Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xızıda Vətən müharibəsi qazisi Kamran Baxşizadənin yubileyi qeyd olunub

Bu gün “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən  Xızı rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən Müharibəsi qazisi Kamran Tarel oğlu Baxşizadənin 30 yaş yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirin təşkilatçısı Azərbaycan Milli Gənc Tamaşaçılar Tetrının aktirsası Simuzər Atakişiyeva təbiri açıq elan etdi.

Az.GƏC-in prezidenti Səmyar Abdullayev tədbirdə  Kamran Baxşizadənin həyatı və çətin döyüş yolu haqqında danışıb.

Tədbirdə həmçinin müharibə zamanı göz nurunu itirən qazi Kamran Baxşızadənin Vətən Müharibəsində göstərdiyi şücaəti, əzmkarlığı əks etdirən ağır döyüş yolu barəsində çəkilmiş qısametrajlı “Gözümün Nuru Vətən” adlı film nümayiş etdirilib.

Tədbirə Xızı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov, YAP Xızı rayon Təşkilatının sədr müavini  Ümman Rüstəmli, Abşeron Xızı regional Mədəniyyət İdarəsi Xızı rayon üzrə nümayəndəsi  Mövsüm Bağırov  iştirak ediblər.

Tədbirdə Kamran Baxşizadənin anası Rəhimə Baxşizadə çıxış edərək  Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən oğluna göstərilə xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Kamran Baxşizadə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən fəxri üzv kimi 44 günlük müharibədə tərəfindən göstərilən şücaət və qəhrəmanlığa görə Fəxri Fərmanla təltif olunub.

Kamran öz çıxışında tədbirə görə AzGƏC-in preizidenti Səmyar Abdullayevə, təşkilati məsələlər üzrə Simuzə Atakişiyevaya, Xızı Rayon İcra Hakimiyyətinə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və   tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirdə telejurnalist Lalə Muradxanlı, filmin rerjissoru Faiq Kərimoğlu çıxış edərək Kamran Baxşizadə barədə düşüncələrini bölüşüb. Azərbaycan Milli Gənc Tamaşaçılar Tetrının aktyorları  Aygün Fətullayeva, Gülər Nəbiyeva və  Faiq Mirzəyev şeir töhfələri ilə çıxış ediblər. 

Həmçinin, tədbirdə incəsənət nümayəndələrinin və xalq artistlərinin iştirakı ilə musiqili proqram təşkil olunub.

 

2024-10-18 15:45:11
3321 baxış

Digər xəbərlər

“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mayın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında növbəti tədbir keçirilib. Tədbirdə məktəblilər, QHT təmsilçiləri, media nümayəndələri, şəhid ailələri və veteranlar iuştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Rasim Mirzəyev 44 günlük Vətən müharibəsində qələbəni stimullaşdıran başlıca amilin Azərbaycan xalqının birliyi olduğunu bildiirb. O, qeyd edib ki, məhz xalq-dövlət-ordu birliyi, Azərbaycan xalqının Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında sıx birləşməsi nəticəsində cəmi 44 gün müddətində 30 illik həsrətə son qoyuldu, erməni ordusu darmadağın edilərək tarixi Azərbaycan torpaqlarından qovuldu. Tədbirdə çıxış edən şəhid ailəri, qazi və veteranlar Vətən müharibəsində xalq, dövlət və ordu birliyinin önəminə toxunub, bu birliyi bundan sonra da qoruyub saxlamağın vacibliyini xatırladıblar. Tədbirdə məktəblilər vətənpərvərlik şeirləri səsləndirib, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları vəsf ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Ağdamda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

17 aprel 2023-cü il tarixdə Agdam rayon Qərvənd kəndi Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağdam rayonu Abdal-Gülablı kəndindən olan şəhidimiz Hüseynov Fizuli Əhəd oğlu, Ucar rayonundan olan, Ağdam rayonu Qərvənd kəndi ugrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ələkbərov Məhəmməd Mehti oğlunun və itkin düşmüş 11 hərbi qulluqçumuzun ildönümü  Ağdam rayonu Veteranlar Təşkilatı tərəfindən keçirilən tədbirdə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid valideyinləri, qazilər,veteranlar, icra nümayəndələri, bələdiyyə sədrləri, Ağdam rayon orta məktəb müəllim və şagirdlər, Ucar rayonundan dəvət olunmuş müəllim və şagirdlər iştirak ediblər. Tədbir Ulu öndərimizin və  şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov öz çıxışında şəhidlərimizin valideyinlərinə öz minnatdarlıgını bildirib. Şəhid valideyinləri, ailələri və qazilər ölkə başcısı Ali  Baş Komandan İlham Əliyev cənablarının daimi diqqət mərkəzində oldugunu bildiriblər.Ağdam rayon və Ucar rayonu orta məktəb şagirdləri tərəfindən şəhidlərimizin igidliyi haqda şeirlər söylənilib. Müəllimlər tərəfindən nitqlər deyilib. Sonda icra başcısı Vaqif Həsənov və Ağdam rayonu Veteranlar Təşkilatı sədri Elşən Zeynalov tərəfindən Qərvənd kənd şəhidlərinin məzarları üstünə gül dəstələri qoyulub. Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən şəhidlərimizə ehsan süfrəsi verilib. Qeyd edək ki, Ucardan dəvət olunmuş şəhidlərin ailə üzvülərinin yol xərcləri Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən qarşılanıb. Ağdam rayon Veteranlar Təşkilatı şəhdi ailələrinə göstərdiyi mütəmadi diqqətə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova minnətdarlığını bildirib.  

Hamısını oxu
Əliyevin müşaviri: Ermənistanda vur əmrini mən verdim... - İlk dəfə

O, Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn ilk və yeganə azərbaycanlıdır. Reyxstaqın divarlarına “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözünü yazan məhz o olub. Sonralar o, Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi işləyib. Axar.az Qırmızı Ulduz və biri “Şöhrət” ordeni olmaqla, 23 medal və 8 ordenin kavaleri, Zaqafqaziya Hərbi Dairəsinin HHM qüvvələri komandanı, hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, bir neçə gün öncə 97 yaşını qeyd edən canlı əfsanə Tofiq Yaqub oğlu Ağahüseynovla müsahibəni təqdim edir: - Böyük Vətən müharibəsi dövründə vəzifəniz düşmənin hava qüvvələrinin kəşfiyyatı, müttəfiqlərin strateji nöqtələrinin hava hücumundan müdafiəsi idi. Bütün bunların öhdəsindən necə gəlirdiniz? Serjantlıqdan general-polkovnikə gedən yolunuz barədə danışın, mümkünsə. - Müharibənin başlaması həyatımda dönüş nöqtəsi oldu. O vaxtlar mən tələbə - cavan, arıq bir oğlan idim. Hərbi xidmətə çağırıldım, hərbi komissarlıq isə məni Zenit Artilleriya Məktəbinə göndərdi. Yarım illik sürətləndirilmiş təlimdən sonra mən artıq döyüş tapşırıqlarına hazır idim. Məni şimala göndərdilər. Azərbaycandan olduğum üçün soyuğa öyrəşmək çox çətin idi. Bizim zenit-artilleriya divizionunun vəzifəsi müttəfiqlər üçün strateji cəhətdən əhəmiyyətli olan Arxangelsk limanını müdafiə etmək idi. Mən tağım komandiri idim. Onlar bombalayırdılar, biz isə dəf edirdik. Daha sonra divizionumuzu ən vacib strateji nöqtələrə göndərirdilər. Bir qədər sonra bizi artıq Jukovun rəhbərlik etdiyi Birinci Belarus Cəbhəsinin tərkibinə daxil etdilər. Mən bir çox mühüm əməliyyatlarda iştirak etmişəm, lakin Varşava və əlbəttə ki, Berlin əməliyyatı daha çox yaddaşıma həkk olunub, çünki məhz bu döyüş tapşırığını yerinə yetirməklə biz faşist Almaniyası üzərində gözlədiyimiz qələbəni qazana bildik. - Berlin əməliyyatı haqda danışa bilərsinizmi? - Berlin strateji hücum əməliyyatı 16 aprel tarixində başladı. Bizim zenit-artilleriya divizionumuzun da daxil olduğu Birinci Belarus Cəbhəsinin vəzifəsi Almaniyanın paytaxtı Berlin şəhərini ələ keçirmək idi. Bir çox döyüş tapşırıqları var idi və mən o vaxt üçün artıq divizion qərargahının rəis köməkçisi idim. Mənə ən çətin döyüş tapşırıqları həvalə olunurdu. Mən divizion üçün yeni dislokasiya yerləri formalaşdırmalı idim. Sadə dillə desək, divizion qalırdı, mən isə öndə gedirdim və yeni dislokasiya yeri axtarırdım. Məhz bu səbəbdən Berlinə qədər gedib çıxdım. May ayının 2-si idi. Həmin günü heç vaxt unutmayacağam. Döyüşlər davam edirdi, amma nizamlı alman qoşunlarının müxtəlif məhəllələrdə və binalarda artıq ağ bayraq asmaları görünürdü. Onlar da bizim kimi bu işin sona doğru getdiyini anlayırdılar. Mən Reyxstaqa hücumda birbaşa iştirak etməmişdim, amma hücum edənləri mühafizə edən şəxs idim. Reyxstaqa demək olar ki, bir batalyon hücum edirdi. Bu barədə bütün digər məlumatlar yanlışdır. Hər şey gözlərimin önündə baş verirdi. Mən Reyxstaqı görəndə, o yarıdağılmış vəziyyətdə idi, amma günbəz özü bütöv idi. O, olduqca iri bina idi. Mən piyada qoşunlarımızın Reyxstaqın divarlarında öz adlarını yazdıqlarını görürdüm. Mən də yaxınlaşdım və orada böyük hərflərlə “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözlərini yazdım... O hisslərimi sözlə ifadə etmək çox çətindir. Müharibədən sonrakı dövrlərdə siz sovet ordusunda xidməti davam etdirdiniz, sonra isə sərhədləri Türkmənistanı, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, daha sonra Qara dəniz və Rostova qədər əraziləri əhatə edən dairə komandanının vəzifələrini icra etdiniz. Siz bu böyük ərazinin hava hücumundan müdafiəsini təmin edirdiniz. Bu xalqların nümayəndələri ilə, xüsusən də ermənilərlə tez-tez qarşılaşırdınızmı? Hər hansı bir qeyri-adi hallar olurdumu? - Təbii ki! Mən tabeçiliyimdə müxtəlif respublikalardan olan minlərlə hərbi qulluqçunun olduğu batalyona rəhbərlik edirdim. Biz hamımız sıxılmış bir yumruq kimi idik. Heç kəs əsgərləri milliyyətinə görə ayırmırdı. Bizim bir vətənimiz və bir ümumi məqsədimiz var idi. Xalqların məhz bu dostluğu sayəsində biz faşistlərin simasında çox güclü bir düşməni məğlub edə bildik. Bu ölkələrin keşiyində durmaq mənim üçün şərəf idi. Ermənilər də daxil olmaqla, mənim bir çox hərbi xidmət yoldaşım olub. Böyük Vətən müharibəsi dövründə biz onlarla çiyin-çiyinə döyüşürdük. Sonrakı illərə gəlincə isə hazırda tanınmış bir çox insan mənim divizionumdan keçib. Bizim Ermənistanda raket briqadamız dayanırdı, mən tez-tez ora getməli olurdum. Mən çox vaxt Ermənistanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dəmirçyanla görüşürdüm. O, çox şən adam idi, lətifələri sevirdi. Baqramyanın bacısı oğlu general Tadevosyan o vaxtlar Ermənistanın OADKYC-nin (DOSAAF) sədri idi. Onunla tez-tez söhbətlər edirdik. Bir dəfə Ermənistanda başıma qeyri-adi hadisə gəldi. Dairə komandanı məzuniyyətdə idi. Ermənistan istiqamətində hava sərhədinin pozulması hadisəsi baş verdi. Mən həmin hərbi təyyarənin vurulması əmrini verməli oldum. Böyük bir qalmaqal yarandı. Bu hadisə barədə Moskvaya da xəbər çatdı, komissiya gəldi. Söhbətlər Brejnevə çatanda, o, mənim hərəkətlərimə haqq qazandırmışdı, çünki hər şeyi protokola uyğun olaraq yerinə yetirmişdim. Bu, Argentinadan uçan hərbi təyyarə idi. Bu məsələyə məxfilik qrifi qoyulmuşdu və onun da müddəti 2010-cu ildə bitib. Bu hadisə barədə heç kəs heç nə bilmir... Bu günə qədər də bilmirdilər... İndi biləcəklər (gülür - red.). Biz hava məkanını pozan bu hərbi təyyarənin məqsədinin nə olduğunu bilmirdik, lakin Xirosima və Naqasakidəki hadisədən sonra bizə dəqiq göstərişlər verilmişdi. Mənim dairəmdə xidmət keçmiş, hazırda Azərbaycanda tanınan şəxsiyyətlərə gəldikdə isə, misal üçün, Azərbaycan Respublikasının baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun adını çəkə bilərəm. O, mənim yanımda serjant kimi xidmət edirdi. Ölkəmizin yeni Baş naziri Əli Əsədov isə mənim sıravi əsgərim idi. - Bir yerdə xidmət etdiyiniz yoldaşlarınızın və həmkarlarınızın arasında ermənilərin də olduğunu nəzərə alsaq, bu gün həmin ölkədə Qaregin Njdenin simasında nasist tərəfdaşlarının qəhrəmanlaşdırıldığını görəndə nə hisslər keçirirsiniz? Bunu qəbul etmək çox ağırdır. Qeyd etmək lazımdır ki, bu fakta ilk diqqət yetirənlərdən biri biz olmuşuq və dərhal da işə başladıq. Ermənilərin, konkret olaraq Sovet qüvvələrinə qarşı Hitler qoşunlarının tərəfində döyüşən bir adamın - Njdenin qəhramanlaşdırmasına yol vermək olmazdı. Biz veteranlar təşkilatımızın adından Rusiya XİN-ə məktublar yazdıq. Moskvada Njdenin heykəlinin qoyulması məsələsi həmişəlik bağlanıb, amma buna baxmayaraq, Ermənistanda ona heykəl qoyuldu. Bu məsələdə ermənilərin məntiqini anlaya bilmirəm. Bununla onlar Sovet ordusu sıralarında xidmət edən elə öz hərbi rəhbərlərinin xatirəsinə hörmətsizlik edirlər. Baqramyana və yanında Njdeyə heykəlin qoyulması sadəcə axmaqlıqdır. Axı onlar biri-birilərinə qarşı vuruşurdular... Ardı var...

Hamısını oxu
Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu