Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir.

Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”.

Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

2024-06-20 23:57:41
3598 baxış

Digər xəbərlər

“Gənclər və İdman Nazirliyinin, o cümlədən onun tabeliyindəki Nərimanov Rayon Gənclər və İdman İdarəsinin şəhidlərimizin xatirəsinə həsr etdiyi turnirlər alqışlanmalıdır”

 Naqif Həmzəyev: “Bu yarışlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir”   “Şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan idmançılar var”   Artıq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyi, o cümlədən bir sıra gənclər və idman idarələri şəhidlərin xatirəsinə həsr edilən müsabiqə və turnirlər təşkil etməkdə, idman yarışları keçirməkdədir. Bu baxımdan Nərimanov Rayın Gənclər və İdman İdarəsi öz məhsuldarlığına, liderlik mövqeyinə görə xüsusilə seçilir.   Gənclər və İdman Nazirliyi, o cümlədən onun tabeliyində olan Nərimanov Rayon və Gənclər İdarəsinin  təşkilatçılığı ilə bu cür idman yarışlarının, müsabiqələrin keçirilməsi həm vətənpərvərlik təbliğatı, həm də şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür müsabiqələrin mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Şəhidlərimizin, qazilərimizin adı ilə keçirilən bütün tədbirləri alqışlayırıq. Burada bir hədəf, bir məqsəd var. O da gənclərimizi milli ruhda, vətənpərvərlik ruhunda yetişdirmək, həmin qəhrəmanların Vətən müharibəsindəki şücaətini cəmiyyətə çatdırmaqdan ibarətdir. Məqsəd həm də canlı qəhrəmanların nümunəsində vətənpərvərlik sevgisini təbliğ etməkdir.   Bizim idmançı şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan şəxslər var idi. Onlar şöhrət qazanan, məşhurluq əldə edən insanlar idi. Onlar könüllü olaraq ordu sıralarına yazıldılar və sona qədər döyüşdülər.   Hesab edirəm ki, şəhidlərimizin, qazilərimizin adına həsr edilən turnirlər sağlam həyat tərzinin təbliğində də mühüm rol oynayacaq. Gənclər özlərinə həmin şəhid və qaziləri nümunə seçəcəklər. Bu cür turnirlər gələcək illərdə daha çox keçiriləcək. Çünki pandemiya son bir il ərzində daha çox tədbir keçirməyə imkan vermədi. Amma əminəm ki, qarşıdakı illərdə bu cür turnirlər, yarışlar daha çox olacaq.   Mən bütün nazirliklərə, dövlət qurumlarına səslənirəm. Bütün qurumlar çalışmalıdırlar ki, şəhidlərimizi təbliğ etsinlər, onların adına həsr edilən müsabiqələr keçirilsin. Biz də millət vəkilləri olaraq bu cür tədbirlərin təbliğinə kömək etməli, bu tədbirlərdə iştirak etməliyik. Bu baxımdan istər Gənclər və İdman Nazirliyinin, istərsə də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi müsabiqə və turnirləri alqışlayır, bunu son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib. Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan  xalqını, eləcə də, veteranları Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan Respublikasını Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın sülh və tərəqqi yolunda qətiyyətlə irəlilədiyini bildirən polkovnik Cəlil Xəlilov, bu yolun dövlətimizin və xalqımızın gələcək uğurlarının qarantı olduğunu vurğulayıb, xoş arzularını ifadə edib.  

Hamısını oxu
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.  AZXEBER.COM-un məlumatına görə, Sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:  1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər: Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi. 2. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) ləğv edilsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hamısını oxu