Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

2020-05-27 00:00:00
3470 baxış

Digər xəbərlər

“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”

           Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının  maliyyə dəstəyi ilə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 08 noyabr 2016-cı il  tarixdə Respublika Veteranlar Təşkilatının akt zalında seminar–müşavirə keçirilmişdir. Tədbiri Respublika  Veteranlar Təşkilatinın  sədr müavini Cəlil Xəlilov giriş sözü ilə açaraq tədbir haqqında məlumat verib.          Tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Tədbirin  əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.          Tədbirin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Seminar-müşavirəyə Binəqədi, Xəzər, Xətai, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Abşeron, Sumqayıt, Qaradağ şəhər (rayon )  veteran təşkilatlarının   sədrləri  dəvət olunublar. Eyni zamanda seminar-müşavirədə  Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, fəal gənclər, veteranlar,  müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri, şəhid ailələri,  eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanı Rafıq Alıcanovun ailə üzvləri  iştirak ediblər. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq  səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhərmanlara həsr olunan film nümayiş etdirilib.

Hamısını oxu
Cəlilabadda Aprel döyüşlərinin 10 illiyi qeyd olunub

Bu gün Cəlilabad  rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib. Tədbir torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi yolunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldıqdan sonra başlanılıb. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman  Azərbaycan ordusunun erməni işğalçılarına qarşı 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb və qeyd edib ki, Aprel döyüşləri bütün dünyaya qüdrətli ordumuzun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərdi. Şanlı zəfərimizə gedən yolun təməlini qoydu. Aprel döyüşlərində iştirak etmiş igidlərimizdən Məftun İbrahimov və İsmət Əliyev keçdikləri şərəfli döyüş yolundan danışıblar və cinayətkar erməni rəhbərlərinin guya erməni səngərlərinin keçilməz olduğu haqqında uydurduqları mifi alt-üst etdiklərini bildiriblər. Aprel döyüşlərində şəhid olmuş Royal Nəsirovun atası İmran Nəsirov mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmış oğullarımızla qürur duyduğunu dilə gətirib və şəhid ailələrinə və qazilərimizə göstərilən  dövlət qayğısını məmnunluq hissi ilə qeyd edib. Cəlilabad rayon İcra Hakimiyyəti Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərov, şəhid ataları Mehman Əliyev, Cahangir Qubadov, Füzuli  Teymurov, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla  Əliyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, DQİDK-nin Cənub bölgəsi üzrə nümayəndəsi Cavidan Rəşidov və başqaları çıxış edərək qeyd ediblər ki, biz torpaqlarımızın işğalı ilə barışa bilməzdik, ona görə də Ali Baş Komandanımız İlham Əliyevin əks-hücum əmri ilə 27 sentyabr 2020-ci ildə igid oğullarımızın şücaəti və sarsılmaz Dövlət-Ordu-Xalq birliyi sayəsində bütün torpaqlatımız erməni faşistlərindən birdəfəlik təmizləndi, Bayrağımız doğma Qarabağımızda yenidən əzəmətlə dalğalanmağa başladı. Tədbirdən sonra tədbir iştirakçıları rayon rəhbərliyi ilə birlikdə rayonun Məlikqasımlı kəndinə gedərək Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Royal Nəsirovun məzarını ziyarət edib, tər güllər düzüblər və ruhuna dualar oxuyublar. Xatırladaq ki, Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2 aprel 2016-cı ildə Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən igidlik göstərərək şəhid olmuşdur. Aprelin 9-da Röyal Nəsirovun nəşi doğulduğu Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Hamısını oxu
Bu gün şəhid Həsən Həsənovun doğum günüdür

Bu gün Azərbaycan Ordusunun şəhid əsgəri Həsənov Həsən Səfər oğlunun  doğum günüdür. Həsənov Həsən Səfər oğlu 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir. Həsən hərbi xidməti başa vurduqdan sonra doğulub boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi  başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. Vətən müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra “Vətən uğrunda “ medalı   ilə təltif edildi. Azərbaycanın  Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Hamısını oxu
“Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi”

Nəcəf Novruzov: “Dövlət başçısının gənclərimizə verdiyi qiymət göz önündədir”   Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan gəncliyinin bütün dünyaya nümunə olduğunu bildirib:   “Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən bugünə qədər ölkəmizə gənclərə, onların inkişafına böyük diqqət yetirildiyi, gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu birmənalıdır. Sevindiricidir ki, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də, hər zaman Azərbaycan gəncliyinin inkişafına mühüm önəm vermiş, onların intellektual səviyyəsinin yüksəldilməsi, özlərini inkişaf etdirməsi, müasir dünya gəncliyinə örnək səviyyədə formalaşması üçün dövlətimizin bütün imkanlarından maksimum istifadə etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi öz biliyi, dünyagörüşü, milli dəyərlərə bağlılığı, vətən sevgisi, intelelktual və mədəni səviyyəsi ilə dünya gənclərinə nümunə saylıla bilər.   44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Dünya gördü ki, Azərbaycan gəncləri öz vətənlərini müdafiə etmək, dövlətlərinin ərazi bütövlüyünü təmin etmək üçün hər cür fədakarlığa hazırdır. Şuşa döyüşlərində gənclərimizin sıldırım qayaları qalxaraq yalın əl və yüngül atıcı silahlarla düşmənə divan tutması faktı buna nümunədir.   Bu mühüm gündə Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyətinə də diqqət çəkmək istəyirəm. Çünki Gənclər və İdman Nazirliyi dövlətimizin gənclərlə bağlı siyasətini müvəffəqiyyətlə həyata keçirir, beynəlxalq səviyyəli mühüm layihələrə, böyük nailiyyətlərə imza atır.    Hesab edirəm ki, dövlətimizin gənclər siyasəti, o cümlədən Azərbaycan gəncliyinin mövcud durumu sabaha daha inamla baxmağa əsas verir və əminəm ki, bu gün olduğu kimi sabah da gənclərimiz xalqımızın sevinc və iftixar mənbəyi olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu