Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistan Cənubi Qafqazı Qərbin plasdarmına çevirməyə çalışır”

Cəlil Xəlilov: “Region dövlətləri İrəvanın bu siyasətinə etiraz etməlidir”

 

“Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlıər Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır:

 

“Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nələrəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir.

 

Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir.

 

İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.

2024-08-21 10:56:22
3147 baxış

Digər xəbərlər

Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verir ki, aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Sumqayıt ​ şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İftar mərasimində Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması ilə bağlı çıxışlar edilib. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxunub.  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı şeir müsabiqəsi keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad  şəhər Heydər Əliyev  Mərkəzi  ilə birlikdə Şanlı Zəfərimizin 5 illiyi münasibətilə  şeir müsabiqəsi  keçirib. Müsabiqənin məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə sitimil vermək olub. Tələbə və şagirdlər arasında keçirilən müsabiqədə münsiflər heyəti tərəfindən 20 baldan yuxarı qiymət alanlar 2-cu turda iştirak etmək hüququ qazanıblar. Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqənin final mərhələsində vətənpərvərlik mövzusunda  yazılmış şeirlərin ən yaxşı ifaçılarından 5 nəfər qalib seçilib və onlara Təşəkkürnamə  və hədiyyələr verilib.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bayraməli Bayramov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Bayramov Bayraməli Səfər oğlu vəfat edib. Bayraməli Bayramov İkinci Dünya müharibəsi zamanı faşist istilasına qarşı qəhrəmancasına mübarizə aparmış, döyüşlərdə göstərdiyi igidliklərə görə hərbi komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Bayraməli Bayramovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi- 120 il

Bu gün - 7 oktyabr neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.   XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur mesenat H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. H.Z.Tağıyevin savadı və təhsili olmasa da, o, həmişə öz xalqının maariflənməsinə də xüsusi diqqət vermişdir. Həmçinin Tağıyev dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də iştirak etmişdir.   Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması  idi. 1896-cı ildə bu ideyanı Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri,  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirdi.   Nəhayət, H.Z.Tağıyevin təşəbbüsü, min bir əzab-əziyyəti və maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanıldı. Bina Bakının mərkəzi küçəsində - Nikolayevski küçəsində tikilmişdi. Binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olmuşdur.   Məktəbin açılışından öncə şagird və pedaqoji personalının formalaşdırılmasına başlanıldı. Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunurdu. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z. Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyur və məktəbin pansionunda qalırdılar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox oldu. Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verdi. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artdı, cəmi qəbul olunanların sayı isə 58-ə çatdı. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələdi. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəlmişdilər, Bakı sakinlərinin sayı isə az idi.   Nəhayət 7 oktyabr 1901-ci ildə Bakıda Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirdi: “Yeddi oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq”   Məktəbin daxili intizam qaydası haqqında qeyd edə bilərik ki, qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilmişdi. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin edilirdilər. Ümumi fənlərlə yanaşı məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər də keçirilirdi.   Ümumiyyətlə bu məktəb doğrudan da, müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.   Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Foto-neqativ materiallar fondlarında qız məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur. Ətraflı məlumat üçün muzeyin saytının nəşrlər bölməsinə nəzər yetirə bilərsiniz: http://azhistorymuseum.gov.az/az/book/29  

Hamısını oxu