Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qərb sülh siyasəti adı altında yeni müharibə hazırlığı həyata keçirir”

Cəlil Xəlilov: “Azərbaycan erməni faşizminin yenidən dirçəlməsinə imkan verməyəcək”

“Fransa və eləcə də Avropa İttifaqının Sülh Fondunun Ermənistanı sürətlə silahlandırması regional sülh üçün böyük təhdiddir və Qərbin məkirli məqsədlərindən xəbər verir”.

 Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Qərbin Ermənistana silah yardımı İrəvanı sülhdən uzaqlaşdıran ən mühüm amildir:

“Qərbin müxtəlif dairələri Ermənistanı silahlandırmaqla Cənubi Qafqazdakı sülh prosesinə mane olur, İrəvanı sülhdən çəkindirirlər. Onlar bununla Ermənistandakı revanşist qüvvələri yeni qarşıdurmalara həvəsləndirirlər ki, bu da region üçün ciddi təhdiddir.

Prezident İlham Əliyev cari ilin 7 yanvar tarixində yerli televiziyalara müsahibəsində Qərbin bu siyasətini tənqid etdi, bunun doguracağı fəsadlara diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, Qərb Ermənistanı silahlandırmaqdan əl çəkməli, sülhə əngəl törətməməlidir. Qərb də, İrəvan da unutmamalıdır ki, yeni bir gərginlik Ermənistanın özü üçün fəlakət demək olacaq. Azərbaycan bununla bağlı bütün maraqlı tərəflərə dəfələrlə xəbərdarlıq edib, Ermənistanın silahlandırılmasının mümkün fəsadları haqqında beynəlxalq birliyi məlumatlandırıb. Buna görə də, regionda baş verə biləcək istənilən gərginliyə görə məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.

Polkovnik bildirib ki, Azərbaycan heç vaxt erməni faşizminin yenidən dirçəldilməsinə imkan verməyəcək:

“Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminə ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızı faşistlərdən azad etdi. Lakin bu gün biz görürük ki, bəzi qüvvələr erməni faşizmini yenidən dirçəltməyə, ona yenidən həyat verməyə çalışır. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan heç vaxt buna yol verməyəcək. Faşizmin bütün təzahürləri kimi erməni faşizmi də ölümə məhkumdur və Azərbaycan onun dirçəlməsinin qarşısını almaq üçün bütün gərəkli addımları atacaq”.

Seymur ƏLİYEV

2025-01-13 11:27:18
3004 baxış

Digər xəbərlər

“Vətən müharibəsində ölkəmizdəki bütün xalqlarının sərgilədiyi həmrəylik Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir”

Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir”   44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib:   “44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib.   Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər.   Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.   Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür.   İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Daşksəndə Böyük Vətən müharibəsi veteranına ərzaq yardımı edilib

İyulun 9-da xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının nümayəndəsi İsmayıl İsmayılov ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Daşkəsən rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranı 94 yaşlı Əhmədov İdris Kərəm oğlunun evində qonaq olublar, ona ərzaq məhsullarından ibarət sovqat veriblər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Böyük Vətən müharibəsi veteranlarına dəstək olmaq məqsədi ilə ərzaq yardımı paylayır. Veteranla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun məktubu İdris Əhmədova çatdırılıb. Elmar ƏliyevDaşkəsən RİHBA-nın İctimai-siyasi və humanitarməsələlər şöbəsinin müdir müavini

Hamısını oxu
Şəhid Əhmədağa İskəndərovun xatirəsinə həsr edilən mini futbol turniri keçiriləcək

Veteran.gov.az xəbər verir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 11.00-da "Azfar" Şirkətlər Qrupunun futbol meydançasında (açıq havada) Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Əhmədağa İskəndərovun xatirəsinə həsr edilmiş mini futbol turniri keçiriləcək.      

Hamısını oxu
Salam, əziz Şuşam adlı ədəbi - bədii kompozisiya təqdim olundu

Sentyabrın 27 - dən başlayan ,44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali baş komandan İ.Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü ,mətinliyini nümayiş etdirdi.    Hər bir azərbaycanlı üçün əziz Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8 də 28 illik həsrətdən  sonra azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. İdrak liseyinin kollektivi də Zəfər gününün ovqatına  rəng qatmaq üçün "Salam, əziz Şuşam " adlı ədəbi - bədii Kompozisiya hazırlayıb.    “Sherg.az” xəbər verir ki, Günel Anarqızının eyniadlı essesi əsasında səhnələşdirilən kompozisiyanın əsas məqsədi "Qarabağ Azərbaycandır " reallığını gənc nəslə təqdim etmək ,tanınmağa layiq  qəhrəman oğullarımızı daha yaxından tanıtmaqdır.   "Salam, əziz Şuşam"  kompozisiyasında şəhid Fəxri Qəribzadənin Vətənə əmanət qoyduğu anası Mehparə Qəribova, Şuşaya daxil olan ilk tank komandiri Rüfət Hacızadə ,"fəxr edirəm ki ,bu zəfərdə mənim də payım var " - deyən döyüşən jurnalist ,"İki sahil " qəzetinin baş redaktorunun müavini Anar Miriyev çıxış edərək bir daha qeyd elədilər ki ,hər kəsin ürəyində bir Vətən nəğməsi var ,gec -tez onu oxumalıdır.    25 nəfərdən çox şəhid övladının təhsil aldığı İdrak liseyinin təsisçisi ,professor Mönsüm Alışov tədbirə dəvət alan qaziləri ,şəhid ailələrini ,millət vəkillərini ,təhsil işçilərini Zəfər günü münasibəti ilə təbrik etdi.Liseyin bir qrup şagirdinin Vətənə zəfər raportu və məktəblilərdən ibarət xor kollektivinin ifasında səslənən məşhur "Qarabağ " mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.    

Hamısını oxu