Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”

“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib:

“Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib.

Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”.

Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir:

“Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”.

Seymur ƏLİYEV

2025-02-14 11:35:35
2467 baxış

Digər xəbərlər

“Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur”

Cəlil Xəlilov: “Bizə bu qüruru yaşatdığı üçün dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edirəm”   Məlum olduğu kimi, sentyabrın 11-də bir qrup QHT təmsilçisi Şuşaya səfər edib, şəhərdə aparılan qurucluq işləri ilə tanış olub.   Səfərlə bağlı veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu cür səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur. Mən ilk növbədə bizə bu qüruru yaşatdığına görə dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edir, şəhdilərimizin ruhu qarşısında ehtiramla baş əyirəm. Biz bu torpaqları ordumuzun və Ali Baş Komandanımızın əzmkarlığı, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın fədakarlığı sayəsində nail olduq.   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Şuşaya təşkil olunan səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, erməni vandalizminin nəticələri ilə yanaşı, dövlətimiz tərəfindən həyata keçirilən nəhəng tikinti-quruculuq işləri ilə tanış olduq. Səfərdə iştirak edən hər bir şəxs görülən işlər, həyata keçirilən layihələrlə tanış olduqca əmin olur ki, Azərbaycan dövləti qısa bir zamanda Şuşada sözün həqiqi mənasında möcüzə gerçəkləşdirib. Şəhər və şəhər ətrafında yol-nəqliyyat və sosial infrastrukturun bərpası ilə yanaşı, şəhərin tarixi-mədəni simasının bərpası, erməni vəhşiliyinin izlərinin ortadan qaldırılması istiqamətində ciddi addımlar atıb. Hansı ki, bu fəaliyyət bu gün də uğurla davam etməkdədir.   Şuşa Azərbaycan xalqının qədim mədəniyyət mərkəzi, tarixi qürur, yenilməzlik simvoludur və hər zaman məhz belə qalacaq”.   Seymur Əliyev  

Hamısını oxu
Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub

Forum Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə keçirilib Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub. Forumda Azərbaycanın bütün bölgələrindən repetitor müəllimlər iştirak edib. Salamlama və açılış nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq bu forumun repetitorlar üçün əhəmiyyətini vurğulayıb. Daha sonra öz sahəsində brendə çevrilmiş məruzəçilərdən Cəlalə Nəzəroğlu, Fəxri Ağayev, Araz Paşayev, Səfa Xəlilov, Qulu İbrahimli repetitor müəllimlərə çox faydalı məlumatlar veriblər. I panel yekunlaşdıqdan sonra II paneldə müəllimlər öz ixtisasları üzrə dərslərə qoşulublar. Yekunda müəllimlərə sertifikat və hədiyyələr verilib, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
“ Zəfər bayramı” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin əməkdaşları -  Nəbi Hacıyev və Osman Məhərrəmov 4 noyabr  2023-ci ildə Bakı şəhəri Binəqədi rayonunda  tədbir təşkil ediblər. Tədbir 99 saylı tam orta məktəbdə  baş tutub.       “8 Noyabr   Zəfər bayramı” ”adlı tədbirdə Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Ağsaqqallar Şurasının sədri Akif  Rəfiyev, şəhid anası Əliyeva Səfayə, məktəbin direktoru Ofelya Məmmədova, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Ofelya Məmmədova açdı. O,qonaqları tədbir iştirakçılarına  təqdim etdi. Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, istər İkinci Qarabağ müharibəsi, istərsə də, lokal antiterror tədbirləri zamanı ordumuz mənfur düşmənə layiqli cavab verdi və bütün dünyaya xalqımızın birgə bərabər olduğunu bir daha sübut etdi: “Bu qələbəmizi şəhdlərimizə, qazilərimizə borcluyuq. Biz orta və yaşlı nəslin nümayəndələri hər zaman çalışırıq ki,keçmişdə buraxılan səhvləri siz buraxmayasız. Heç kəs bilmir ki,bu gün parta arxasında oturan bir şagird gələcəkdə dövlətimizin inkişafında hansı töhfələri verəcək. Əsas vətəni sevmək, qorumaq lazımdır.  Bunun  üçün yaxşı oxumaq və  müəllimlərin verdikləri bütün tapşırıqlaıı yerinə yetirrmək vacibdir. Çıxışımın sonunda torpaqlarımızı düşmən tapdağından təmizləyən və bu yolda  şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı, sizlərə təhsilinizdə uğurlar arzulayıram”. Daha sonra Akif  Rəfiyev çıxış etdi. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb

Bakı, 11 mart, AZƏRTAC Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a daxil olan bəyanatda Avropa Parlamentinin erməni yalanlarına əsasən hazırlanan və Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yanlış iddialar kəskin şəkildə tənqid edilib və pislənilib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti olaraq, Avropa Parlamentinin heç bir araşdırma aparmadan, real faktlara söykənmədən hazırladığı qətnaməni pisləyir, bunu qərəzli və tamamilə qeyri-obyektiv hesab edirik. Bildiririk ki, Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, məhv edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur və bu cür iddialar mövcud reallığı əks etdirmir. Əksinə, Azərbaycan dövləti və xalqı tolerantlıq və multikultural dəyərlərinə sadiq qalaraq ölkə ərazisində dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidəni həssaslıqla qoruyur, həmin abidələrin zəngin tariximizin bir hissəsi olaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərir. Bu baxımdan Azərbaycanın guya işğaldan azad edilən torpaqlarımızda ermənilərə məxsus abidələrə, mədəniyyət nümunələrinə zərər vurması ilə bağlı iddialar reallıqdan uzaqdır və beynəlxalq ictimaiyyətin diqqətini əsl həqiqətdən uzaqlaşdırmağa xidmət edir. Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı həyata keçirib. Vaxtilə erməni işğalı altında qalan rayonlarımızda ümumi sayı minlərlə hesablanan məscidlərin, dini abidələrin, mədəniyyət və incəsənət nümunələrinin, tarixi abidələrin tamamilə dağıdılması faktı buna ən böyük nümunədir. Hansı ki, Azərbaycan tərəfinin əlində bütün bunları sübut edən saysız-hesabsız foto və video faktlar mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad olunan ərazilərə səfər etməyə, bu ərazilərdə faktaraşdırma missiyalarında iştirak etməyə səsləyib. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti, o cümlədən bu qurumda təmsil olunan dövlətlər bu prosesdə aktivlik sərgiləmək, həqiqəti öz gözləri ilə görmək imkanından yararlanmaq istəmirlər. Halbuki, işğaldan azad edilən Azərbaycan torpaqlarına bu cür səfərlərin təşkili hər bir səfər iştirakçısına əsl gerçəkliyin nədən ibarət olduğu, kimin-kimə qarşı mədəni soyqırımı həyata keçirdiyini şərhsiz-izahsız göstərə bilər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ümid edirik ki, Avropa Parlamenti birtərəfli qaydada – yalnız erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir!”.

Hamısını oxu