Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.  

Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.

 

Allah rəhmət eləsin!”.

2024-09-14 10:59:42
4313 baxış

Digər xəbərlər

Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Hamısını oxu
Cəlilabadda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirib.  Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla anıblar. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, müstəqil Azərbaycan dövləti 1918-1920 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. SSRİ süquta uğrayandan sonra yaranmış tarixi şəraitdən sonra Azərbaycan ikinci dəfə öz  müstəqilliyini bərpa etmişdir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya  Aktı qəbul olunmuşdur. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda çox sınaqlara sinə gərmişik və biz sarsılmaz Xalq-Dölət-Ordu birliyi sayəsində bu gün buna nail olmuşuq. Bəli, biz birlikdə daha güclüyük. Gəlin, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə həmişə bir olaq. Tədbirdə "Qarabağ  qazilərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, R.Abdullayev adına 2 saylı şəhər tam orta məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, ehtiyatda olan hərbçi mayor Elşən Abbasov, polis veteranı Rəsul Bayramov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad raypn nümayəndəsi Cavidan Rəşidov, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı, Qarabağ qazisi, yszıçı Qurban Əhməd və başqaları çıxış edib, müstəqilliyimizin  və ərazi bütövlüyümüzün bizə yaşatdığı qürur hissini xüsusi olaraq vurğulayıblar. Sonda sevimli xanəndə Akif Babayevin məlahətli səslə   ifa etdiyi "Qarabağ şikəstəsi" tədbir iştirakçılarına xoş ovqat bəxş eləyib.

Hamısını oxu
С днем рождение Джалиль бей

Джалил Бей ! Поздравляю  Вас Лично  ! Вашу Семью !  Родных Вашей Душе И Сердцу Людей ! ВСЕХ ПОГРАНИЧНИКОВ АЗЕРБАЙДЖАНА ! Весь Азербайджанский Народ ! С Государственным Праздником ! С Днём Пограничника Государственной Пограничной Службы Азербайджанской Республики  ! Желаю Вам Всем !  Высочайшей Моральной И Боевой Готовности !  Крепкого Здоровья ! Долгих Счастливых Лет Жизни ! Мирного Неба Над Вашими Головами ! Материального Достатка ! А Также Всего Самого Наилучшего ! С Уважением К Вам Гасанов Олег Тэльманович ! Не Победимая Украина ! Столица !  Город Красавец ! Город Боец ! Город Герой Киев ! СЛАВА АЗЕРБАЙДЖАНУ ! ! ! СЛАВА УКРАИНЕ ! ! !  ВСЕГДА НА СВЯЗИ ! ! !   = 102= 24/7/365 ! ! !

Hamısını oxu