Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağının iştirakçıları Bəyanat qəbul ediblər

27 dekabr 2023-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. 

Yığıncağı Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

Daha sorna çıxış edən polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib, onun qoyub getdiyi siyasi kursun ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyətinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərən Ulu öndər, veteranlara da hər zaman qayğıkeş münasibət göstərib: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət köklü şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”. Ulu öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. 1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur”.

Veteranlara dövlət qayğsının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini, veteranlara olan bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib:

“Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və idealoji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev isə  veteranlara üz tutaraq demişdir: “Onlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar ki, Siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz Sizinlə fəxr edirik. Gənc nəsil də Sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Sizin kimi insanların rolu çox böyükdür”.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova, ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, “ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevi və vitse-Prezident Mehriban xanım Əliyevanı Veteranlarımızın hamisi” adlandırmaqla, onlara öz dərin minnətdarlığını bildirmişdir”. 

Tədbirdə çıxış edən Sumqayıt şəhər veteran təşkilatının sədri - əmək veteranı Sovet Şükürov, Əməkdar müəllim Sara xanım Xanlarova, Milli Qəhrəman polkovnik-leytenent Anar Mirzəyev,

istefada olan general-mayor Vladimir Vasilyeviç Timaşenko,                                                           professor İbrahim Quliyev, istefada olan polkovnik Yusif  Məmmədov Ulu öndərin tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırmaq üçün gördüyü misilsiz işlərə diqqət çəkiblər.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya müharibəsi və əmək veteranı Fatma xanım Səttarova Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki şanlı qələbəsinə toxunub, bu qələbənin tarixi önəmindən söz açıb.

Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək Bəyanatı qəbul edib. Nərimanov rayon veteran təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı  polkovnik Elşad Şabanova Bəyanatın mətnini yığıncaq iştirakçılaırnın diqqətinə çatdırıb.

Yığıncaq Şəmistan Əlizamanlının ifası ilə sona çatıb.

Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının BƏYANATI

Azərbaycan xalqı hazırda tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi şanlı qələbə ilə nəticələndi, əvvəlcə, ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyi tam təmin olundu.

Azərbaycan 44 günlük müharibədən daha güclü çıxdı. 2023-cü ildəki əməliyyat cəmi 1 gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi. 

Prezident İlham Əliyev memarı olduğu bu tarixi qələbələrlə xalqımızın son 200 illik dövrdə üzləşdiyi məşəqqətlərə, məğlubiyyətlərə və sarsıntılara son qoydu, Azərbaycanın dövlətçilik tarixinin qızıl dövrü açıldı.

Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - “ata vəsiyyəti”ni yerinə yetirdi. 8 noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər günü kimi yazıldı. Bu gün Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır.

İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr edir!

Ümummilli liderin 30 il əvvəl ağır, böhranlı vəziyyətdən və dağılmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedərək, Prezident İlham Əliyevin qətiyyəti, zamanın çağırışlarına cavab verən siyasəti ilə dinamik inkişaf etməkdədir.

Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb.

Biz veteranlar bugünki Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir!

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu gün hər bir azərbaycanlının ürəyi bir vurur, bu gün hamı eyni amal uğrunda çarpışır. Budur milli güc! Budur milli lider İlham Əliyev siyasəti!

Bu gün hər kəs qurub-yaratmağa tələsir. Azərbaycan öz imkanları ilə qədim yurdlarımıza yeni həyat bəxş edir, insanlarımız doğma ata-baba ocaqlarına qayıdır.

Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Onlar Prezident İlham Əliyevin dövründə yetişən gənclikdir, Vətəni, Bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun!

Biz veteranlar çox əzablı yollar görmüşük, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir.

Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu Ümumi Yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik.

İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir.  

 

2023-12-27 13:23:08
4241 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Veteran.gov.az xəbər verir ki, Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 32-ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.   Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.   Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.   Rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.   Allah şəhidlərimizi rəhmət eləsin.  

Hamısını oxu
İkinci Dünya Müharibəsinin Sonu: Qələbənin və Dağıntının Hekayəsi

Səssiz gecələri qıran top səsləri, yanğınların qızılı işığında əks olunan dağıdılmış şəhərlər, palçığa bulaşmış əsgər çəkmələri, sönmək bilməyən bir ümid... 1944-cü ilin qışında müharibənin nəfəsi artıq daha sərt, daha yaxın hiss olunurdu. Bəşəriyyətin yaddaşına qara hərflərlə yazılmış İkinci Dünya Müharibəsi öz son, lakin ən qanlı mərhələsinə qədəm qoyurdu. Artıq alman işğalı altında inləyən sovet torpaqları bir-birinin ardınca azad edilir, SSRİ-nin sərhədləri bərpa olunurdu. Müharibənin alovu Avropanın dərinliklərinə qədər yayılır, tanklar şəhər küçələrini keçib keçmişi dəyişmək üçün irəliləyirdi. Bu, insanlığın faşizm zülmündən xilasına yönəlmiş ümumbəşəri bir savaş idi. Müttəfiqlər artıq təkcə cəbhələrdə deyil, siyasi masalar arxasında da gələcəyin konturlarını çəkirdilər. Alman faşizminin və Yaponiya militarizminin çöküşü yaxın idi. Amma bu çöküş minlərlə əsgərin canı, milyonlarla insanın göz yaşı bahasına başa gələcəkdi. Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar  1945-ci il sentyabr) Alman faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna,  avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrında SSRİ-nin keçmiş sərhədləri bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumilikdə hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əsgər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverişli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın" hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, Fürerə qarşı sui-qəsdlər başladı. Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən - Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlara və sovetmeylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Almaniyanın gələcəyi barədə də yekdil qərarlar qəbul olundu. Tərəflər faşizmdən azad olmuş ölkələrdə demokratik prinsiplərə uyğun razılaşdırılmış siyasət yeritməyi özündə əks etdirən Azad Avropa barədə xüsusi Bəyannamə imzaladılar. Konfransda Almaniyanın təslim olmasından 2-3 ay sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsi barədə də məxfi saziş imzalandı. Yalta konfransının qərarları Almaniya və Yaponiya üzərində qələbənin tezləşdirilməsində, müharibədən sonra dünyanın yenidən qurulmasında çox mühüm əsas oldu. Üç dövlətin razılığı əsasında 1945-ci il aprelin 25-də Dumbarton-Oks konfransı (1944-cü il 21 avqust  28 sentyabr) qərarlarına müvafiq olaraq San-Fransiskoda  Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi hazırlandı. Nizamnamədə dövlətlərarası münasibətlərin əsas prinsipləri müəyyən olunmuşdu: xalqların suveren bərabərliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etməsi, zor işlətməkdən imtina olunması, dövlətlərin daxili işlərinə qarışmamaq, sülhün və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi,  beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Ümumi sülhün qorunması və saxlanılmasına xidmət edən Təhlükəsizlik Şurası yaradıldı. SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin onun daimi üzvləri təsdiq olundu. Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan İkinci Dünya Müharibəsi altı il sonra 1945-ci il sentyabrın 2-də sona çatdı. Dünyanı cənginə alan bu qanlı fırtına milyonlarla insanın həyatına son qoydu, saysız-hesabsız şəhərləri, kəndləri viran qoydu. Lakin bu dəhşətli faciənin içində ümidini itirməyən xalqlar da vardı ki, onlardan biri də Azərbaycan xalqı idi. Bu müharibə yalnız böyük dövlətlərin və generalların savaşı deyildi. Bu, həm də sadə insanların, doğmalarını cəbhəyə yola salan anaların, səhra hospitallarında yaralı əsgərlərə yardım edən tibb bacılarının, hərbi zavodlarda gecə-gündüz çalışan fəhlələrin, torpağa alın təri tökən kəndlilərin döyüşü idi. Azərbaycan xalqı isə bu mübarizənin hər cəbhəsində vardı. 600 mindən çox azərbaycanlı övladı müharibəyə yollandı. Onların çoxu doğma yurda geri dönməmiş, torpağın azadlığı, bəşəriyyətin sabahı uğrunda can vermişdilər. İgid oğullarımız Leninqraddan tutmuş Berlinə qədər hər bir döyüş meydanında rəşadət göstərdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general Həzi Aslanov, partizan hərəkatının siması olmuş Mehdi Hüseynzadə kimi yüzlərlə ad tariximizin şanlı səhifəsinə çevrildi. Arxa cəbhədə isə Azərbaycan nefti savaşın taleyini həll edən əsas silahlardan biri oldu. Bakı neftçiləri, metallurqları, kənd adamları yorulmadan çalışır, cəbhəyə sursat, yanacaq, ərzaq göndərirdi. Qadınlar kişilərin yerini tutdu, zavod və fabriklərdə, tarlalarda, xəstəxanalarda gecəni gündüzə qataraq vətənə xidmət etdilər. Azərbaycan xalqı bu müharibədə həm silahla, həm də zəhmətlə döyüşdü. Onun qəhrəmanlığı təkcə keçmişin deyil, həm də gələcəyin yaddaşına həkk olundu. O günlər göstərdi ki, torpaq uğrunda ölən varsa Vətəndir. Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycan Respublkasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Hamısını oxu