-cü illərdə Qroznı, Mahaçqala və Bakıdakı hərbi hospitallarda müalicə almışdır. Müalicəsi tamamlandıqdan sonra bir müddət hərbi əlillər evində qalmışdır. Yaralandıqdan doqquz il sonra 1950-ci ildə ata yurduna qayıtmışdır. Bu qayıdış həm də mənəvi iradənin, xalqın ruhunun qələbəsi idi. Ruşan Məhərrəmov Müharibədəki fəaliyyətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Bu medallara nümunə kimi 1-ci dərəcəli “Böyük Vətən Müharibəsi” ordeni və “Mı Pobedili” (“Biz Qalib Gəldik”) medalı xüsusi yer tutur. Ruşan Məhərrəmovun həyatı sübut edir ki, qəhrəmanlar unudulmur. Onların adı tarixdə, əməlləri isə ürəklərdə yaşayır. Ruşan Məhərrəmov 2008-ci ildə 86 yaşında Beyləqanda vəfat etmişdir. Əsrin dahi siyasi liderlərindən biri olan Ümummilli lider Heydər Əliyev müharibə veteranlarına və qazilərə göstərilən diqqət və qayğını daim dövlət siyasətinin prioriteti kimi saxlamışdır. Onun təşəbbüsü ilə müharibə iştirakçılarının sosial təminatı yaxşılaşdırılmış, onlara yüksək ehtiram göstərilmiş və gənc nəslin onları tanıması üçün müxtəlif təşəbbüslər həyata keçirilmişdir. Heydər Əliyev deyirdi:“Keçmişinə sahib çıxmayan xalqın gələcəyi olmaz.” Bu düşüncə ilə o, Azərbaycanın qəhrəman oğullarının xatirəsinin əbədi yaşadılmasına çalışırdı. Ruşan Məhərrəmovun həyatı və qəhrəmanlığı bizə bir daha sübut edir ki, igidlər təkcə döyüş meydanında deyil, həm də həyatın çətinlikləri qarşısında sınanmaqla qəhrəman olurlar. O, həm ön cəbhədə, həm də müharibədən sonra göstərdiyi iradə ilə əsl xalq qəhrəmanına çevrildi. Bu gün biz onu və onun kimi minlərlə igidin adını hörmətlə anırıq. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq salnaməsi, o cümlədən xalqımızın müharibədəki ümumi xidmətləri Heydər Əliyevin diqqəti nəticəsində unudulmadı. Ruşan Məhərrəmovun adı sadəcə tarixdə deyil, hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır. Onu xatırlamaq isə bu gün keçmişə ehtiram, gələcəyə ümid deməkdir.

Hamısını oxu
“D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir”

“21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu qlobal informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan tarixi addımdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı müraciət, bu müraciətdə yer alan çağırışlar Forumun əhəmiyyətini göstərir: “Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çox insanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirin qlobal miqyasını əks etdirir. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbər verirdi. Qlobal informasiya təhlükəsizliyinin təmininə, “media çirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar, eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi. D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinə mühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini son dərəcə vacib hesab edir”. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forum işirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmli çağırışlarla zəngin olduğunu bildirib: “Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanlanan müraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsi üçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biri D-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi, həmçinin, ortaq media platformasının yaradılması oldu. Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırış informasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüm əhəmiyyətə malikdir. Forum dövlətlərinin media qurumları arasında əməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimi üçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçün gərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq media platformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərin etibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımından oldquca önəmlidir. Hesab edirəm ki, Forum iştirakçıları Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atacaq və bununla qlobal informasiya təhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu