Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Prezidentin Müstəqillik Günündə Laçına səfəri həm də rəmzi məna kəsb edir”

Cəlil Xəlilov: “Prezidentin Müstəqillik Günündə Laçına səfəri rəmzi məna kəsb edir. Belə tarixi gündə dövlət başçımızın işğaldan azad edilən Laçına səfər etməsi, Prezidentimizin müstəqilliyimizə, ərazi bütövlüyümüzə olan ehtiramını nümayiş etdirir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər və həmin səfər əsnasında dövlət başçısınn verdiyi bəyanatlar dövlətimizin bugünü, gələcəyə baxışı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Dövlət başçısı Laçın səfəri əsnasında rayon ərazisində bir neçə açılışlar etdi, habelə, bir çox müəssisəsinən, yaşayış məntəqəsinin təməlini qoydu. Prezident İlham Əliyev səfər əsnasında atdığı adımlar və verdiyi bəyanatlarla göstərdi ki, bu torpaqların əsl sahibi həqiqətən də Azərbaycan xalqıdır və bu xalqı öz qurub-yaratmaq eşqi ilə erməni faşizminin viran qoyduğu bu torpaqlara yenidən həyat verməyə qadirdir.

Prezidentin Laçın səfəri dövlətimizin sülhə, quruculuğa verdiyi önəmi göstərdi. Bu səfər həm də göstərdi ki, post-müharibə dönəmindən sonra belə Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləmək istəmir. Lakin Azərbaycan öz sülh siyasəti və erməni faşizmini, onun terrorçuluq siyasətini ifşa etməklə, bu siyasətə bütün müstəvilərdə layiqli cavab verməklə rəsmi İrəvana sülhdən başqa bir yol qoymur.

Prezident Laçın sakinləri ilə söhbətində onlara 2011-ci ildə Ağcabədidə həmin sakinlərlə görüşəndə dediyi sözləri xatırlatdı. Qeyd etdi ki, həmin vaxt əminliklə bildirmişdim ki, biz Laçına qayıdacayıq və bu gün Laçın sakinlərinin öz doğma yurduna qayıdışı bu sözün təsdiqidir”.

Cəlil Xəlilov dövlətimizin işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Laçın rayonu ərazisində erməni faşizmi tərəfindən dağıdılan tarixi-mədəni abidələrin bərpasını da diqqət mərkəzində saxladığını vurğuladı:

“İşğal dönəmində Ermənistan Azərbaycan ərazilərindəki minlərlə dini, tarixi, mədəni abidəni, memarlıq nümunəsini vəhşicəsinə dağıdıb, onları yararsız hala salıb. Təkcə bir faktı qeyd edək ki, ermənilər vaxtiylə işğalda saxladıqları ərazilərdə 1941-1945-ci illərə aid 37 abidəni dağıdıblar. Əvəzində İrəvanda faşizmin nökəri olan Njdeyə abidə ucaldılıb. Habelə, işğaldakı rayonlarda faşizmi, separatizmi, terrorizmi təbliğ edən qondarma abidələr inşa edib. Hansı ki, anti-insani dəyərləri, faşizmi təbliğ edən bu qondarma abidələr dövlətimiz tərəfindən haqlı olaraq sökülür.

Bu gün Azərbaycan bütün regionda sülhü, təhlükəsizliyi təmin etmək üçün ciddi addımlar atır. Dövlətimizin siyasəti, Prezidentimizin qətiyyəti və ortaya qoyduğu aydın, konklret mövqe onu göstərir ki, Azərbaycan bundan sonra da regional təhlükəsizliyu təmin etmək üçün ehtiyac duyulan bütün addımları atacaqdır”.

 

2023-05-30 14:40:22
2938 baxış

Digər xəbərlər

“Ordumuzun təlimləri xalqımızla qələbə arasında körpüdür”

Cəlil Xəlilov: “Bu təlimlər həm ordumuzun peşəkarlığın artırılması, həm də qoşunlar arasında birgə fəaliyyətin koordinasiyası baxımından önəmlidir”   Məlum olduğu kimi, mayın 18-dən 22-nə qədər Azəbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Təlimlərdə 10 min nəfərə qədər şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, eləcə də 200-dək raket texnikası iştirak edəcək.   Moderator.az-a açıqlamasında qarşıdakı təlimləri şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:   “Azərbaycan ordusunun təlimləri hər şeydən öncə hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlər zamanı hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.   Təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyytinin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyətin təmin edilməsi müharibə zamanı qələbə əldə etmək, hər hansı çaşqınlıq və anlaşılmazlığın baş verməsini önləmək, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir.   Bu baxımdan Azərbaycn ordusunun 18-22 may təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan bir addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol bu cür təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Şəhid və qazilərimiz üçün “YAŞAT”: Prezidentdən mühüm addım

Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycan 30 illik işğala qəhrəmanlıq salnaməsi yazaraq son qoydu.Bu zəfər Azərbaycan əsgərinin qanı, canı bahası ilə yazdığı tarixdir: 2783 hərbi qulluqçumuz şəhid olub, 103 hərbi qulluqçumuzun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır, 100-dən çox hərbi qulluqçumuz itkin düşüb, 1245 hərbi qulluqçumuz tibb müəssisələrində müalicə alır.Azərbaycan heç vaxt şəhidlərini unutmayacaq, I Qarabağ müharibəsindəki şəhidlərini unutmadığı kimi;Azərbaycan qazilərini unutmayacaq, I Qarabağ müharibəsindəki qazilərini unutmadığı kimi;Dövlət şəhidin də, qazinin də hər zaman yanındadır. İndiyə qədər şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, rifahının yüksəldilməsi, ən xırdasından tutmuş böyüyünə qədər bütün problemlərinin həlli dövlət siyasətinin əsas istiqaməti olub.Mənzil və avtomobillə təmin edilməsi;Sosial müavinətin verilməsi;Məşğulluqla təmin olunması;Dövlət hesabına müalicəsi və s;Bu siyahını uzatmaq da olar. Azərbaycanda şəhid ailələri, qazilər, müharibə veteranları və dövlət bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyi heç vaxt əskik olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir:1. Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir;2. Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir;3. Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);4. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;5. Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;6. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;7. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;8. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;9. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;10. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;11. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər nəzərdə tutulub;Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilibdir. Bu proqram hazırda uğurla davam etdirilir.Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.Dövlət bu şəxslərin təminatı üçün ən yüksək səviyyədə addımlar atır. Bununla yanaşı, cəmiyyət olaraq, hər kəs ərazi bütövlüyümüz uğrunda döyüşən, şəhid və qazi olanlara əllərindən gələni edir. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.Bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb.YAŞAT Fondu kimlərə yardım göstərəcək?- Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə;- işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.Belə bir addımın atılması cəmiyyətdə həmrəylik prinsipinin daha da güclənməsi baxımından da önəmlidir.Asif Nərimanlı

Hamısını oxu
“Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, “Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Bu gün dəyərli dostumuz, tanınmış hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür. Bu əlamətdar gün münasibətilə Cəlil müəllimi ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı, uzun, mənalı və bərəkətli ömür arzulayıram. Həyatının hər bir yeni ili ona yeni uğurlar, gözəl xatirələr, sevinc və xoş günlər bəxş etsin. Cəlil Xəlilov uzun illər ərzində peşəkarlığı, zəngin hərbi təcrübəsi, prinsipial mövqeyi, Vətənə və dövlətə sədaqəti ilə seçilən ziyalı və hərbçi kimi hörmət qazanıb. Onun hərbi sahədəki bilik və təcrübəsi, hadisələrə obyektiv yanaşması və analitik düşüncəsi hər zaman yüksək qiymətləndirilir. Arzu edirəm ki, bundan sonrakı həyat yolunda da qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatsın, daim sağlam, gümrah və yüksək əhval-ruhiyyədə olsun. Ailəsinin, doğmalarının və dostlarının əhatəsində xoşbəxt və firavan günlər yaşasın. Qoy ömrünün hər yeni səhəri sevinc, hər yeni günü uğur, hər yeni ili isə daha böyük nailiyyətlərlə yadda qalsın. Uca Allah onu və ailəsini qorusun, həyatına daim ruzi-bərəkət, əmin-amanlıq və gözəl günlər nəsib etsin. Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Hər zaman var olun, sağlam olun, üzünüzdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın! Yeni yaşınız uğurlu və düşərli olsun!” Seymur ƏLİYEV

Hamısını oxu
Veteranlara sosial müdafiəsi daha da gücləndiriləcəkdir

  Azərbaycanda  bütün qəbildən olan veteranlar, xüsusilə müharibə əlilləri və veteranları yüksək dövlət qayğısı ilə əhatə edilmişlər. Ümummilli lider Heydər Əliyevin əsasını qoydulğu bu siyasət hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin həyata keçirilməsində bütün dövlət orqanları və ictimai təşkilatlar əlaqəli şəkildə fəaliyyət göstərməklə, üzərlərinə düşən çox mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Qeyd olunan istiqamətdə Respublika Veteranlar Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə qarşılıqlı fəaliyyəti xüsusi qeyd edilə bilər. Belə ki, son illər bu təşkilatlar arasındakı əməkdaşlıq əlaqələri daha da genişlənmiş, uğurlar xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, veteranların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranmış, onların sağlamlığının bərpası üçün sanatoriya və istirahət evlərinə verilən güzəştli putyovkaların sayı artmışdır. Dünən Respublika Veteranlar Təşkilatının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinin ilə birgə görüşündə veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi, xüsusi ilə 1941-1945-ci ilər Böyük Vətən Müharibəsi iştirakçılarının və kimsəsiz veteranların sosial problemlərinin operativ həlli məsələləri müzakirə olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili S.Mehbalıyev və Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik C.Xəlilov veteranların dövlət qayğısı ilə əhatə edilmələrini, onların ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduqlarını bir daha vurğulamışlar. Görüşün sonunda Həmkarlar İttifaqı fəallarına Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteranların Qayğıkeşi” diplomu, “Veteran Həmrəyliyi” və “General Səməd bəy Mehmandarov” yubiley medalları təqdim olunmuşdur.

Hamısını oxu