Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Fatma Səttarovanın xatirəsi qəlbimizdə daim yaşayacaq"

Azərbaycanın məşhur mühafizə şirkəti olan “SECURİTY OPERATİON SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

Qurumdan "AzPolitika"ya daxil olan başsağlığında deyilir:

“Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də ömrünün 102 ilində vəfat etmişdir.

Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. O, 1940-cı ildə Bakıda Tibb Texnikumundan məzun olub və 1941-ci ilin yanvarında ailə həyatı qurub. Ailə qurduqdan beş ay sonra onun həyatı tamamilə dəyişib, iyunun 22-də Almaniya Sovet İttifaqına hücum edib və Fatma xanım şəfqət bacısı kimi cəbhəyə gedib. Fatma Səttarova müharibə dövründə 1941–1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Tibb bacısı kimi borcunu yerinə yetirən Fatma Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib.

Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəməyib. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən Fatma Səttarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin yanvar ayının 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi. Qeyd edək ki, “İstiqlal” ordenli Fatma Səttarova, həm də Prezident təqaüdçüsü idi.

“SECURİTY OPERATİON SERVİCES” MMC-də çalışan çox saylı birinci və ikinci Qarabağ müharibəsi veteranları ilə hər zaman əməkdaşlıq edən, onlara öz məsləhət və tövsiyələrini verən görkəmli ictimai xadim, səmimi insan Fatma Hüseyn qızı Səttarovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə “SOS” MMC-nin kollektivi adından dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!”

Onu da qeyd edək ki, “Security Operation Services” Məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi və bir qrup Qarabağ müharibəsi veteranı əməkdaşı Fatma Səttarovanın dəfn mərasimində iştirak edərək mərhumun məzarı üzərinə əkili qoyub, ruhuna dualar oxutdurub.

2024-09-16 13:08:42
4009 baxış

Digər xəbərlər

Biz veteranlar sonsuz diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığımızı ifadə edirik

Hamısını oxu
Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib

Salyan rayon Mərkəzi kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş təşkil edilib. QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib. Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayonda qeyri-hökumət təşkilatlarının və medianın ictimai həyatdakı rolundan danışıb, İctimai Şura ilə əməkdaşlıq mühitinin formalaşdığını diqqətə çatdırıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, ölkəmizdə ictimai şuraların yaradılması prosesi barədə ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib. Müzakirələrlə davam edən tədbirdə İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri–hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacibliyi vurğulanıb. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim edilib.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib

Hamısını oxu
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Daxili Qoşunların rəhbər vəzifəli şəxsləri ilə birlikdə hərbi hissədə hərbi qulluqçularla görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin büstünün və Şəhidlər abidəsinin önünə gül dəstələri düzülərək, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbirdə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazası, hərbi qulluqçuların məişət şəraiti yaxşılaşdırılıb, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bunun nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsi və Antiterror əməliyyatında iştirakı, 4 hərbi qulluqçunun “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülməsi barədə geniş məlumat verilərək, bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb. Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Hamısını oxu