Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək

Bakı, 18 mart, AZƏRTAC

NATO-nun Baş katibi Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, bu səfər kifayət qədər möhkəm olan NATO-Azərbaycan münasibətlərini daha da inkişaf etdirəcək:

“Azərbaycan uzun müddətdir ki, NATO-nun müxtəlif proqramlarında çıxış edir, dünyanın fərqli nöqtələrində sülhyaratma missiyalarına qatılır. Dövlətimizin bu addımı NATO rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilməkdədir. Azərbaycan NATO-nun sülhyaratma missiyasında iştirak etməklə yalnız bölgəmizdə deyil, dünyanın ən müxtəlif coğrafiyalarında sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu göstərir. Bu baxımdan hesab edirəm ki, NATO baş katibinin Bakı səfəri Azərbaycanla bu qurum arasında münasibətlərin inkişafına təkan verəcək”.

Polkovnik qeyd edib ki, Azərbaycanın NATO-nun Əfqanıstan missiyasına uzun illər verdiyi töhfə çox vacib idi: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olub. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci ilin avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr hərbi qulluqçularımız olublar. Bu isə bir daha Bakının Azərbaycan-NATO əməkdaşlığına güclü sadiqliyini göstərir”.

Bununla yanaşı, Cəlil Xəlilov vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatının üzvüdür və bu siyasətinə sadiqdir. O xatırladıb ki, NATO-nun Baş katibi səfər əsnasında ölkəmizin beynəlxalq ekoloji təhlükəsizlik istiqamətində atdığı addımlara da açıq dəstək ifadə edib, COP29-un əhəmiyyətini yüksək qiymətləndirib: “Səfər əsnasında Yens Stoltenberq Azərbaycanın qlobal ekoloji təhlükəsizliyin təmini istiqamətində atdığı addımlara da diqqət çəkib, bu addımların bəşəriyyət üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. Habelə deyib ki, cari ilin noyabrında keçiriləcək COP29 dünyamızın ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu konfrans bərpaedilən enerji mənbələrindən istifadə etməyin, “yaşıl enerji”yə keçidin nə qədər vacib və zəruri olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, bu məqsədə çatmaq üçün yeni istiqamətlər və yollar müəyyənləşdiriləcək.

Odur ki, Yens Stoltenberqin paytaxtımıza səfəri yalnız hərbi təhlükəsizlik deyil, həm də ətraf mühitin mühafizəsi baxımından da önəmli səfər oldu. Bu səfər bir daha sübut etdi ki, dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar dövlətimizin ekoloji siyasətini yekdilliklə dəstəkləyir, bunun sadəcə Azərbaycanın və regionun deyil, bütün bəşəriyyətin rifahına xidmət etdiyini başa düşür”.

2024-03-19 01:02:55
3552 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin toplantısı keçirilib. Topantıda bir sıra məsələlərlə yanaşı, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:  “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Uzun illərdir ki, Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi, dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir. Möhhərəm Prezident! Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli  Qərarı ilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi müharibə əlilləri və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı bir daha vətəninin müdafiəsində müxtəlif tarixi dövrlərdə dayanan, öz sağlamlığını müstəqilliyimizin güclənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini göstərir. Cənab Prezident! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi olaraq şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz mütəmadi diqqət və qayğıya görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, veteranlar olaraq hər zaman olduğu kimi bundan sonra da, Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan xalqı!”   Dərin hörmət və ehtiramla,   “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından, Sədr Fatma Səttarova

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin bəyanatı

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti 4 iyun 2021-ci il tarixində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat verib. Beynəlxalq təşkilatlara, dünya birliyinə ünvanlanan bəyanatda deyilir:   “30 ilə yaxındır ki, Ermənistan dövlətinin həyata keçridiyi işğal siyasətinə 44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il tarixli bəyanatla son qoyulsa da, erməni faşizminin mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi mülki insanlar arasında tələfatların yaşanmasına, sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur. Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir.   Təəssüf doğuran məqamlardan biri də Azərbaycan dövlətinin səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün əməli addım atmamasıdır. Nə qədər acınacaqlı da olsa qeyd etməliyik ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir. Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.   Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir. Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir.   Ona görə də, Respublika Veteranlar Təşkilatı olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik. Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür.   Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq gödstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

Hamısını oxu
С днем рождение Джалиль бей

Джалил Бей ! Поздравляю  Вас Лично  ! Вашу Семью !  Родных Вашей Душе И Сердцу Людей ! ВСЕХ ПОГРАНИЧНИКОВ АЗЕРБАЙДЖАНА ! Весь Азербайджанский Народ ! С Государственным Праздником ! С Днём Пограничника Государственной Пограничной Службы Азербайджанской Республики  ! Желаю Вам Всем !  Высочайшей Моральной И Боевой Готовности !  Крепкого Здоровья ! Долгих Счастливых Лет Жизни ! Мирного Неба Над Вашими Головами ! Материального Достатка ! А Также Всего Самого Наилучшего ! С Уважением К Вам Гасанов Олег Тэльманович ! Не Победимая Украина ! Столица !  Город Красавец ! Город Боец ! Город Герой Киев ! СЛАВА АЗЕРБАЙДЖАНУ ! ! ! СЛАВА УКРАИНЕ ! ! !  ВСЕГДА НА СВЯЗИ ! ! !   = 102= 24/7/365 ! ! !

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib.   Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu