Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda Beynəlxalq Ailə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı  Rayon İcra Hakimiyyəti ilə birgə Cəlilabad Tibb Kollecində Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirib. 
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, rayon Veteranlar Təşkilatınım sədri Ədalət Salman, Azərbaycan Yazıçılar birliyinin üzvləri Ruhiyyə Abbaszadə, Meyxoş Abdulla, müəllim və  tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Onlar, həmçinin tələbələri narahat edən sualları cavabladırıblar.
Sonda maraqlı suallar verən tələbələrə kitablar hədiyyə olunub.

2024-05-18 22:22:48
3604 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov şəhid ailələrinə başsağlığı verdi: “Onlar qəlbimizdə əbədi yaşayacaqlar”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov sentyabrın 12-də erməni təxribatının qarşısının alınması zamanı həlak olan şəhidlərin doğmalarına başsağlığı verib, Azərbaycan xalqının onları hər zaman sevgi və minnətdarlıq hisis ilə yad edəcəyini vurğulayıb. Veteran.gov.az xəbər verir ki, Polkovnik Cəlil Xəlilov dövlətmizin, bayrağımızın məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində var olduğunu bildirib:  “Sentyabrın 12-də erməni təxribatının qarşısının alınmasında iştirak edən və müqəddəs vətən torpağını müdafiə edən zaman həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə, doğmalarına başsağlığı verir, yaralı qazilərimizə şəfa diləyirəm.  Şəhidlərimiz düşmən təxribatının qarşısının alınmasında böyük qəhrəmanlıq göstərmiş, vətən torpağını öz canları, qanları bahasına yağı düşməndən müdafiə etmişdilər. Tarix sübut edir ki, dövlət də, bayraq da hər zaman şəhidlərin, qazilərin fədakarlığı sayəsində var olmuş, xalqlar tarixin sınaqlarından öz igid övladlarının qəhrəmanlığı sayəsində alnıaçıq, üzüağ çıxmışdır.  Şəhidlərimiz bizim qürurumuz, bizim qəhrəmanlarımızdır və onlar xalqımızın, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, daim sevgi və minnətdarlqı hissi ilə yad ediləcəkdir.  Bir daha şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyir, hər kəsi dövlətimizin, Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşməyə səsləyirəm”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Vətənə Sədaqətin Ünvanı: 2030-cu ilə qədər Şəhid Ailələri və Müharibə Əlillərinə Yeni Həyat

Azərbaycan xalqı tarix boyu torpağına bağlı, millətinə sədaqətli olmuşdur. Bu sədaqətin ən uca nümunəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz əksini tapdı. Minlərlə igid övladımız şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz canından, sağlamlığından keçərək bu müqəddəs savaşı qələbə ilə başa vurdu. Hər bir şəhid, hər bir qazimiz bu qələbənin təməl daşlarını qoyan mübarizlərdir. Müstəqil Azərbaycanın parlaq zəfərinin arxasında yalnız əzmkarlıq və igidlik deyil, həm də güclü siyasi iradə, xalq-dövlət birliyi və Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Prezidentin rəhbərliyi ilə Azərbaycanın hər bir vətəndaşı həmrəy oldu və Vətən uğrunda mübarizə apardı. Bu zəfər həm də bir millətin, bir dövlətin qüdrətinin təzahürü oldu. Ulu öndər Heydər Əliyevin qürurla söylədiyi, zamanın sınağından keçmiş o dərin mənalı söz  “Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmayacaq”  bu gün müstəqil dövlətimizin sosial ədalət fəlsəfəsinin mayakına çevrilib. Bu müqəddəs ideya dövlət siyasətində, görülən işlərdə, həyata keçirilən sosial islahatlarda yaşayır. Prezident İlham Əliyev bu əzəmətli mirası XXI əsrin reallıqları ilə yoğuraraq, ata vəsiyyətinə sadiqliyini əməli fəaliyyətlə sübut edir. Hər bir yeni ev açarı, hər bir dəstək proqramı sanki dövlətin şəhid analarına bir pıçıltısıdır: “Sənin oğlun Vətənin zirvəsindədir.” Sosial dəstək, psixoloji yardım, təhsil və məşğulluq imkanları – bütün bu tədbirlər mənəvi yaralara da məlhəm olur. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən 2030-cu ilə qədər şəhid ailələrinin və müharibə əlillərinin mənzil və ya fərdi evlə təmin olunması prosesi davam etdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-2030-cu illəri də əhatə edən tədbirlər planı hazırlamalı və bu plan Prezidentlə razılaşdırılmaqla həyata keçirilməlidir. Bu qərar 2014-2023-cü illər ərzində yaşayış sahəsinə ehtiyacı olan kimi qeydiyyata alınmış şəxslərlə yanaşı, həm də 2020-2023-cü illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxsləri və onların ailələrini də əhatə edir. Əlavə olaraq Çernobıl qəzasının ləğvində iştirak etmiş əlillər də bu proqramdan yararlanacaqlar. Verilmiş sərəncama əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaiti hər il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri bölməsində öz əksini tapsın. Beləliklə, bu təşəbbüs dövlətin məsələni yalnız prinsip səviyyəsində deyil, eyni zamanda real büdcə dəstəyi ilə prioritet kimi dəyərləndirdiyini göstərir. Bu da onu deməyə əsas verir ki, iqtisadi təminat və sosial rifah məsələləri gələcəyə aparan yolda dövlət siyasətinin ən ali istiqamətlərindən birinə çevrilmişdir. Dövlətin bu addımı müharibə və təhlükə ilə üzləşmiş bütün insanlara olan borcumuzun təzahürüdür. Hər bir şəhidin, hər bir qazinin ailəsi, bizim milli dəyərlərimizin və vətən sevgimizin əbədi bir parçasıdır. Bu qərar yalnız sosial dəstək deyil, eyni zamanda ədalət və insanlıq adına atılmış böyük bir addımdır. Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycan dövlətinin şəhidlərə, qazilərə və onların ailələrinə olan hörmətini bir daha təsdiqləyir və müstəqil Azərbaycanın parlaq gələcəyini daha da möhkəmləndirir. Bu siyasət hər bir vətəndaşın içində dərin bir minnətdarlıq və vətən sevgisi oyadır. Azərbaycan xalqı tarix boyu igidlik və mübarizə ruhu ilə tanınır. Hər zaman öz torpağını və azadlığını qorumaq üçün döyüşən, düşmənə qarşı cəsarətlə vuruşan bir xalqdır. Bir millət düşünün ki, daim vuruşan, hər zaman ayıq-sayıq, hər zaman mübarizənin önündə duran igidlərə borcludur. Bu igidlər öz həyatlarını torpaqlarımızın azadlığına və millətimizin gələcəyinə həsr ediblər. Onlar, öz qanları ilə yazdıqları qəhrəmanlıq dastanları ilə xalqımızın tarixində əbədi iz qoydular.Bu igidlər ki, hər bir qəlbdə minlərlə “Sağ ol, Prezident!” kəlməsini ucaldanlardır. Onların sayəsində bu gün biz azad, müstəqil və güclü bir dövlətin vətəndaşlarıyıq. Prezidentimizin liderliyi və dəstəyi sayəsində bu qəhrəmanların mübarizəsi və qələbələri tam mənasıyla dəyərləndirilmiş, xalqımıza və dövlətimizə xidmət edənlərin əziz xatirəsi unudulmamışdır. Bu səs, sadəcə veteranların deyil, həm də bütün Azərbaycan xalqının səsidir  “Sağ ol, Prezident!”Azərbaycan Müharibə Veteranları Təşkilatının verdiyi bəyanat, bu səslərin bir simfoniyasını çalır. Təşkilat, Prezident İlham Əliyevin verdiyi qərara qarşı olan minnətdarlığını ifadə edərkən, sadə bir ifadə ilə yalnız təşəkkür etməyi deyil, həm də tarixən bu xalqa verilmiş ən böyük borcun təntənəsini bəyan edir: “Bu qərar bizim cəmiyyətimizdə sosial ədalətin təntənəsi, şəhid və qazilərimizə verilən yüksək qiymətin göstəricisidir.”Vətənə xidmət edənlər, canlarından keçənlər, yurdlarının uğrunda şəhid olanlar… Hər biri öz həyatını və hərəkətlərini bir rəmzə çevirərək, ölkənin gələcəyinə işıq salan ulduzlara çevrilir. Amma bu işıq, bir gecənin ulduzları kimi yox, gündəlik həyatda, cəmiyyətin hər anında parlayan, onun istinad nöqtəsi olan, onun canından qanından yaranmış bir işıqdır.Cəmiyyət, bu işığı görəndə, şəhid və qazilərə verilən yüksək qiymətə dəyər verərək bir daha yadına salır ki, həyatın ən qiymətli möcüzəsi, insanların həyatlarını əzab-əziyyətlə deyil, şəxsiyyətlə yaşamağa nail olmalarıdır. Cəmiyyətin hər bir fərdi, bu qərarın nəticəsində öz şəhidlərinin və qazilərinin adlarını bir dəfə daha qəlbində ucaltmaq imkanı tapır. Onlar yalnız dövlətin deyil, hər bir vətəndaşın təntənəsidir. Onlar sadəcə döyüş meydanlarında deyil, bu torpaqlarda yaşayan hər kəsin ruhunda bir qəhrəmandır.“Sağ olun, cənab Prezident!”  bu söz, bir təşəkkürdən çox, bir hissiyatın təzahürüdür. Bu, bir xalqa verilmiş hörmətin, mübarizəyə, əzmkarlığa və şəhidlərin ruhlarına olan dərin hörmətin ifadəsidir. Bu, yalnız bir cümlə deyil; bu, torpaqlarımızı qorumaq üçün mübarizə aparan hər bir insanın qəlbində yaşayan bir yaşam tərzinin  bir mərhəmətin, bir vətən sevgisinin ən yüksək ifadəsidir.Beləliklə, Prezident İlham Əliyevin verdiyi bu qərar yalnız bir siyasət qərarı deyil, həm də xalqın ən ali arzularını, ən dərin ehtiyaclarını birləşdirən bir qərardır. Vətənin igidləri, indi yalnız döyüş meydanlarında deyil, həyatın hər anında, hər bir köşəsində öz hüquqlarını tanıyan və yüksək qiymətləndirən bir cəmiyyətdə var olurlar. Bu, yalnız onlara verilən qiymət deyil, həm də cəmiyyətin özünün şəxsiyyətinin təsdiqidir.Onlar “Sağ ol, Prezident!” deyərkən, bu sadə sözlərdə nə qədər böyük mənalar gizləndiyini, nə qədər böyük mübarizənin və zəhmətin olduğunu bir daha göstərirlər. Bu, Prezidentin yalnız bir qərarı deyil, onun xalqına verdiyi ən böyük hədiyyəsidir: ədalət, qiymət və diqqət.Azərbaycan Müharibə Veteranları Təşkilatı və digər vətənpərvər ictimai qurumlar bu qərarı minnətdarlıqla qarşılayaraq Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Təşkilatın bəyanatında vurğulanır: “Bu qərar bizim cəmiyyətimizdə sosial ədalətin təntənəsi, şəhid və qazilərimizə verilən yüksək qiymətin göstəricisidir. Sağ olun, cənab Prezident, bu ali diqqət və qayğıya görə! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı: “7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral tarixli prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bu barədə saytımıza Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov məlumat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yüzlərlə nümayəndəsi respublika ərazisində seçki müşahidəçiliyi aparıb, seçki prosesini yaxından izləyib. Bütün məntəqələrdə nümayəndələrimizə seçki müşahidəçiliyi üçün tam şərait yaradılıb. Seçkilər azad, ədalətli və şəffaf keçib. Xırda texniki qüsurlar istisna olmaqla, seçkinin ümumi nəticəsinə təsir göstərə biləcək heç bir pozuntu halı qeydə alınmayıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində keçib. Seçicilər heç bir kənar təsir və müdaxilə olmadan istədikləri namizədə səs verib, seçki hüquqlarından sərbəst istifadə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, 7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq seçkilərin nəticəsinin xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirik”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 101 yaşı qeyd olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 101 yaşı qeyd olunub. Tədbirdə veteranlar, xarici ölkə səfirlikləri, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Xatırladaq ki, Fatma Səttarova ötən ilin 24 yanvar tarixində Prezident İlham Əliyev tərəfindən respublikanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu