Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gənclər və İdman Nazirliyinin, o cümlədən onun tabeliyindəki Nərimanov Rayon Gənclər və İdman İdarəsinin şəhidlərimizin xatirəsinə həsr etdiyi turnirlər alqışlanmalıdır”

 Naqif Həmzəyev: “Bu yarışlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir”

 

“Şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan idmançılar var”

 

Artıq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyi, o cümlədən bir sıra gənclər və idman idarələri şəhidlərin xatirəsinə həsr edilən müsabiqə və turnirlər təşkil etməkdə, idman yarışları keçirməkdədir. Bu baxımdan Nərimanov Rayın Gənclər və İdman İdarəsi öz məhsuldarlığına, liderlik mövqeyinə görə xüsusilə seçilir.

 

Gənclər və İdman Nazirliyi, o cümlədən onun tabeliyində olan Nərimanov Rayon və Gənclər İdarəsinin  təşkilatçılığı ilə bu cür idman yarışlarının, müsabiqələrin keçirilməsi həm vətənpərvərlik təbliğatı, həm də şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?

 

Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür müsabiqələrin mühüm önəm kəsb etdiyini vurğulayıb:

 

“Şəhidlərimizin, qazilərimizin adı ilə keçirilən bütün tədbirləri alqışlayırıq. Burada bir hədəf, bir məqsəd var. O da gənclərimizi milli ruhda, vətənpərvərlik ruhunda yetişdirmək, həmin qəhrəmanların Vətən müharibəsindəki şücaətini cəmiyyətə çatdırmaqdan ibarətdir. Məqsəd həm də canlı qəhrəmanların nümunəsində vətənpərvərlik sevgisini təbliğ etməkdir.

 

Bizim idmançı şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan şəxslər var idi. Onlar şöhrət qazanan, məşhurluq əldə edən insanlar idi. Onlar könüllü olaraq ordu sıralarına yazıldılar və sona qədər döyüşdülər.

 

Hesab edirəm ki, şəhidlərimizin, qazilərimizin adına həsr edilən turnirlər sağlam həyat tərzinin təbliğində də mühüm rol oynayacaq. Gənclər özlərinə həmin şəhid və qaziləri nümunə seçəcəklər. Bu cür turnirlər gələcək illərdə daha çox keçiriləcək. Çünki pandemiya son bir il ərzində daha çox tədbir keçirməyə imkan vermədi. Amma əminəm ki, qarşıdakı illərdə bu cür turnirlər, yarışlar daha çox olacaq.

 

Mən bütün nazirliklərə, dövlət qurumlarına səslənirəm. Bütün qurumlar çalışmalıdırlar ki, şəhidlərimizi təbliğ etsinlər, onların adına həsr edilən müsabiqələr keçirilsin. Biz də millət vəkilləri olaraq bu cür tədbirlərin təbliğinə kömək etməli, bu tədbirlərdə iştirak etməliyik. Bu baxımdan istər Gənclər və İdman Nazirliyinin, istərsə də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi müsabiqə və turnirləri alqışlayır, bunu son dərəcə faydalı hesab edirəm”.

 

Seymur ƏLİYEV

2021-10-22 08:57:00
1116 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov peşə bayramı münasibətilə sərhədçiləri təbrik edib

“Onlar 44 günlük Vətən müharibəsində də əzmlə iştirak edib, tarixi qələbəmizə böyük töhfələr veriblər” Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik yubileyidir. Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov sərhədçiləri təbrik edib, onların əməyinə diqqət çəkib: “Azərbaycan Sahil Mühafizəsinin 105 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Düz 105 il bundan öncə sərhədlərimizin keşiyində dayanan, bu sahədə böyük fədakarlıq göstərən sərhədçilərimiz, bu gün də vətən torpaqlarının qorunmasında, onun təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Sərhəd pozucularından tutmuş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bütün təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparan sərhədçilərimiz, 44 günük Vətən müahribəsində də əzmlə iştirak edib, işğaldakı torpaqlarımızın azad edilməsinə böyük töhfələr verib. Sərhədçilərimiz günümüzdə də bütün sərhədlərimizlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədlərinin qorunmasını da müvəffəqiyyətlə təmin etməkdədir. Mən bir daha sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, sərhədçilərimiz bundan sonra da vətənimizin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə heç bir fədakarlıqdan çəkinməyəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
Sərhəd quruculuğunun ən mühüm mərhələsi – REAL İNTERVYU

Hamısını oxu
Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız

Faiq Qasımov torpaqlarımız yağı düşməndən azad olunmayana qədər hərbi formanı əynindən çıxarmayacağına and içmişdi. Onun qardaşı isə Birinci Qarabağ müharibəsində igidliyi ilə seçilən Həsən Qorxmazdır. Həsən Qorxmaz “Qorxmazçılar” tağımı ilə birlikdə bir neçə dəfə Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərini mühasirədən çıxarıb. O da son nəfəsinə qədər Vətən uğrunda vuruşub və şəhid olub.   Faiq Qasımovun digər dörd qardaşı da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib.  Azərbaycan Televiziyası Faiq Qasımovun evindən reportaj hazırlayıb.  Həmin süjeti təqdim edirik:

Hamısını oxu
Erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman HƏRBİ EKSPERT AÇIQLADI

"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır". Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var". Arzu Elsevərqızı

Hamısını oxu