Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Özbəkistan Prezidenti azərbaycanlı diplomatı "Dostluq" ordeni ilə təltif edib

Veteran.gov.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 1 sentyabr ölkənin müstəqillik günü bayramı münasibəti ilə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif etmişdir.

 

Bu il, bu ali mükafat "Dustliq" (Dostluq) ordeni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilmişdir. Azərbaycanlı diplomat iki ölkə arasında mədəni, elmi, ədəbi, mətbuat sahəsində, habelə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılan yeganə xarici ölkə təmsilçisi olmuşdur.

 

Mükafatı Özbəkistanın xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin rəhbəri Rustambek Qurbanov Samir Abbasova təqdim etmişdir. O, Özbəkistan üçün Azərbaycanla əlaqələrin xüsusi önəm daşıdığını, Samir Abbasovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi, Özbəkistanda Azərbaycan mədəniyyətini uğurla təbliğ etdiyini və bu istiqamətdə çoxsaylı, maraqlı layihələr həyata keçirdiyini vurğulayıb. Komitə sədri azərbaycanlı diplomatın dövlətlərimizin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsində fəaliyyətini xüsusi qeyd edib.

Samir Abbasov isə öz çıxışında ilk növbədə Özbəkistan dövlətini, xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan və Özbəkistan dostluğundan danışıb, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında əməkdaşlığın yüksək  səviyyəyə qalxdığını qeyd edib.

 

O, bu yüksək ali mükafata - "Dustliq" (Dostluq) ordeninə layiq görüldüyü üçün  Özbəkistan dövlətinə, prezident Şavkat Mirziyoyevə səmimi təşəkkürünü bildirmiş, gələcəkdə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Samir Abbasov Komitə sədri Rustambek Qurbanova Azərbaycan mədəniyyətini, xalqımızın istedadını nümayiş etdirən Azərbaycan xalçası və ölkəmizə dair nəşrlər hədiyyə edib.

 

 

2021-08-27 10:38:00
1131 baxış

Digər xəbərlər

XƏLİL QARƏHMƏDOVUN TƏQDİMATINDA POLKOVNİK CƏLİL XƏLİLOVLA GENİŞ REPORTAJ

Hamısını oxu
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

Hamısını oxu
Dəli

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən IV yazı   Aşiq mənəm… Eşqlə doğuldum… Qəlbim alov... Bədən ələnqə. Mən özümü sevgiyə gömdüm, Bürüməyin indi kəfənə.   Məşuq mənəm… Hər dəfə sərhoş, Onun adın şərabtək içdi. Baxışına sığındım hər dəfə, Ayağına yıxıldım… Öpdüm…   Derviş mənəm… Məkansiz... Yersiz... Ürək tikdim! Ona gizləndim. Biri satdı məni bəlkə də, Qəlbdən çıxdım… Sevdim, qırıldım.   Məğlub mənəm… Və qalib mənəm… Çox qazandım, çoxca uduzdum. Bisatimda – ürəyim idi… Mən onu da sənə tutdurdum!   Unutamazsan   İllər keçəcəktir, keçir mövsümlər, Taqdir deyəməzsən, yox, qəbul etəməzsən. Əlindən də gəlməz, ürək ağrıyır, Məni unutmazsan, unutamazsan.   Qucaqlarsan dizini, kirpik tərpədəməzsən, Göyə baxarsan, heç öyrəşə bilməzsən, Gözündən yaş süzər, xəyal dizginsiz, Məni unutmazsan, unutamazsan.   Keçmişi düşünür, məni axtarırsan, Xəyal ağacını yıxa bilməzsən, Təəssüf, qayıdamazsan, qayıda bilməzsən, Məni unutmazsan, unutamazsan!   Yuxuların dalaşır adım çağıraraq, Günlərin səhv düşür izimdən gələrək, Bağışla, qəlbini geri verəmədim, Məni unutmazsan, unutamazsan!   Şairə Lətafət ƏMİROVA Özbəkistan Respublikası Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

Hamısını oxu
İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu