Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Сəlilabadda qələbənin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı alman faşizmi üzərində qələbənin 79- cu ildönümü ilə əlaqədar  tədbir  keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə ikinci Dünya Müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda

 şəhid olan  həmvətənlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, İkinci Dünya Müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. 600 mindən çox azərbaycanlı cəbhələrdə döyüşüb, Kiyev, Leninqrad, Stalinqrad  və Moskvanın müdafiəsində igidlik göstəriblər. O, müharibə illərində  qəhrəmanlıq nümayiş etdirmiş həmyerlilərimizin 130-dan çoxunun Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 200 minə yaxının isə orden və medallarla təltif olunduğunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, şəhid atası Nazim Paşayev, Ağsaqqallar şurası rayon şöbəsinin sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Mikayıl İnçəçaylı, Sakit İsayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad nümayəndəsi Cavidan Rəşidov, veteran müəllimlər İsmayıl Məmmədov, Əsəd Əliyev, Muxtar Ağayev, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşalla Əliyev və başqaları bildiriblər ki, 1941-45-ci illərdə cəbhə üçün zəruri olan yanacağın 70-80 faizini Azərbaycan təmin etməsəydi sovet ordusu düşmənə qalib gələ bilməzdi. Şətəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi qəhrəmanlığı bu gün də yaddaşlarda yaşayır.

2024-05-10 10:12:40
3106 baxış

Digər xəbərlər

“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir”

Varis: “Keçmişə güllə atanı gələcək topa tutar” Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı, şəxsiyyətləri də hədəf alınmaqdadır. Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri xüsusən Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar. Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə  Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə  stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar. Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni? Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik: Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir

Bakı, 29 yanvar, AZƏRTAC “Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı əsl mənzərəni üzə çıxardı: “2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, müasir Azərbaycan gəncləri öz vətənlərinə, bayraqlarına, milli-mənəvi dəyərlərinə dərin sevgi və bağlılıq hiss edir, dövlətimizin inkişafında yaxından iştirak edirlər. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramları, məqsədyönlü siyasət gənclərimizi dövlətimizin inkişafının avanqard qüvvəsinə çevirib. Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr, onlara göstərdiyi qayğı da sevindiricidir və təqdir edilməlidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin gücünü, Vətən sevgisini, cəsarət və mübarizə ruhunu dünyaya göstərdi. Müharibə sübut etdi ki, gənclərimiz dövlətimiz, xalqımız üçün təhdid təşkil edən istənilən təhlükəni aradan qaldırmağa, öz qətiyyətləri, rəşadətləri, cəsarətləri ilə Vətənimizin düşmənlərini darmadağın etməyə, öz adlarını tarixə qızıl hərflərlə yazmağa qadirdir”. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının gənclərlə sıx əməkdaşlıq etdiyini, öz sıralarını gənc veteranlar hesabına sürətlə genişləndirdiyini vurğulayıb: “Təşkilatımız ilk gündən gənclərlə əməkdaşlığa mühüm önəm verib, onlarla mütəmadi şəkildə görüşlər keçirib. Bu baxımdan “Nəsillərin görüşü” silsiləsindən hər il çoxlu sayda görüş təşkil olunur ki, bu görüşlərdə gənclər və veteranlar bir yerə toplanır, qarşılıqlı fikir mübadiləsi aparırlar. Belə görüşlər gənclərimizin veteranlarımızın həyat və mübarizə yolunu daha yaxından öyrənməyə, öz dünyagörüşlərini zənginləşdirməyə kömək edir. Respublika Veteranları Təşkilatı öz sıralarını həm də gənc veteranlar hesabına sürətlə genişləndirməkdədir. Bu gün Silahlı Qüvvələrimizin tərkibində on minlərlə gənc yer alır. Onlar sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmaqda, Vətənə sədaqətlə xidmət etməkdədirlər. İnanıram ki, gənclərimiz bundan sonra da xalqımızın və dövlətimizin etimadını layiqincə doğruladacaq, bilik və bacarıqları, cəsarət və qəhrəmanlıqları ilə yeni tarix yazacaqlar”.

Hamısını oxu
“DTX-nın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə genefondumuzun qorunmasına xidmət edir”

Tənzilə Rüstəmxanlı: “Bu mübarizə həm miqyas, həm də mahiyyət etibarilə olduqca böyük və önəmlidir”  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə uğurla davam edir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı, DTX-nın apardığı bu mübarizəni xalqımızın genefondunun qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “DTX-nın  narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə dövlət təhlükəsizliyimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də gənc nəslim sağlamlığının qorunması, genefondumuzun hifz edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, narkotiklərin qanunsuz dövriyyəsi müasir dünyamızın əsas problemlərindən biridir və qlobal xarakterli təhlükə hesab olunur.  ABŞ kimi super güclər belə bu problemə qarşı təkbaşına mübarizədə ciddi çətinliklərlə qarşılaşırlar. Azərbaycan isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm uğurları ilə diqqət çəkir. Bu baxımdan DTX-nın narkotiklərə qarşı mübarizə müstəvisində atdığı addımlar həm miqyas, həm də mahiyyət etibarilə mühüm həmiyyət kəsb edir. Nümunə üçün qeyd edək ki, cari ilin 11 aprel tarixində DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb ki, bu da oldaqca böyük uğurdur. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan bu mübarizə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alır, gənclərin həm fizki, həm əqli, həm də ruhi-mənəvi sağlamlığının qorunmasını təmin edir. Gənclərimizin narkotik bəlasından hifz edilməsi həm də dövlət və xalq olaraq gələcəyimizin qorunması, inkişafımızın sığortalanması deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dövlətimizin gələcəyinin və təhlükəsizliyinin sağlam və vətənpərvər gəncliyə bağlı olduğunu vurğulayb, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinin həyati əhəmiyyət kəsb etdiyini qeyd edib. Narkotiklərə qarşı aparılan mübarizə məhz belə bir gəncliyin formalaşdırılması baxımından son dərəcə vacibdir və birmənalı şəkildə DTX-nın xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri hesab oluna bilər. DTX-ya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aprdığı mübarizədə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirik”. Seymur ƏLİYEV

Hamısını oxu
Məşhur kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü Novxanıda ehtiramla yad edilib

Bu gün məşhur kəşfiyyatçı və partizan, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ad günüdür.  Veteran.gov.az xəbər verir ki, bu əlamətdar günlə bağlı Novxanı kənd sakinləri böyük qəhrəmanın abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Tədbirdə “Hacı Səfəralı” məscidinin acundu Hacı Ələsgər Mikayılzadə, iş adamı Cəlil Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev və onlarla ziyalı iştirak edib, Mehdi Hüseynzadə və onun qəhrəmanlığı haqqında maraqlı faktlara toxunublar. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin təbliğinin sadəcə hərb tariximizin yaşadılması deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Seymur ƏLİYEV

Hamısını oxu