Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Akademik Sudeyf İmamverdiyev Respublika Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri,  YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev və adıçəkilən təşkilatın bir qrup nümayəndəsi Respublika Veteranlar Təşkilatının qonağı olub. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilarının sədri polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti, həyata keçirdiyi vətənpərvərlik layihələri haqqında ətraflı məlumat verilib.

44 günlük Vətən müharibəsində hərbçilərlə yanaşı, Azərbaycan həkimlərinin də böyük fədakarlıq göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, türk xalqları arasında əlaqələrin daha da genişlənməsinin vacibliyinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, bu məsələdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin fəaliyyəti xüsusilə təqdirəlayiqdir və bu fəaliyyət türk dünyası daxilində mənəvi birliyin möhkəmlənməsinə töhfə verir.

Görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən akademik Sudeyf İmamverdiyev, Respublika Veteranlar Təşkilatının qonağı olmaqdan məmnunluq duyduğunu vurğulayıb, Təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Respublika Veteranlar Təşkilatı ilə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunub, bir sıra məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Seymur ƏLİYEV

 

2024-12-06 11:27:35
3284 baxış

Digər xəbərlər

“Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib

7 avqust 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzində  “Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbridə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, dövlətin veteranlara olan diqqət və qayğısında bəhs edib, bu münasibətin hər kəsə örnək olduğunu bildirib: “Azərbaycanda dövlət tərəfindən veteranların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən veteranlara dövlət qayğısı siyasəti ilk növbədə onların sosial müdafiəsinin təmin olunmasını əhatə edir. Müvafiq qanunvericiliyə əsasən müharibə veteranları müəyyən sosial müavinətlərdən, güzəştlərdən və dövlət dəstəyi proqramlarından istifadə etmək hüququna malikdirlər”. Polkovnik Cəlil Xəlilov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, onların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə etdiyini vurğulayıb: “Dövlətin veteranlara göstərdiyi qayğının mühüm istiqamətlərindən biri də sanatoriya-kurort müalicəsi ilə təmin olunmalarıdır. Sevindiricidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, veteranların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə edir. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzi ilə yanaşı, “Buzovna” Fizioterapiya Mərkəzi, “Şıx” sanatoriyası, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzində yüzlərlə veteran müalicə alır və istirahət edir ki, bu da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlətimizin veteranlarla bağlı siyasətinə sadiqliyinin göstəricisidir”. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov dövlətimizin veteranlara olan qayğısının miqyas və önəmindən danışıb: “Azərbaycanda veteranların dövlət qayğısı ilə yüksək səviyyədə və hərtərəfli təmin edildiyi məlum həqiqətlərdən biridir. Prezident İlham Əliyevin vətən müdafiəçilərinə diqqətinin nümunəsi olan bu qayğı, veteranlarımızın sağlamlığının qorunmasında mühüm rol oynayır, onlar tərəfindən böyük məmnunluqla qarşılanır. Dövlətimizin veteranlara qayğı siyasətinin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışıb, bu istiqamətdə ciddi yeniliklərə imza atıb. Əminliklə bildirirəm ki, bundan sonra da bu məsələdə əlimizdən gələni əsirgəməyəcək, veteranlarımızın sağlamlığı və istirahəti üçün bütün imkanlarımızdan maksimum istifadə etməyə çalışacağıq”. Tədbirdə çıxış edən əmək veteranı Namiq Ağayev, “Günəşli” Sağlamlıq Mərkəzinin direktoru Vüqar Məhərrəmov, “Kurort” QSC-nin direktoru Çingiz Hacıyev də Prezident İlham Əliyevin şəhid ailələri və veteranlara olan qayğısından danışıb, dövlətimizin bu sahədə mühüm layihələr həyata keçirdiyi vurğulayıb. Tədbirin sonunda Respublika Həmkarlar İttifaqının “Günəşli” Sağlamlıq Mərkəzində müalicə alan bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarına qəbulla bağlı üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV      

Hamısını oxu
“Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır”

Cəlil Xəlilov: “Bu qətnamə Fransanın ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir” “Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilkatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir: “30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın, birdən-birə Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ökəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan ibarətdir ki, qətnamədən Azərbaycandan “Ermənistan əraizisi”ndən geri çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlardından imtina etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır. Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyillərini gücləndirəcəkdir. Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində yaxından iştirak etmiş, onların bir çoxu öz həyatını qurban vermişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi nankorluqdur. Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik. Hesab edirik ki, Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilova “Fəxri professor” adı verilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri professor” adına layiq görülüb. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edən  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan nümayəndəsi, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə Respublika Veteranlar Təşçkilatının sədri Fatma Səttarovanın iştirakı ilə “Fəxri professor” diplomunu polkovnik Cəlil Xəlilova təqdim edib.    

Hamısını oxu
Heydər Əliyevin yaratdığı elit qrup: onlar kimdir

Azərbaycan ordusunun ən elit qrupu sayılan Dəniz Pişikləri. Burda təlim almaq və qrupa üzv olmaq o qədər çətindir ki, ora sənəd verənlərin 80 faizi təlimlərə dözə bilmir. Amma elit qrupda olan əsgər heyəti məğlubedilməz igidlər olurlar. Kult.az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, super əsgərlər olan bu qrupa düşənlər suyun altında, quruda və havada hərbi əməliyyatları qısa zamanda və itkisiz həll edirlər. “Bu qrupun Azərbaycanda yaradılmasının səbəbkarı Heydər Əliyev olub. Çox nadir dövlət başçıları olub ki, Amerikanın elit “Dəniz pişikləri” qarşısında çıxış edib. Onlardan biri də Heydər Əliyevdir. Amerikaya səfər zamanı Dəniz Pişikləri üçün yarım saatlıq mühazirə deyən Ümummilli lider Heydər Əliyev onların təlimləri və hərbi hazırlığı ilə tanış olur və Azərbaycana qayıtdıqdan sonra burda Dəniz Qüvvələrində belə elit qrup yaradılmasına tapşırıq verir”, - alim bildirib. Z.Əliyev Vətən müharibəsi ilə bağlı olduqca maraqlı hadisəni də bölüşüb: “Cəbrayıl rayonu uğrunda döyüşlərdə Azərbaycanın 75 əsgəri mühasirəyə düşür. Ermənilər durduqları postlardan əsgərləri atəşə tuturlar, mühasirəni yarmaq çətin olur. Onlara köməyə 30-a yaxın Dəniz Pişiyi gəlir. Beş dəqiqə ərazini müşahidə edən qrup 20 dəqiqə içində ermənilərin bütün postlarını məhv edib, bircə itki vermədən əsgərləri xilas edirlər. Döyüşü təsvir edən əsgər deyir ki, köməyə gələn bir bölükdən də az şəxsi heyət düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb qaçmağa məcbur etdi. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərləri öldürdü”. Alim qeyd edib ki, Dəniz Pişikləri bu gün də ermənilərin ən qorxulu yuxusu olaraq qalırlar...

Hamısını oxu