Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову




Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İrəli İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb. Ağdam rayonunda bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş ümumilikdə 100-dən çox gənc iştirak edib. Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb. Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunub. Həmçinin, peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib. Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda “Axtar Tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib. Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırıblar.
Hamısını oxu
Nazirliyin mətbuat xidmətindən Bakusport.az saytına verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər. Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Hamısını oxu
Dünən Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi, Olimpsport.az saytı, "Olimpiya dünyası" qəzeti və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla "Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib. Tədbirdə, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Olimpsport.az saytının rəhbəri Ramin Allahverdi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, çıxış edərək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolunu qeyd edib. Tədbirdə həmçinin "Olimpiya dünyası" qəzetinin 20 illiyi münasibətilə kollektivə uğurlar arzulanıb. Olimpiya Güləş Mərkəzində keçirilən tədbir çərçivəsində 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün "Master Class" təlimi keçib. Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq Quliyev və Elşad Allahverdiyevin də iştirak etdiyi hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.
Hamısını oxu10 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, 1941-1945-ci illər II Dünya Müharibəsində həlak olanların və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusuna həsr edilmiş konfransı açıq elan edərək xalqımızın faşizm üzərindəki qələbəyə verdiyi tarixi töhfədən danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə insan resursları ilə yanaşı, həm də zəngin enerji resursları ilə iştirak edib, qələbənin əldə edilməsində həlledici rol oynayıb: “İkinci Dünya müharibəsi öz miqyasına görə bəşər tarixinin ən böyük, ən dəhşətli müharibəsi olub. Bu müharibədə Azərbaycan yalnız vuruşan bir xalq olmadı o, həm də zəfərin əsas təminatçılarından biri oldu. Bakı Sovet İttifaqının neft mənbələrini təmin edərək müharibənin iqtisadi dayağını təşkil etdi. Müharibə dövründə Azərbaycanın neft yataqları Sovet İttifaqının silahlanmasını və hərbi əməliyyatlarını dəstəkləyərək döyüşlərin gedişatına böyük təsir göstərdi. Həmçinin Azərbaycandan olan minlərlə əsgər, tankçı, atıcı, pilot, həkim cəbhə xəttində öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Onların qəhrəmanlığı və cəsarəti döyüşlərdə verdikləri mübarizənin nəticəsi olaraq Zəfərin qazanılmasına böyük töhfə verdi. İkinci Dünya Müharibəsində Azərbaycan xalqı yalnız döyüş meydanlarında deyil, həm də cəmiyyətin bir çox sahəsində öz fədakarlıqlarını göstərdilər. Onlar yaşadığı torpağı, evini, millətini qorumaq uğrunda əzmlə mübarizə apardılar. Azərbaycanın hər bir şəhərindən, kəndindən, hər bir evindən bir müharibə qəhrəmanı yetişdi. Onlara nümunə kimi general-mayor Həzi Aslanov, Mixaylo” adı ilə tanınan əfsanəvi Mehdi Hüseynzadə, Ziya Bünyadov və başqalarını göstərə bilərik. Qəhrəmanlarımızın şücaətləri yalnız Sovet İttifaqının deyil, bütün dünyanın qəlbində özünə bir yer tapdı. Onların adı əbədiləşdirildi və şərəflərinə çoxsaylı abidələr ucaldıldı. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Bu gün bu qəhrəmanların ruhu böyük mübarizənin hüzurunda Zəfər çaldığı torpaqlarda sükunət tapır. Çünki onların əzmi hər bir azərbaycanlının qəlbində ölümsüz bir atəş kimi yanır. Onların göstərdiyi fədakarlıq sayəsində biz bu gün burada - azad Azərbaycan torpağında müstəqil bir xalq olaraq başımız uca yaşayırıq. Bizə həyat, şücaət və məğlubedilməz bir ruh bəxş edən bu qəhrəmanları unutmaq mümkün deyildir”. Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov, filologiya elmləri doktoru Şərəf Cəlili, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun qardaşı oğlu Araz Kazımov, uşaqları alman faşistlərinin əsirliyindən azad etmək üçün alman generalını əsir götürmüş Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə verdiyi töhfəyə diqqət çəkiblər. Natiqlər qeyd ediblər ki, Azərbaycan gəcnləri babalarının İkinci Dünya müharibəsindəki qəhrəmanlıq ənənələrini davam etdirərək 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atmış, bununla da ərazi bütövlüyümüzü təmin etmişdir. Konfransda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, Rəyasət Heyətinin üzvü professor İmran Əbilov, Müdafiə Nazirliyinin nümayəndəsi, Rəyasət Heyətinin üzvü polkovnik Elvin Əzizov, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri, Müdafiə Nazirliyinin nəzdində olan hərbi təhsil müəssisələrinin nümayəndələri, şəhər veteran təşkilatlarının sədrləri və üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu