Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov “SOS”MMC-də yeni fəaliyyətə başlayan bir qrup veterana üzvlük vəsiqəsi təqdim edib

Veteran.gov.az xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. Tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib. 

Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.

 

 

2025-02-04 14:35:05
3401 baxış

Digər xəbərlər

Professor İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi” kafedrasının müdiri,  tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı professor İradə Hüseynova müəllifi olduğu kitabları Təşkilat sədrinə təqdim edib.  Görüş zamanı gənclər arasında milli mənəvi dəyərlərin təbliğinin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyi qeyd olunub, bu məsələdə təbliğati işlərin önəmi vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Hamısını oxu
“Haqq səsimizin dünyaya çatdırılmasında QHT-lərin böyük rolu var”

Azər Badamov: “QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyinin möhkəmlənməsinə xidmət edir” Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev mətbuata açıqlamasında bildirib ki, bugünə qədər Şuşaya 800-ə qədər, bütövlükdə Qarabağa 1500 qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsinin səfəri təşkil olunub. Bu statistika Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni cinayətlərinin ifşasında QHT  təmsilçilərinin yaxından iştirak etdiyinin göstəricisi sayıla bilərmi? Ümumiyyətlə, ümummilli məsələlərdə dövlət qurumları ilə QHT-lər arasında bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov ölkəmizdəki QHT sektorunun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, erməni cinayətlərinin ifşa edilməsində, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq işləri haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oyandığını bildirib: “Dövlət QHT-lərin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır. QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da QHT-lərin rolu qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə sevincini bölüşüb.  O, “İnstagram” hesabında Ali Baş Komandan İlham Əliyevin Ordumuzun uğuru ilə bağlı statusunu paylaşıb.

Hamısını oxu