Digər xəbərlər
“Xocavənd əməliyyatı”nın (1997-ci il) ildönümüdə 7 hərbçinin şəhid olduğu əraziyə səfər təşkil olunub, şəhidlərin xatirəsi anılıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə təşkil edilən səfərdə şəhid ailələri, qazi və veteranlar iştirak ediblər. Yuxarı Güzlək kəndi ərazisində Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə salınan guşə ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər hərbçilərin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, 7 aprel 1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib. Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub. Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Musatafayev və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər. Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif kəşfiyyatçılar tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə qalıb, döyüşçü yoldaşları onun şəhid olduğunu düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər. Onlar sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər tərəfindən aşkarlanıb və əsir götürülüb. Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn olunublar. Hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər. Ermənilər tərəfindən əsir götürülən Aqil isə 1998-ci ilin fevral ayında məhkəmə qarşısına çıxarılıb, ona güllələnmə hökmü təyin edilib. Azərbaycan dövləti tərəfindən Aqilin xilas edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Uzun sürən danışıqlardan sonra 1999-cu ilin mart ayında Prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olub, o, Vətənə qaytarılıb. Həmçinin çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində torpaqlarımızın azad edilməsindən danışılıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərba olunub. Artıq azad edilən ərazilərə həyat qayıdıb keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşublar. Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir guşə yaradılıb. Foto
Hamısını oxu
Профессор факультета журналистики ИГСУ Низами Мамедов вошел в состав Общественного совета Международного государственного экологического университета имени А.Д. Сахарова на основании фундаментальных публикаций в области теории экологического образования и устойчивого развития, а также за широко распространенных в странах СНГ учебников и учебных пособий в данной области. Вуз признан базовой организацией государств-участников СНГ по экологическому образованию. Это статус был придан «Международному государственному экологическому университету имени А.Д. Сахарова» решением Совета глав правительств Содружества Независимых Государств от 25 ноября 2005 года. На сегодняшний день университет является ведущим учебным заведением СНГ в сфере экологического образования и устойчивого развития. Мамедов Низами Мустафаевич Профессор кафедры управления информационными процессами. Доктор философских наук Профессор Академик и член Президиума Российской экологической академии Академик Российской академии естественных наук Эксперт ЮНЕСКО в области культуры и образования Почетный работник высшего профессионального образования РФ директор Института глобализации и устойчивого развития «Академии МНЭПУ»
Hamısını oxu
Azər Badamov: “Dövlətimiz vətən uğrunda canından keçmiş igid oğullarını unutmur və unutmayacaq” Məlum olduğu kimi, dövlətimiz istər YAŞAT Fondu, istər icra hakimiyyətləri, istər nazirliklər, istərsə də digər strukturlkar vasitəsi ilə veteranların, qazilərin, şəhid ailələrinin problemini diqqətdə saxlayır, onları hər cür qayğı ilə əhatə edir. Veteran.gov.az-a açıqlamasında dövlətin veteranlara, şəhid ailələrinə olan qayğısını yüksək qiymətləndirən millət vəkili Azər Badamov, Azərbaycanın bu sahədəki təcrübəsinin digər dövlətlərə örnək olduğunu vurğuladı: “Bu gün şəhid ailələri, qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. II Qarabağ müharibəsindən sonra bu kateqoriyadan olan insanlara diqqət daha da artıb. İcra Hakimiyyətlərində bu sahə ilə məşğul olmaq üçün xüsusi şöbələr yaradılıb və bu şöbələrdə vətən uğrunda döyüşlərdə şücayət göstərmiş gənclər işlə təmin olunub. Bu şöbələr şəhid ailələrinin və müharibə iştirakçıların birbaşa müraciət edə biləcəyi ünvan olacaq. Bütün nazirliklərdə, dövlət idarə və müəssisələrdə Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşılır, onların müraciətlərinə dərhal baxılır. Ölkə başçımızın fərmanı ilə yaradılmış “YAŞAT” Fondu hər bir şəhid ailəsinə getmiş, onların məişət-sosial problemləri ilə maraqlanmışdır. O cümlədən, müharibədə sağlamlıqlarını itirmiş gənclərimizi də “YAŞAT” Fondu diqqət mərkəzində saxlayır, onların müalicəsi və reabilitasiya məslələrini həll edir. Dövlətimiz şəhid ailələri və qazilərimizin evlərlə təminatı üçün xüsusi proqram icra edir və 2025 - ci ilə qədər mənzilə ehtiyacı olan bütün ailələr evlə təmin olunacaqdır. Azərbaycanda şəhid ailələrinə və qazilərə olan dövlət qayğısı və diqqət dünyanın bir çox ölkələri üçün nümunədir. Düşünürəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəni öyrənəcəklər. Dövlətimiz vətən uğrunda öz canından keçmiş igid oğullarını heç vaxt unutmur və onların qəhrəmanlıqlarını həmişə də yüksək dəyərləndirəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
“Uzun illər xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçılarının lokal anti-terror əməliyyatından sonra həbs edilərək məhkəmə qarşısına çıxarılması dövlətimizin, onun təhlükəsizliyinin əsas təminatçılarından biri olan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tarixi uğurlarından biridir”. Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, DTX xalqımızın, dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, suverenliyimizin bərpasına da böyük töhfələr verib: “DTX müstəqillik tariximizin bütün mərhələlərində dövlət təhlükəsizliyimizi uğurla qoruyub, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə ardıcıl addımlar atıb. DTX-nın son illərdəki fəaliyyəti isə xüsusislə təqdirəlayiqdir. Biz həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı DTX-nın peşəkarlığının bir daha şahidi olduq. DTX həm müharibə, həm də post-müharibə dövründə dövlətimizə qarşı terror və təxribat cəhdlərini uğurla ifşa etdi, anti-Azərbaycan qüvvələrinə ağır zərbələr vurdu. Lokal anti-terror tədbirlərindən sonra Qarabağın müxtəlif yerlərində gizlənən separatçıların de-şifrə edilərək saxlanılması və Bakıya gətirilməsi isə DTX-nın xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biridir. DTX böyük ustalıqla həyata keçirdiyi bu əməliyyatlarla cinayətkarların gizlənməsinə, məsuliyyətdən yayınmasına imkan vermədi. Həmin şəxsləri həbs edərək onların məhkəmə qarşısına çxıarılmasını təmin etdi. Bununla hər kəsə sübut etdi ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər cəzadan yaxa qurtara bilməyəcək, gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar. Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanları əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, onlar bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın, dövlətimizin düşmənlərini məyus etməkdə davam edəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxu