Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xətai rayonu 86 sayli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 26 fevral 2024-cü il tarixində Xətai rayonunda tədbir təşkil ediblər. Tədbir Xətai rayonunda yerləşən 86 saylı tam orta məktəbdə baş tutub.

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirdə  Xətai rayon VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Cavid Əliyev, hərbi hazırlıq müəllimi e/o polkovnik-leytenant, ZöhrabHacıyev, müəllimələrdən Nəzakət Cahangirova, Ülviyyə Əsgərova, şagirdlər və valideynlər iştirak etdilər.

Əvvəlcə Xocalı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Tədbiri açıq elan edən məktəbin direktoru Cavid Əliyev iştirakçılara Xocalı faciyəsi barədə ətraflı müəlumat verib.

Daha sonra çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik daha sonra Xocalı faciəsindən bəhs edib:

“Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə1918-ci ildə yandırılmışdı. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir.

Biz faciələrimizi unutmamalıyıq, hər zaman ayıq-sayıq olmalıyıq”.

Daha sonra  şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, xatirə şəkli çəkilib.

 

2024-02-28 14:17:10
3472 baxış

Digər xəbərlər

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

24 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində növbəti tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmassıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın geniş fəaliyyətindən danışmışdır. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bu gün 20 faizdən artıq ərazisi Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab etmişdir. Tədbirdə həmçinin layihə çərçivəsidə hazırlanıb çap olunmuş, beş nəfər Qarabağ və Aprel şəhidinin döyüş və həyat yolundan bəhs edən “Torpağı Vətən edənlər” kitabçasının təqdimatı olmuşdur. Layihə və kitabçanın müzakirəsi çərçivəsində Respublika Veteranlar Təşkilatının şöbə müdirləri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Lətif Babayev (kitabça mətninin müəllifi),Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, fiologiya elmlər doktoru Bədirxan Əhmədov, Qarabağ müharibəsi veteranı, jurnalist Elçin Müseyboğlu, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, veteranlar çıxış edərək yeniyetmə və gənclərin şəhidlərimizin həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Vətən, torpaq yolunda həyatlarını qurban vermiş insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu və onların əbədi həyat qazandıqlarını qeyd etmişlər. Tədbirin sonunda kitabça tədbir iştirakçılarına paylanılmış, veteranlar gənclərlə xatirə şəkli çəkdirmişlər.  

Hamısını oxu
İlham Əliyev çıxış etdi - MDB konfransı

MDB dövlət başçılarının toplantısı başlayıb. Publika.az Axar.az-a istinadla xəbər verir ki, dövlət başçıları hazırkı situasiyanı və siyasi, iqtisadi, sosial və mədəni sahədə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edirlər. Hazırda Prezident İlham Əliyev çıxış edir və o, Vətən müharibəsi haqda ətraflı danışır.

Hamısını oxu
“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:  “2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.  Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:  “Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.  Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.  Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“Qurtuluş günü” şeiri müasir Azərbaycan ədəbiyyatının parlaq nümunələrindəndir

15 iyun 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqı və dövlətçiliyinin həyatında baş verən ən mühüm hadisələrdən biri kimi hər il böyük sevinc və təntənə ilə qeyd edilməkdədir. Milli dövlətçilik tariximizə yön verən, xalqımızın xilasının başlanğıcı olan bu hadisə mədəniyyət və incəsənətimizin bir çox sahələri kimi, ədəbiyyatımızda da yer almaqda, şeirlərdə, poemalarda, romanlarda parlaq boyalarla əks olunmaqdadır. Bu baxımdan yazıçı Rəna Qurbanlı Qılıcovanın müəllifi olduğu “Qurtuluş günü” şeiri müasir ədəbiyyatımızın maraq doğuran, parlaq nümunələrindəndir.  Qurtuluş günü! Gün var ki, ömürə bərabər olur. Əbədi olaraq yaddaşa dolur. Tarixə yazılır qızıl həriflə. Hər ildə qeyd olur böyük şərəflə. Qurtuluş günüdür bu günün biri. Bayrama bələyir bütün hər yeri. On beşi iyundur həmin gözəl  gün. Xalqımız qeyd edir sanki toy- düyün. Geriyə dönüşdü hakimiyyətə. Əliyev bəxş etdi bunu millətə. Ulu Öndərimiz qayıtdı geri. Sevincə bələdi bütün hər yeri. Qurtuluşa böyük addım atıldı. Bayramlar içinə o gün qatıldı. Birlikdə söyləyək, birlikdə deyək. Qurtuluş günümüz olsun mübarək! Məlumat üçün qeyd edək ki, Rəna Qurbanlı 1960 -cı il iyunun 26- da Sumqayıt şəhərində anadan olub. 1977- ci ildə Tovuz rayonunda Puşkin adına məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış, 1994-də məzun olmuşdur. Ailəlidir , üç övladı var. 12 kitabın (“Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək” və s.) müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü, Prezident təqaüdcüsüdür. Seymur ƏLİYEV  

Hamısını oxu