Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2025-ci il

2025-01-07 19:13:05
3425 baxış

Digər xəbərlər

Əliyev heç kimin bacarmadığını etdi - Kedmi

Azərbaycan və məqsədlərinə çatan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində mütləq qalib oldu. Bunu jurnalist Vladimir Solovyovun Yutub kanalında İsrailin “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi deyib. “O, ermənilər tərəfindən tutulan Azərbaycan ərazilərini fəth etdi. Bu gün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi müzakirə edilmir, statusun necə saxlanılması məsələsi müzakirə olunmur. Bu müəyyənləşdirilməmiş statusun necə dəyişdiriləcəyi sualı müzakirə olunur. Və Ermənistanda quduz insanların istəklərinə əsasən statusun dəyişməyəcəyi də aydındır. Onların fürsəti var idi, Azərbaycanla razılığa gəlib, belə biabırçı məğlubiyyətə uğramadan orada qala bilərdilər”, - Y.Kedmi bildirib. Solovyovun “Əliyev Paşinyanı tamamilə məhv etdi və ölkə prezidenti kimi göründüyü halda , Paşinyan nədənsə Şuşada qastrol səfərini təşkil edən pis rəqqasa oxşayırdı” ifadəsinə cavab olaraq Kedmi bu iki nəfəri müqayisə etməyin ümumiyyətlə yersiz olduğunu qeyd edib. “Onlar nə təhsildə, nə təcrübədə, nə də dövlət düşüncəsində müqayisə edilə bilməz. Əliyev əvvəllər heç kimin bacarmadığını edib. O, Azərbaycanın milli problemlərindən birini həll etdi. O, Azərbaycanı həm beynəlxalq, həm də milli nöqteyi-nəzərdən gücləndirdi. Və o sübut etdi ki, hakimiyyət Azərbaycan xalqının maraqlarına xidmət edir”, - İsrail xüsusi xidmətinin keçmiş rəhbəri deyib. (oxu.az)

Hamısını oxu
Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. Xatırladaq ki, Rasim Əliyev Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rasim Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı soyqırım günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar evində “31 mart- Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib. Rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə düzənlənən tədbirdən öncə Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.Rayon Veteranlar Təşkilarının sədri Ədalət Salman çıxış edərək uzun illərdən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb, 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart – Azərnaycanlıların Soyqrımı günü elan edildiyini və bu bəşəri cinayətin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə ölkəmizin prezidenti İlham Əliyevin 2018-ci ildə Soyqırım gününün 100 illiyi ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb.Tədbirdə ADPU Cəlilabad filialının tədqiqatçı tarix müəllimi Ələsgər Mirzəzadə, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, rayon Qarabağ qaziləri İctimai birliyinin rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü İman Abdulla, şəhid qardaşı Sakit İsayev, veteran müəllimlər Adil Hüseynov, İsmayıl Məmmədov, Muxtar Əsədov, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mirsüleyman Eynullayev və başqaları çıxış edərək mənfur ermənilərin törətdikləri vəhşiliklərdən söz açıblar, 44 günlük Vətən müharibəsində düşmənə ordumuz tərəfindən döyüş meydanında layiqli cavab verilməsindən fəxrlə danışıblar.  

Hamısını oxu