Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Karate Federasiyasında yeni təyinat

Veteran.gov.az xəbər verir ki, Vüsal Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi vəzifəsinə təyin olunub.

Məlumat üçün bildirək ki, Vüsal Abdullazadə  həmçinin Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə  "Dünya Fudokan Federasiyası"nın Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsidir.

Vüsal Abdullazadə eyni zamanda  hərbi döyüş çoxnövçülüyü və karate üzrə 3 qat dünya çempionudur. O eyni zamanda 2016-cı il aprel döyüşlərinin iştirakçısıdır.

Əlavə olaraq qeyd edək ki,  son illər idman sahəsində aparılan islahatlar nəticəsində Azərbaycanda dövlət tərəfindən tanınan və akkreditasiya olunmuş tək karate federasiyası Azərbaycan Karate Federasiyasıdır. Digər bütün karate növləri (üslublar) AKF -nın nəzdində inkişaf etdirilir. Qurumun prezidenti isə Karate üzrə dünya və avropa çempionu, 8-ci dan qara kəmər sahibi, Milli Məclisin deputatı Ülvi Quliyevdir.

2024-05-06 17:43:36
3578 baxış

Digər xəbərlər

Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib

03.10.2021-ci il tarixində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, MTB mütəxəssisləri Orxan Məmmədov və Aqşin Bağırlının təşkilatçılığı, o cümlədən “Gənc Velosipedçilər” İctimai Birliyinin dəstəyi ilə Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib.   Veteran.gov.az xəbər verir ki, bu barədə Respublika Olimpiya Velosiped Məktəbinin sosial mediadakı rəsmi səhifəsində məlumat verilib.   Yarışda 30 iştirakçı mübarizə aparıb. Ekstrim həvəskarlarından fəxri kürsünün ən yüksək pilləsinə Mackay Kayl qalxdı. Məmmədov Kamran 2-ci, Abdullayev Şirxan isə 3-cü olub. Qaliblər medal, diplom, Berg Enerji, o cümlədən “2 Təkər” və “Velo lider” mağazalarından qiymətli hədiyyələrlə təltif edilib.      

Hamısını oxu
Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və bu səfər əsnasında səslənən fikirlər iki ölkə arasındakı dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü, eyni zamanda, iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın inkişafına töhfə verəcək. Hazırda da iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar. Respublika Veteranları Təşkilatının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin Vladimir Putinlə görüşü iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olduğunu əks etdirdi. Bu görüş göstərdi ki, dövlətlərimiz kimi, prezidentlərimiz arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Dünya praktikası sübut edib ki, liderlər arasındakı şəxsi münasibətlərin dövlətlərarası münasibətlərə təsiri hər zaman böyük olur. Bu baxımdan Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin də dövlətlərarası münasibətlərə fayda verəcəyi birmənalıdır. “Dövlət başçılarının görüşü həm də 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmək istəməyən, bu yolda süni maneələr yaratmağa çalışan Ermənistana da ciddi mesajdır. Artıq bir neçə aydır ki, Ermənistan 10 noyabr Bəyanatının icrasını süni şəkildə əngəlləməyə, müxtəlif təxribatlar törətməyə çalışır. Ancaq bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınmaqdadır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Rusiya səfərində biz hər iki dövlət başçısının 10 noyabr Bəyanatına münasibətdə eyni mövqe sərgilədiyinin şahid olduq. Hər iki dövlət başçısı əminliklə vurğuladı ki, üçtərəfli Bəyanat icra edilməli, orada nəzərdə tutulan bütün məqamlar praktiki baxımdan əksini tapmalıdır. Bu baxımdan, Prezidentimizin Rusiya səfərini həm də Ermənistana, onun təxribatçı hərəkətlərinə verilən cavab, ciddi bir mesaj kimi də dəyərləndirmək mümkündür. Bu mesajın anlamı isə ondan ibarətdir ki, Ermənistan 10 noyabr Bəyanatını icra etməli, orada əksini tapan bütün nüansların, o cümlədən Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat infrastrukturunun formalaşması ilə bağlı məqamların icrasına süni əngəl yaratmamalıdır. Əks-təqdirdə, bu siyasət Ermənistanın özü üçün ağır nəticələrə, o cümlədən böyük iqtisadi itkilərə, sosial fəlakətə səbəb olacaq”, - deyə hərbi ekspert əlavə edib.

Hamısını oxu
”Müstəqilliyə gedən yol” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2026-cı il tarixində Sabunçu  rayonunda tədbir keçiriblər.  20 Yanvar faciəsinin 36 –cı ildönümunə həsr edilmiş tədbir Bakı şəhəri Sabunçu  rayonu şəhid Rasim Quliyev adına 107 saylı tam orta ümum təhsil məktəbində  baş tutub. ”Müstəqilliyə gedən yol” adlı tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, müavini Adil Məmmədov, məktəbin direktoru Kəmalə Məmmədova, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbidə çıxış edən Adil Haqverdiyevə verildi öncə Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ehtiyatda olan  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. 20 Yanvar faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, bu hadisə xalqımızın tarixində həm qanlı bir gün, həm də qürur duyulacaq  tarixi gündür.Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Nəbi Hacıyev və Adil Məmmədov da çıxışlarında 20 Yanvar faciəsini doğuran səbəblər və bu faciənin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirin sonunda şagirdlər 20 Yanvar faciəsinə  həsr edilmiş şerlər səsləndiriblər. Məktəbin direktoru Kəmalə Məmmədova qonaqlara təşəkkürünü bildirib, vətənpərvərlik mövzusunda davamlı şəkildə tədbirlər keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. 

Hamısını oxu
Bakı şəhərində görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər üçün Novruz bayramı şənliyi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihəsi icra edilib. Bayram şənliyində Bakı, Abşeron , Sumqayıt bölgələrində yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı təmin edilmişdir və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün  müyəssər şərait qurulub. Bayram şənliyi Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət və əyləncə mərkəzində təşkil edilib. Bayram şənliyində   gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlərlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.  Şənlikdə 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslər iştirak edib.    

Hamısını oxu