Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gənclərin tariximizə, milli-mənəvi dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi tədirəlayiqdir”

Gənc nəsillərin tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi bütün zamanlar üçün ən aktual məsələlərdən biri hesab olunur. Təsadüfi deyil ki, Prezdent İlham Əliyev müsahibə və çıxışlarında bu amilə daim diqqət yetirmiş, gənc nəslin milli-tarixi dəyərlərimizə sahib çıxmasını milli maraqlarımızın etibarlı müdafiəsi baxımından son dərərə zəruri hesab etmişdir. 

14 fevral 2024-cü il tarixində Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı çıxışında bir daha bu amilə toxunmuş, gənclərin yetişdirilməsində ailə ilə yanaşı, məktəbin də önəminə diqqət çəkmişdir:

“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”.

Sevindiricidir ki, Prezidentin məlum çağırışı ölkəmizdəki bəzi məktəblər tərəfindən xüsusi diqqət və həssasiyyətlə həyata keçirilməkdə, gənclərin milli-mənəvi ruhda böyüdülməsi üçün maksimum səy göstərilməkdədir. Bu cür nümunəvi məktəblərdən biri də Abşeron rayon Novxanı kənd 1 nömrəli orta məktəbdir. 22 dekabr 2024-cü ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 106-cı ildönümü münasibətilə məktəb kollektivi tərəfindən böyük qəhrəmanın abidəsi ziyarət olunub, onun qəhrəmanlığı ilə bağlı bir-birindən maraqlı faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  

“Novxanı kənd 1 nömrəli orta məktəbdə keçirilən tədbirlər qəhrəmanlıq irsimizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir”

Veteran.gov.az saytına açıqlama verən millət vəkili Məşhur Məmmədov, Novxanı kənd 1 nömrəli orta məktəbdə ənənəyə çevrilən bu cür tədbirlərin alqışalayiq olduğunu vurğulayıb:

“Yeniyetmələrin, gənclərin milli ruhda yetişdirilməsi, onlara tariximiz, qəhrəmanlarımız, mənəvi dəyərlərimiz haqqında ətraflı məlumat verilməsi xalqımızın özünəməxsusluğunun, milliliyinin, mübarizə ruhunun qorunub saxlanılması baxımından son dərəcə əhəmiyyətlidir. Unutmaq olmaz ki, bu məsələdə məktəblərimizin üzərinə çox böyk missiya düşür. Çünki gənclərimiz ilkin biliklərə məhz məktəbdə yiyələnirlər. Onların şəxsiyyət kimi formalaşması da əsasən məktəb illəri ilə bağlıdır. Bu səbəbdən məktəblərdə milli dövlətçilik tariximiz, qəhrəmanlarımızla bağlı şagirdlərə ətraflı məlumatların verilməsi mühüm önəm kəsb edir.

Sevindiricidir ki, məktəblərimizdə tarixi qəhrəmanlarımızın, şəhdilərimizin tanıdılması, onların igidliklərinin təbliği istiqamətində ciddi iş aparılır. Belə nümunəvi məktəblərdən biri də Novxanı kənd 1 nömrəli orta məktəbdir. Sovet İttifaqı Qəhrəmanı, əfasanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin adını daşıyan bu məktəbdə tez-tez şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımızla bağlı tədbirlər keçirilir ki, bu da şagidrlərdə milli şurun inkişafına böyük töhfə verir. Ötən ilin 22 dekabr tarixində Mehdi Hüseynzadənin heykəlinin məktəb kollektivi tərəfindən ziyarət edilməsi, qəhrəmanımızla bağlı məktəblilər qarşısında edilən çıxışlar da olduqca təqdirəlayiqdir. Hesab edirəm ki, bu cür tədbirlər bundan sonra da davam etdirilməlidir. Bu, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı baxımından zəruridir.

Mən bu nəcib və faydalı təşəbbüslərinə görə məktəb rəhbərliyinə, eləcə də məktəbin bütün kollektivinə təşəkkür edir, onlara uğurlar arzulayıram. İnanıram ki, məktəblilərimiz bu cür tədbirlər sayəsində tarixi qəhrəmanlarımızı daha yaxından tanıyacaq, gələcəkdə ehtiyac olduğu təqdirdə onların qəhrəmanlığını təkrarlayacaq”.

Seymur ƏLİYEV

 

2025-01-17 12:29:37
3131 baxış

Digər xəbərlər

YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan aprel döyüşlərindən bir il ötür. Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin sübutudur. Bu tarixi döyüşlər, eyni zamanda, Azərbaycan xalqının Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi. Bu fikri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, işğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Hətta bir il keçməsinə baxmayaraq, məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş erməni rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. İnformasiya müharibəsində də düşməni məğlub etdik. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, bütün qəbildən olan veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aprel döyüşlərindən sonra yaralılarla, şəhid ailələrinin üzvləri ilə görüşləri bütün cəmiyyət üçün gözəl nümunədir. Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunun təltif edilməsi onların adlarının əbədiləşdirilməsi yolunda atılmış mühüm addımlardandır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur. “Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Əldə edilən nailiyyətlərə və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımız həmişə ordumuzun yanındadır. Biz veteranlar qələbəmizə, işğal altındakı bütün torpaqlarımıza tezliklə qayıdacağımıza inanırıq, - deyə ehtiyatda olan polkovnik bildirib.

Hamısını oxu
Milli ləyaqətimiz milli sərvətimizdir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub, kənd sakinləri ilə görüşüb. Vətəndaşlarla söhbət zamanı Azərbaycanın Vətən müahribəsi zamanı əldə etdiyi tarixi qələbəyə toxunan dövlət başçısı, bundan sonra da xalqımızınm öz ləyaqətini istənilən situasiyada qətiyyətlə qoruyacağına əminliyini ifadə edib: “Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir. İkinci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı, bir daha deyirəm, bütün dünyaya xalqımızın nəyə qadir olduğunu göstərdi”. Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev 2020-ci ilin 44 günılük Vətən müharibəsini hər şeydən öncə, milli ləyaqətin bərpası uğrunda aparılan müharibə kimi dəyərləndirib. Ölkə başçısı eyni zamanda hər birimizi şəhid ruhları qarşısında istənilən halda milli ləyaqətimizi qorumağa and içməyə səsləyib. Prezidentin bu çıxışı dövlət başçısının milli ləyaqət faktoruna necə böyük önəm verdiyini, xalqın öz simasını, qürur və mənəviyyatını qorumağı nə qədər vacib hesab etdiyini göstərir. İlham Əliyevin 11 iyul tarixli bu çıxışı bir daha sübut edir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı üçün milli ləyaqət milli sərvətidir . Neft, qızıl, madi sərvətlər bizim üçün nə qədər dəyərlidirdsə, mənəvi sərvətlər, bu sərvətlərin biri olan milli ləyaqət bizim üçün ondan daha çox dəyərlidir. Çünki mənəvi sərvətlərimiz bizim milli kimliyimizi, xalq olaraq sahib olduğumuz özünəməxsus simamızı, ruhumuzu və xarakterimizi əks etdirir. Məhz bu səbəbdən də mənəvi sərvətlərimiz bizim üçün maddi sərvətlərdən daha qiymətli, daha toxunulmazdır. Przident İlham Əliyevin mənəvi sərvətlərimizi, milli ləyaqətimizi bundan sonra da qoruyacağımızı bəyan etməsi, bunun üçün hər birimizi şəhid ruhu qarşısında xalqımıza və dövlətimizə and içməyə səsləməsi onu deməyə əsas verir ki, gələcəkdə də milli ləyaqətimizin qorunması dövlət və fərd olaraq əsas missiyamız olaraq qalacaq, hər  bir situasiyada nəzər alacağımız başlıca meyar olacaq. Seymur ƏLİYEV      

Hamısını oxu
Zakir Həsənov əmr verdi - Təxribatların qarşısı alınsın

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb. Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib. Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib. Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hamısını oxu