Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mayın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında növbəti tədbir keçirilib. Tədbirdə məktəblilər, QHT təmsilçiləri, media nümayəndələri, şəhid ailələri və veteranlar iuştirak edib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Rasim Mirzəyev 44 günlük Vətən müharibəsində qələbəni stimullaşdıran başlıca amilin Azərbaycan xalqının birliyi olduğunu bildiirb. O, qeyd edib ki, məhz xalq-dövlət-ordu birliyi, Azərbaycan xalqının Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında sıx birləşməsi nəticəsində cəmi 44 gün müddətində 30 illik həsrətə son qoyuldu, erməni ordusu darmadağın edilərək tarixi Azərbaycan torpaqlarından qovuldu.

Tədbirdə çıxış edən şəhid ailəri, qazi və veteranlar Vətən müharibəsində xalq, dövlət və ordu birliyinin önəminə toxunub, bu birliyi bundan sonra da qoruyub saxlamağın vacibliyini xatırladıblar.

Tədbirdə məktəblilər vətənpərvərlik şeirləri səsləndirib, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları vəsf ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2022-05-13 14:25:00
1932 baxış

Digər xəbərlər

Dostluğumuz, qardaşlığımız və müttəfiqliyimiz sarsılmazdır

Tarix daha bir Türkiyə-Azərbaycan qardaşlığına şahidlik etdi, yeni bir dostluq və qardaşlıq dastanı yazıldı. Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində iştirak etməsi növbəti əlamətdar və tarixi hadisədir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. İki dövlətin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətləri uğurla inkişaf edir. Tərəflər arasında dünya miqyasında oxşarı olmayan nadir əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir. Prezident İlham Əliyevin "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", Prezident Rəcəb Tayyib Ərdoğanın  "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir" fikirləri isə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığını ifadə edir. Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz–həmrəyliyimiz heç vaxt sarsılmayacaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan şəhid ailələri və qazilərə göstərilən qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir

Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qayğı və diqqətin miqyasını anlamaq üçün bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Azərbaycanda dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğı statistik məlumatlarda, konkret rəqəmlərdə də özünü aydın şəkildə göstərməkdədir. Nümunə üçün qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin edilib. Həmçinin şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Habelə üç min şəxsə əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nümunəsidir və bu siyasət bundan sonra da davam edəcək. Dövlətimiz şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görür, onlara fərdi qaydada mənzil verilir, pensiya, müxtəlif ödənişlərlə təmin olunur. Onların cari problemləri həll olunur. Mən yenə də rəqəmlərə müraciət etmək istəyirəm. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən illə müqayisədə 5 dəfə genişlənib. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra 3500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Ümumilikdə isə bu rəqəm 12 min 500-dür. Postmüharibə dövründə 264 müharibə əlilinə minik avtomobili təqdim edilib. Ötən dövrləri də nəzərə alsaq, 7450 müharibə əlilinin avtomobilə olan ehtiyacı dövlətimiz tərəfindən qarşılanıb. Müharibə əlillərinin müalicəsi istiqamətində də dövlətimiz tərəfindən aktiv iş aparılıb. 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub. Bu, bir daha onu göstərir ki, dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev hər bir şəhid ailəsinin, müharibə əlilinin, qazinin probleminə diqqətlə yanaşır və onun həlli istiqamətində bütün imkanlardan istifadə edir. “Hesab edirəm ki, əlaqədar nazirliklər, o cümlədən icra hakimiyyətlərində yaradılan şəhid ailələri və qazilərlə iş şöbələri öz aktivliklərini artırmalı, qazilərlə daha geniş təmaslar qurmalı, onların müraciətlərinə daha operativ cavab verməlidirlər, - deyə Cəlil Xəlilov əlavə edib. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qazilərin intihara əl atmasına da münasibət bildirib, müəyyən qüvvələrin baş verənlərdən siyasi məqsədlərlə istifadə etmək cəhdini qınayıb: “Biz dünya dövlətlərinin təcrübəsinə nəzər salsaq görərik ki, nə qədər arzuedilməz olsa da, dünyanın müharibə aparan, hərbi əməliyyatlara cəlb edilən bütün dövlətlərdə savaşdan sonra belə hallara rast gəlinir. Yəni dünyanın heç bir ölkəsi, hətta ABŞ, Rusiya kimi böyük dövlətlər də bu cür hallardan sığortalanmayıb. Təbii ki, hər hansı bir qazinin, o cümlədən digər kateqoriyadan olan vətəndaşın intiharı son dərəcə təəssüfedici və ağrılıdır. Belə halların baş verməməsi üçün cəmiyyətin hər fərdi üzərinə düşən məsuliyyəti dərk etməli, bu istiqamətdə əlindən gələni etməlidir. Çünki qazilərə dəstək sadəcə dövlətin deyil, cəmiyyət, fərd olaraq hər birimizin borcudur. Ancaq təəssüflər olsun ki, cəmiyyətdə bəzi qüvvələr bu cür hallardan şəxsi ambisiyalarını təmin etmək, siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır, qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərirlər. Lakin onlar başa düşməlidirlər ki, heç bir qüvvə dövlətlə onun qazisi arasında belə bir uçurum yarada bilməyəcək. Çünki dövlət hər birimizin dövlətidir və qazilərimiz də, şəhid ailələri də, müharibə əlilləri də bu günədək olduğu kimi bundan sonra da dövlətimizi dəstəkləməkdə, ona xidmət etməkdə davam edəcəklər”. Cəlil Xəlilov bəzi qazilərin dövlət tərəfindən qayğı və dəstəklə əhatə olunduqları halda belə çoxsaylı iddialarla çıxış etməsinə də münasibət bildirib: “Bəzən elə hallara da rast gəlirik ki, hər hansı bir qazi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğu təqdirdə belə, yeni-yeni və icrası mümkün olmayan, yaxud qanunla təzad təşkil edən tələblər qoyur, iddialar səsləndirir. Təbii ki, bu cür hallar da təəssüf doğurur. Bu qəbildən olan qazilərimizin məlum davranışları belə fikir yaradır ki, sanki qazilərə dövlət tərəfindən yetərincə qayğı göstərilmir və ya bu qayğının miqyası qeyri-qənaətbəxşdir. Halbuki, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yetərincə qayğı göstərir. Dövlət tərəfindən qayğı ilə əhatə olunduğu halda diqqətsizlikdən şikayətlənən qazilərimiz bunu da anlamalıdırlar ki, onlar tək deyillər. Ölkəmizdə on minlərlə qazi var və qayğı ilə əhatə olunmalarına baxmayaraq, dövlətdən davamlı olaraq nələrsə tələb etmək həm də digər qazilərin haqqına girmək deməkdir. Bu səbəbdən qazilərimiz də bir qədər anlayışlı olmalı, qeyri-qanuni tələblər səsləndirməməlidirlər. Hər bir qazi əmin ola bilər ki, dövlətimiz bundan sonra da onlar üçün əlindən gələni edəcək, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə maksimum dəstək göstərəcək”.

Hamısını oxu
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb. Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.   Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb. Hərbi qulluqçularla görüşlər zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb. K.Əliyev tərəfindən hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub. Sonra hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında onları maraqlandıran suallar cavablandırılıb.                  

Hamısını oxu
İki əsgərimiz şəhid olub, beş yaralı var.

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.   Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.   Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab General-polkovnik Tofiq Ağahüseynov şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu