Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Suverenliyimizin bərpası 200 illik separatizmin sonu oldu”

Nəsib Məhəməliyev: “Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atıldı”

Bu gün 20 sentyabr – Dövlət Suverenliyi Günüdür.

Veteran.gov.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatın Nəsib Məhəməliyev bununla bağlı bütün tük dünyasını təbrik edib, suverenliyə gedən yolla bağlı maraqlı fikirlər səsləndirib:

“20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür.

Hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi, dövlətçilik salnaməmizə əbədi həkk olunmuş bayram münasibətilə dünya azərbaycanlılarını, türk dünyasını təbrik edirəm.

20 Sentyabrın bayram kimi qeyd olunmasını şərtləndirən səbəblər:

—44 günlük müharibənin nəticəsi olaraq, 10.11.2020-ci ildə, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyannamə imzalandı. Lakin, müharibədən 3 il keçməsinə rəğmən, Qarabağda yerləşən erməni hərbi birləşmələrinin tam şəkildə çıxarılmasını nəzərdə tutan bənd icra olunmurdu. Ağır silahlarla təchiz olunmuş, 15 minlik erməni ordusu yenidən səngərlər, müdafiə qurğuları inşa edir, Ermənistan isə, bütün imkanları ilə maliyyə, təchizat məsələləri ilə məşğul olurdu. Xaricdəki himayədarlarının dəstəyinə arxalanan separatçılar Azərbaycanı hədələməkdə davam edirdilər. Həmin liderlər yaşayış yerlərini dəyişdikləri üçün, müvəqqəti olaraq fəaliyyətlərini dondurublar.

—Kapitulyasiya aktını imzalayan və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən baş nazir Paşinyan, sentyabr ayının 2-də ,,arsaxın,, müstəqillik günü münasibətilə separatçılara təbrik məktubu ünvanlayır.

—Sentyabrın 9-da Qarabağda qanunsuz ,,prezident seçkiləri,, keçirilir.

Paralel olaraq, Qarabağın qızıl, mis, molibden yataqları vəhşicəsinə istismar olunur və monitorinq keçirmək istəyən mütəxəssislərimiz əraziyə buraxılmır.

Bu 3 fakt, əndazəni aşmaq, Azərbaycana meydan oxumaq demək idi.

19 Sentyabr. Ali Baş Komandan anti-terror tədbirlərinin keçirilməsi barədə olduqca risqli əmr verir. Çünki, dünya erməniliyi, lobbi təşkilatları, bəzi qlobal güclər Azərbaycanın qələbəsini həzm edə bilmir, etnik təmizləmədə, mülki əhalinin qətlə yetirilməsində ittiham edirdilər. Bu bəhanələri onlara vermək olmazdı. Cəmi 23 saat 40 dəqiqə ərzində, tarixdə analoqu olmayan, ən güclü ordulara örnək ola biləcək əməliyyat keçirilir. Qəhrəman hərbçilərimiz erməni qoşunlarının belini sındırır. Allah şəhidlərimizə rəhmət eləsin.

Erməni mülki əhali, heç bir təzyiq olmadan, bir komanda ilə bölgəni birdəfəlik tərk edir. Bununla da, dövlət SUVERENLİİYİMİZ bərpa olunur. 200 illik separçılığa son qoyulur. Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atılır.

Şərəfli tarixi anları yaşatdığına, Azərbaycan insanının qürurunu bərpa etdiyinə görə, qələbələrimizin memarı, Müzəffər Ali Baş Komandana dərin təşəkkürlər.

Bayramınız mübarək!”

 Seymur ƏLİYEV

 

2024-09-20 11:14:02
3154 baxış

Digər xəbərlər

General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub: “Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir. 1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib. Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb. Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir. Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb. Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
İyunun 18-19-da Bakı İdman Sarayında "Qələbə" İdman Festivalı keçiriləcək

Festival Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub Veteran.gov.az xəbər verir ki, iyunun 18-19-da Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qələbə"  İdman Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, "Qələbə" Ağır Atletika İdman Klubu və "Makkabi" Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivala bilet satışından əldə ediləcək gəlir “Yaşat” Fonduna köçürüləcək. “Qələbə” İdman Festivalının proqramına ağır atletika, aykido, akrobatika gimanastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd daxildir. Seymur ƏLİYEV

Hamısını oxu
Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 30-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, Kəlbəcər RİH-in məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında ciddi canlanma hiss edilir. Ağsaqqallar cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə qurduğunu vurğulayan Həbib Misirov qeyd edib ki, təşkilatda təmsil olunan bütün respublika ağsaqqalları kimi, Kəlbəcər rayonunun ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.   Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans  iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Kəlbəcərin düşmən tapdağından azad edilməsi münasibətilə kəlbəcərliləri ürəkdən təbrik edərək növbəti tədbirlərin Azərbaycanın o sazlı-sozlü cənnət guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən, əsgər və zabitlərimizin şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. Vurğulayıb ki, Azərbaycanın qəhrəman övladları könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə səfərbəlik məntəqələrinə axışırdılar. O, Kəlbəcərin mərd oğullarının da cəbhənin ön sıralarında vuruşduqlarını bildirib. Çıxışında ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin ağsaqqallar haqqındakı tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha xatırladıb. Bayram Yusifov daha sonra ağsaqqalların səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Həmçinin gənclərimizin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu, onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ziyalı, şair-publisist, el ağsaqqalı Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb. Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər də çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıblar, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar. Belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər. Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vəliyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransdan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxslərini və rayon ağsaqqallarını qəbul edib. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək  fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə əməl etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini,  onların tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.  

Hamısını oxu
Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.  AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.  

Hamısını oxu