Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə ehtiram, tarixi yaddaşımıza töhfədir”

“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiram nümunəsi olmaqla yanaşı, həm də tarixi yaddaşımıza töhfədir”.

 

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu kompleks sonsuza kimi erməni faşizminin tarixi cinayətlərinin daşlaşmış rəmzi olaraq hər kəsə bu cinayətlərdən danışacaq, soyqırımı cəlladlarını ifşa edəcək:

 

“Erməni faşizmi tarixən xalqımıza qarşı bir-birindən ağır, bir-birindən dəhşətli cinayətlərə yol verib, çoxsaylı soyqırımları törədib. Belə soyqırımlarından biri də 1992-ci ilin 26 fevral tarixində baş verən Xocalı soyqırımıdır. Əminliklə demək olar ki, Xocalı soyqırımı yalnız XX əsrin deyil, bəşər tarixinin ən dəhşətli soyqırımıdır. Bu soyqırımı erməni faşizminin nə qədər qorxunc və təhlkəli olduğunu, habelə, insani dəyərlərdən nə qədər uzaq olduğunu  bir daha göstərdi. Xocalı soyqırımı göstərdi ki, erməni faşizmi yalnız Azəbaycan yox, bütün bəşəriyyət üçün ciddi təhlükədir. 

 

Azərbaycan bütün şəhidləri kimi Xocalı soyqırımı qurbanlarının qisasını da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühüribəsində döyüş meydanında düşməndən aldı, həlak olanların ruhuna sevinc bəxş etdi. Lakin buna baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, erməni vəhşiliklərinin ifşası oldquca vacibdir və cənab Prezidentin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı verdiyi Sərəncam çox böyük əhəmiyyətə malikdir.

 

Bu Kompleks soyqırımı qurbanlarının xatirəsinə əbədi ehtiram nümunəsi olacaq, eyni zamanda illər, əsrlər sonra da onu ziyarət edən insanlara erməni faşizminin qanlı əməllərindən, qorxunc cinayətlərindən bəhs edəcək”.

2025-02-26 09:36:44
3048 baxış

Digər xəbərlər

Yolun davamı

Hamısını oxu
Vətənpərvərlik hər bir gəncin ürəyində.

23 oktyabr 2018-ci il tahrixdə Bakı şəhəri, Binəqədi rayonu 83 nömrəli məktəb Liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə və Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan  Respublikası Müharibə, Əmək  ve Silahlı Qüvvələr Veteranları Təşkilatın  gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin və həmin şöbənin mütəxəssisləri İsmayıl İsmayılov, Nəbi Hacıyevin iştirakı və liseyin pedaqoji, şagird kollektivi ilə görüş keçirilmişdir. Görüşdə məktəbin direktoru, riyaziyyat elmləri namizədi Nəbi Mahmudov müntəzəm olaraq liseyin pedaqoji və şagird kollektivinin Respublika Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə Təşkilatın 30 illik yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamnada vətənpərvərlik işində fəal iştiraklarına görə liseyin bir qrup müəllim və şagirdləri Fəxri Fərmanla təltif olunmuşdur.

Hamısını oxu
Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində tədbir keçirib.   Görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.  Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur. Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib. Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.  

Hamısını oxu
Şuşa – Azərbaycanın Qələbə Nişanı

Azərbaycanın torpaqlarına 33 il əvvəl vurulan yara nəhayət ki, sağaldı. Azərbaycanın tarixində, ruhunda və mədəniyyətində xüsusi yerə malik olan müqəddəs Şuşa şəhəri azadlıq uğrunda aparılan mübarizənin şanlı zəfəri ilə azad edildi. Bu qələbə bütün bir millətin əzmini, iradəsini və azadlıq ideallarını təcəssüm etdirən tarixi dönüş nöqtəsi idi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin "Şuşa azaddır!" ifadəsi milyonlarla azərbaycanlının qəlbində silinməz izlər buraxdı. Bu sözlər yalnız qələbə müjdəsi deyil, 30 illik həsrətin, mübarizənin və sarsılmaz inamın təntənəsi idi. Şuşanın azad olunması ilə xalqımızın ürəyindəki ən böyük nisgil sonsuz sevincə çevrildi. Bir zamanlar Ümummilli lider Heydər Əliyevin dilə gətirdiyi böyük arzu - Şuşanın azadlığı  bu gün reallığa çevrilib. 1992-ci il 8 may tarixində işğal olunan Şuşa düz 28 il sonra 2020-ci il 8 noyabrda öz azadlığına qovuşdu. Bu zəfər böyük bir hərbi uğur olmaqla yanaşı, həm də Azərbaycanın milli iradəsinin, dövlətçilik prinsipinə sadiqliyinin və xalqın birliyinin bariz nümunəsi idi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl hərbi-strateji əməliyyat bu uğurun əldə edilməsinin başlıca səbəbi idi. Şuşanın qurtuluşunun əhəmiyyətini yalnız onun hərbi-strateji mövqeyi ilə deyil, həm də mədəni və mənəvi dəyəri ilə ölçmək lazımdır. Əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının və memarlığının beşiyi olmuş bu şəhər dahi sənətkarlarımızın doğulub boya-başa çatdığı müqəddəs məkandır. Məhz buna görə də Şuşanın işğaldan azad olunması xalqımızın tarixi və mədəni kimliyi ilə yenidən qovuşması anlamına gəlirdi. Prezident İlham Əliyevin illər boyu apardığı məqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyinin tanıdılması və ölkəmizin dünya miqyasında artan nüfuzu bu qələbənin siyasi əsaslarını formalaşdırdı. Bu həm də Azərbaycanın müstəqil və prinsipial dövlət kimi dünyada öz hüquqlarını müdafiə etmək gücündə olduğunu sübut etdi. Şuşaya bayrağımızın sancıldığı gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarından birini yaşadı. Hər bir şəhər və kəndimizdə üçrəngli bayrağımız dalğalandı, xalqın qəlbində sevinc və qürur hissi coşdu. Bu bayraq təkcə bir qələbənin yox, həm də Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzinə çevrildi. Lakin bu tarixi hadisələrin və görüləcək işlərin sonu deyildi, əksinə yeni bir başlanğıcın simvolu idi. Şuşanın azad edilməsindən dərhal sonra digər kənd və qəsəbələrin də işğaldan azad olunması xəbəri gəldi. Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəklik nöqtəsinin azad edildiyini elan etdi. Ermənistan acı məğlubiyyətlə barışaraq kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, diplomatik arenada da öz təsdiqini tapdı. Bu zəfər yalnız Azərbaycan üçün deyil, həm də Cənubi Qafqaz regionunda ədalətin, beynəlxalq hüququn və sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan əsassız iddiaların qarşısını alaraq bölgədə hüquqi və geosiyasi reallıqları təsdiqlədi. Bu qələbə bir millətin varlığını, tarixini və gələcəyini qorumaq uğrunda apardığı mübarizənin təntənəsidir. Şuşanın azad olunması Azərbaycan xalqının birliyinin, əzminin və milli ruhunun parlaq təzahürüdür. Bu müqəddəs şəhər sadə bir coğrafi məkan deyil, xalqımızın simvoludur. O, bir yurdun, bir mədəniyyətin və bir millətin varlığını təcəssüm etdirən canlı tarixdir. O, öz sahibinə qayıtdı və bu qayıdış Azərbaycanın müstəqillik tarixində əbədi bir qürur səhifəsinə çevrildi. İndi Şuşa təkcə keçmişin acı xatirələri ilə deyil, həm də gələcəyin ümidi, dirçəlişi və azadlığın rəmzi kimi anılır. Bir zamanlar susan bu şəhər bu gün azadlıq nəğməsi oxuyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Şuşada yollar çəkilib, məktəblər və mədəniyyət ocaqları fəaliyyətə başlayıb. Burada görülən işlər yalnız bir şəhərin bərpası deyil, eyni zamanda milli yaddaşın yenidən dirçəlişi və Azərbaycanın mədəniyyətinin, sənətinin, tarixinin yenidən canlanmasıdır. Şuşa öz zəngin ənənələrini, musiqisini və mədəniyyətini bir daha dünyaya təqdim edir. Bülbülün səsi yenidən Şuşanın dağlarında əks-səda verir. Onun sənəti və arzuları bu şəhərin ruhunda yaşayır. “Xarıbülbül” musiqi festivalı bu qədim şəhərin dirçəlişini və mədəni həyatının yenidən bərpasını simvolizə edir. 32 ildən sonra Cıdır düzündə keçirilən bu festival Şuşanın geri dönüşünün təntənəsidir. Hər notada, hər musiqidə və hər səslə Azərbaycan xalqının həsrəti, mübarizəsi və zəfəri əks olunur. Əlbəttə ki, Şuşanın azadlığı ilə nəticələnən bu tarixi qələbə Azərbaycan xalqının mübarizə iradəsinin və milli həmrəyliyinin ən uca nümunəsi olmaqla yanaşı, öz canından keçərək Vətən uğrunda şəhid olan qəhrəmanların qanı və qazilərimizin rəşadəti hesabına qazanılmışdır. Bu gün Azərbaycan xalqı Şuşaya qovuşubsa, bu məhz şəhidlərimizin müqəddəs qanı, onların göstərdiyi şücaət və fədakarlığın nəticəsində mümkün olmuşdur. Vətən müharibəsində həyatlarını itirən minlərlə igid oğul Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda etdilər. Onların hər biri tariximizin əbədi qəhrəmanına çevrilərək xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidlərin müqəddəs ruhu qarşısında baş əyir, ailələrinə sonsuz hörmət və ehtiram ifadə edirik. Həmçinin qazilərimiz - bu torpaqlar uğrunda sağlamlıqlarından keçən vətənpərvər döyüşçülər bu qələbənin canlı simvoludurlar. Onların rəşadəti, döyüş meydanında göstərdikləri qəhrəmanlıq Azərbaycan Ordusunun peşəkarlığını və xalqımızın əyilməz iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün Şuşada dalğalanan bayraq şəhidlərimizin ruhuna hörmət, qazilərimizin fədakarlığına dərin ehtiram, xalqımızın mübarizə əzminə verilmiş dəyərdir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu da dövlətin öz qəhrəmanlarına verdiyi dəyərin bariz nümunəsidir. Unutmayaq ki, Şuşaya gedən yol şəhidlərin və qazilərin qanı ilə yazıldı. Bu torpaq, bu bayraq, bu qələbə onların bizə mirasıdır. Onları daim yad etmək, xatirələrini yaşatmaq, ruhlarını uca tutmaq hər birimizin vətəndaşlıq borcudur. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu