Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 Tədbirdə “Vətən” marşı klipinin təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə  “Vətən” marşı klipinin təqdimatı keçirilib.

Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Hərbi diktor qeyd edib ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərib, işğal faktına son qoyulub.

Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olunub, xatirə şəkli çəkilib.

 

2024-12-09 12:02:15
3256 baxış

Digər xəbərlər

Biz veteranlar sonsuz diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığımızı ifadə edirik

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədovun oğlu Murad Əhmədov haqq dünyasına qovuşur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  övladının vəfatı ilə bağlı Rəyasət Heyəti adından Mustafa Əhmədova dərin hüznlə başsağlığı verib, ona və mərhumun bütün yaxınlarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
“Bayrağa Sarılan Qəhrəman” – Şəhid Əli Məmmədzadənin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Bayrağa Sarılan Qəhrəman” adlı anım tədbiri keçirilib. Tədbir şəhid Əli Məmmədzadənin ömür yoluna və şərəfli döyüş fəaliyyətinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid və veteranlarımızın rəşadəti sayəsində 8 Noyabr zəfərinin təmn edildiyini bildirib. Tədbirin moderatoru Gülnarə Hüseynova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən, xalq–ordu birliyinin əhəmiyyətindən bəhs edib, şəhid Əli Məmmədzadənin həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat verib. O, qəhrəman şəhidimizin Vətənə sədaqətini, göstərdiyi igidliyi və gənc nəsil üçün örnək olan vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. Daha sonra tədbir iştirakçıları və fəxri qonaqlar təqdim edilib. Tədbirdə çıxış edənlər arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və millət vəkili, ictimai-siyasi xadim Vüqar İskəndərov yer alıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi xüsusi qeyd olunub. Tədbirin bədii hissəsində məktəblilərin hazırladığı kompozisiya təqdim olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri Elmar Hüseyn, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev və 65 nömrəli tam orta məktəbin direktoru Qamət Tağıyev də iştirak ediblər. Tədbir çərçivəsində şəhid Əli Məmmədzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, onun həyat yolu, döyüş xatirələri və ailəsinin fikirləri tədbir iştirakçılarına təqdim olunub. Sinif rəhbəri Günay Xasayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının Zəngilan rayon Təşkilatının rəhbəri Ənvər Qarayev və Şəhid Ailələrinin Hüquq Müdafiəsi İB-nin üzvü, qazi Ramin Şirinov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Tədbir yüksək təşkilatçılıq şəraitində, böyük ehtiram və vətənpərvərlik ruhunda baş tutub. Tədbirin sonunda vətənpərvərlik mahnıları ifa olunub, xatirə şəkli çəkilib.

Hamısını oxu
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

Hamısını oxu