Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı bütün dünyada sülhün bərqərar olunması üçün səylərini daha da artırır

 Martın 4-də Binəqədi rayon Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə dünyanın 109 ölkəsinin gəncləri ilə "Dünyaya Sülh!" mövzusunda rus və ingilis dillərində tele-körpü keçirilib. Respublika Veteranlar Təşkilatının təşəbbüsü  ilə keçirilən virtual görüşün məqsədi mövzu ətrafında fikir mübadiləsinin aparılması olub.    Tədbirdə Silahlı Qüvvələr, müharibə və əmək veteranları, həmçinin gənclər iştirak edib. Telekörpü vasitəsilə Nərimanov rayon Veteranlar Təşkilatının sədri, istefada olan polkovnik Elşad Şabanov, məktəb-liseyin 11-ci sinif şagirdi Əzim Niyazov çıxış edərək, erməni şovinzmi xüsusi ilə Xocalı faciəsi, Dağlıq Qarabağ həqiqətləri, faşizm kimi narahatlıq doğuran məsələləri diqqətə çatdırıblar. Canlı yayında həmçinin dünyanın tərəqqipərvər qüvvələrinin mənfur qüvvələrə qarşı çıxması və bu yolda Azərbaycanın oğul və qızlarının rəşadətli əməyi vurğulanıb. Tele-konfransın sonunda tədbirin hazırlanmasında və keçirilməsində fərqlənmiş məktəbin bir qrup müəllim və şagirdinə Respublika Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub, xatirə şəkili çəkilib.

2019-03-05 00:00:00
3808 baxış

Digər xəbərlər

“Azərbaycan Ordusunun zəfəri sadəcə hərbi qələbə deyil, həm də böyük mənəvi üstünlükdür”

“2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında antiterror əməliyyatının nəticəsi yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu, həm də böyük bir mənəvi üstünlükdür”. Bu sözləri Silahlı Qüvvələr Günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatında keçirilən tədbirdə Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev bildirib. Administrasiya rəsmisi qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfəri ölkəni yeni inkişaf səviyyəsinə qaldırıb. Seymur ƏLİYEV

Hamısını oxu
Hərbi Prokurorluqda əsgərin ölüm faktı üzrə araşdırma aparılır

Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan Veteran.gov.az-a verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu Hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılmış, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər prosessual tədbirlər icra edilmişdir.  Faktla bağlı hazırda araşdırma davam etdirilir. Seymur ƏLİYEV

Hamısını oxu
Cənub Qaz Dəhlizinin əhəmiyyətini hazırda Avropada daha çox görürlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsini hamımız izlədik. Cənab Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu.   Sülhməramlıların fəaliyyəti barədə söylədikləri fikirlərə diqqət yetirəndə görürük ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə alınmaması ədalətsizlik olar. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində.   Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.    Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər.  Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri barədə məsələyə münasibət bildirən cənab İlham Əliyev qeyd etdi ki, bu səfər ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır.   Fəaliyyəti birmənalı qarşılanmayan Minsk qrupu barədə açıqlama da, fikrimcə xarici mətbuatda çox müzakirə olunacaq açıqlama idi. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Mins qrupu danışıqlarla  bağlı öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Minsk qrupu, əslində, qalan ölkələri danışıqlar prosesindən təcrid edib. Eyni zamanda, qrup daxilində də narazılıq var.   İqtisadi məsələlər də həmişə ölkə başçısı üçün prioritet məsələ olub. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Elə bir hal olmayıb ki, Azərbaycan kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olsun.   Xarici siyasətdən danışarkən Qoşulmama Hərəkatına üzv olan ölkələrin iki dəfə Azərbaycanın lehinə səs verdiyini nəzərə çatdıran Prezident qeyd etdi ki, bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getmək lazımdır. Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü yüksək səviyyədə təşkil olunmalıdır. Məıum oldu ki, Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir. Məhz Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə   80-dən çox ölkəyə maliyyə yardımı  göstərilib.   Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Şükürlər olsun ki, artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.   Dövət başçısı ermənilərin tez-tez dəyişən mövqeyini yada salaraq güc dövlətlərinin Azərbaycanla Ermənistana münasibətdə fərqli nümayiş sərgilədiyini diqqəfə çatdırdı: "Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Bu cür yanaşma uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Ölkəmizin isə mövqeyi birmənalıdır. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. Qərəzli yanaşmaları nəzərə alaraq, Demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir".   Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki qaz böhranı onları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması.   Məlum oldu ki, cari ildə təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Qazın 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Eyni zamanda, daxili tələbat da artır və artacaq. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına sərf olunacaqdır. İnfrastruktur nöqteyi-nəzərindən ölkəmizin qazı bir çox ölkələrə çatdırıla bilər. Nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Prezident İlham Əliyev beynəlxalq hüquq və hazırda güc dövlətlərinin ona yanaşmasını da çox gözəl təsbit etdi:   "Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək. Onlar indi peşmançılıq çəkirlər...".   Hər bir dövlət öz gücünə arxalanmalı, beynəlxalq aləmdə özü öz hüquqlarını qorumalıdır;  Azərbaycan kimi.   Məşhur Məmmədov, Millət vəkili  

Hamısını oxu
AFFA Millinin oyunlarından əldə olunan gəlirin bir qismini Qarabağ Dirçəliş Fonduna ianə edəcək

Veteran.gov.az xəbər verir ki, sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.   Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.   Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır.   İanələrin köçürülməsi ilə bağlı daha ətraflı burada: https://qdf.gov.az/iane-et/  

Hamısını oxu