Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bunu edən də, buna susan da potensial qatildir!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur.

Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır.

Unutmaq olmaz ki,  dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.  

Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq.

Seymur ƏLİYEV

2024-07-24 11:17:05
4592 baxış

Digər xəbərlər

Prezident İlham Əliyevin BMT ilə bağlı bu təklifi beynəlxalq hüququn qorunması baxımından həyati əhəmiyyət kəsb edir

BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizminin yaradılması ədalətli dünya nizamının formalaşmasını təmin edə bilər Prezident İlham Əliyev “ŞƏT plyus” sammitindəki çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qərarları ilə bağlı icra mexanizminin hazırlanmasının zəruruliyinə toxunub. Dövlət başçısı qeyd edib ki, bu təşəbbüsün reallaşması BMT-nin nüfuzunun yüksəlməsi, təşkilatın beynəlxalq münaqişələrin həllindəki rolunun artması baxımından mühüm önəm kəsb edir. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təklif BMT tarixində  bir ilkdir. Çünki heç vaxt BMT-nin Təhlükəsizlik şurası tərəfindən qəbul edilən qətnamlərin icrası ilə bağlı hər hansı mexanizm mövcud olmayıb. Məhz buna görə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin bir çoxu icra edilmədən qalıb. Bu isə münaqişə və qarşıdurmaların davam etməsininə, problemin praktiki həllinin qeyri-müəyyən vaxta qədər təxirə düşməsinə səbəb olub. Bunun ən bariz nümunəsi ötən sərin 90-cı illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamənin bu qurum tərəfindən icra edilməməsi faktıdır. Hansı ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı qətnamələrin icrası 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib, yalnız bundan sonra işğal faktoru ortadan qalxıb. Azərbaycanla bağlı yaşanan bu təcrübə də sübut edir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrasını təmin edəcək ciddi bir mexanizmin işlənib hazırlanması vacibdir. Bu, ədalətli dünya nizamının formalaşması, beynəlxalq hüququn qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Artıq indidən əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu təklifi beynəlxalq arenda böyük diqqət və maraqla qarşılancaq, ciddi şəkildə dəstəklənəcək. Çünki belə bir icra mexanizminin yaradılması əzilən, hüquqları tapdanan, zülm və zorakılığa məruz qalan xalqlar, dövlətlər üçün etibarlı xilas yolu, təminatlı qurtuluş, praktiki sipər demək olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ

Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur. Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır. Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: " "Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".

Hamısını oxu
“Məmurlar həssas kateqoriyadan olan vətəndaşların yanında olmalıdır”

Arzu Nağıyev: “Bu, dövlət başçısının onların qarşısında qoyduğu əsas tapşırıqlardan biridir”  “Şəhid ailələrinin, qazilərin sosial problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır”  Dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluq probleminin həllinə diqqət çəkib, dövlət qurumlarının işə qəbul zamanı ilk öncə bu cür şəxslərə üstünlük verməsinin vacibliyini vurğulayıb. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev dövlət başçısının həssas kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məmurlar, o cümlədən icra başçıları qarşısında konkret vəzifələr qoyduğunu, hər kəsin bu vəzifələrin icrasına mühüm diqqət yetirməsinin vacibliyini qeyd edib: “Dövlət başçısı yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən onlara vətəndaşlarla, xüsusilə də həssas təbəqənin nümayəndələri ilə geniş təmas qurmağı tapşırdı. Birmənalı şəkildə müharibə iştirakçılarının, qazilərin, şəhid ailələrinin yanında olmağın vacibliyini vurğuladı. Cənab prezident bu açıqlaması bir daha göstərdi ki, icra başçılarının, məmurların həssas təbəqənin nümayəndələri ilə davamlı ünsiyyət halında olması, onların qayğıları ilə maraqlanması, onlara yardım göstərməsi dövlət başçısı səviyyəsində qarşıya qoyulan bir vəzifədir. Prezidentimizin açıqlamasında dövlətimizin Vətən müharibəsi qazilərinə olan diqqət və qayğısı öz əksini tapmaqdadır.   44 günlük müharibənin qələbə ilə başa çatmasında qazilərimizin rolu danılmazdır. Eyni zamanda, qələbənin əsas meyarı Ali  Baş Komandan, onun qətiyyəti, Azərbaycan xalqının fədakarlığı, ordumuzun rəşadəti, insanlarımızın vəhdətidir. Biz şəhidlərimizin qəhrəmanlığı sayəsində bu qələbəni əldə etmişik. Biz bütün bunların sayəsində illərlə arzusunda olduğumuz ərazi bütövlüyümüzə nail olmuşuq. Buna görə də məmurların şəhid ailələri, müharibə əlilləri, qazilərlə mütəmadi təmas qurması, onlara qayğı göstərməsi vacibdir. Qürurvericidir ki, bu istiqamətdə ciddi işlər aparılır. Icra hakimiyyətində bu kateqoriyadan olan vətəndaşlarımızla iş üzrə müvafiq şöbələrin yaradılması, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi və s. kimi çoxsaylı addımlar buna nümunədir. Bu məsələdə Heydər Əliyev Fondunun xidmətləri də olduqca böyükdür. Şəhid ailələrinin, qazilərin sosial məsələlərlə bağlı problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır. Düşünürəm ki, dünənki videomartdakı qəbulda səsləndirilən fikirlər dövlətimizin həssas təbəqədən olan vətəndaşlarımıza nə qədər böyük önəm verdiyini göstərir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerlərdəki müvafiq strukturları icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Hər bir qurum öz səlahiyyətləri və imkanları çərçivəsində həssas kateqoriyadan olan vətəndaşlarımızın yanında olmalıdır. Dünən yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən dövlət başçısının verdiyi əsas tapşırıqlar da bundan ibarət idi”. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ

"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. "Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır", - Prezident əlavə edib.

Hamısını oxu