Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanın “COP atəşkəsi” təklifi müharibədən əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir”

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-ın “Newsweek” nəşrində dərc olunmuş məqaləsində bütün dünyanı “COP atəşkəsi”nə dəvət etməsi dövlətimizin sülhpərvər siyasətinin göstəricisidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təklif Azərbaycanın bütün bəşəriyyətin mənafeyini dünüşdüyünü, dünyada müharibə və zorakılığa son qoymaq arzusunu əks etdirir:

“Azərbaycan hər zaman öz xarici siyasətində milli maraqlarla yanaşı, həm də  ümumbəşəri maraqları əsas götürüb, bütün insanlığın xeyrinə olan qərarlar qəbul edib. Biz bunu yaxın tarix keçmişimizin hər bir mərhələsində, eləcə də pandemiya dönəmində gördük. Azərbaycan o zaman da bütün dünya üçün ədalət tələb etdi, “vaksin inhisarçılığına” qarşı mübarizə kampaniyasına start verdi.

Bu gün də ölkəmiz COP29 çərçivəsində planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, iqlim dəyişikliyinin qarşısını almağa, təbiətin mühafizəsi və bərpası istiqamətində irimiqyaslı addımlar atmağa çalışır. Bununla yanaşı, ölkəmiz yaranmış fürsətdən istifadə edərək dünyadakı münaqişə və müharibələri müvəqqəti də olsa dayandırmağa, bütün münaqişə tərəflərini “COP atəşkəsinə” cəlb etməyə çalışır. Məqsəd bütün dünyada sülh və sabitliyi təmin etmək, müharibəyə, göz yaşı və iztiraba son qoymaqdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlətimiz adından növbəti dəfə gündəmə gətirdiyi bu təklif də ölkəmizin xoş niyyətinin təcəssümüdür.

Ümid edirəm ki, dünya dövlətləri, beynəlxalq ictimaiyyət ölkəmizin bəşəriyyətin rifahına və təhlükəsizliyinəm olan həssaslığını lazımınca qiymətləndirəcək, dövlətimiz tərəfindən irəli sürülən təklifi dəstəkləməklə planetimizin hər yerində sülhün bərqərar olmasına töhfə verəcəklər”.

Seymur ƏLİYEV

2024-10-17 13:48:46
3164 baxış

Digər xəbərlər

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.  Məktubda deyilir:  "Hörmətli Mehriban Arif qızı, Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram".  

Hamısını oxu
Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.  AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbləri ilə bir araya gələn dosent Cəlil Xəlilov, onlara 27 sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin hərb tariximizdəki rolu və şəhdilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib. Cəlil Xəlilov qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onların həyat və döyüş yoluna bələd olmalıdır. Şəhdilər Xiyabanında gerçəkləşən dərs tələblər tərəfindən böyük maraqla qarşılanıb. Polkovnik Cəlil Xəlilov dərsin gedişatında tələbələri maraqlandıran suallara cavab verib, onlarla fikir mübadiləsi aparıb. Seymur ƏLİYEV

Hamısını oxu
Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyavanın doğum günüdür. 1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “ Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Birinci vitse-prezident olaraq Mehriban xanım Əliyevanın bu gün müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında oynadığı yüksək rol, ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi humanist və xeyirxah fəaliyyət hər kəsə məlumdur, bizlər də bunu dəyərləndirərək yüksək qiymətləndiririk. Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və mühüm işində uğurlar arzulayır.

Hamısını oxu