Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! İsmayıl İsmayılov.

Onların fədakarlıqları gələcək nəsillər üçün təkcə bir tarix deyil, həm də hər birimizin vicdanında bir alov kimi yanır

1939-1945-ci illər İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqı, həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də strateji mövqeyi ilə müharibədə əhəmiyyətli rol oynamışdır. Azərbaycan Xəzər dənizinin cənubunda yerləşdiyinə görə müharibə dövründə həm iqtisadi, həm də hərbi baxımdan mühüm bir əhəmiyyət kəsb etmişdir. Sovet Ordusunda xidmətləri zamanı qəhrəmanlıqları ilə xüsusi seçilmişlər.  
Azərbaycanın müxtəlif bölgələrindən minlərlə gənc Sovet ordusuna çağırılmış və Böyük Vətən Müharibəsi (1941-1945) cəbhələrində döyüşmüşdür. Azərbaycanlı döyüşçülər xüsusilə müharibənin ilk günlərində Sovet İttifaqının müdafiəsini təmin etmək üçün çox önəmli rol oynamışdırlar. Onlar həm ön, həm də arxa cəbhədə fəal iştirak etmişdilər. Müharibə bitdikdən sonra çoxsaylı soydaşımız Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqının ordenləri və medalları ilə təltif olunmuşdur. Bu dövrün qəhrəmanları yalnız Sovet İttifaqı tarixində deyil, həm də Azərbaycanın müstəqillik və milli kimlik tarixində mühüm yer tutur. Bu qəhrəmanlardan biri də “Qırmızı Ulduz” ordenli leytenant İsmayıl İsmayılovdur. 
İsmayıl İsmayılov 21 dekabr 1916-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1933-cü ildə orta məktəbi bitirmiş, daha sonra təhsilini Şuşa şəhərində davam etdirmişdir. 1937-ci ildə təhsilini başa vurduqdan sonra İsmayıl İsmayılov Qubadlı rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. Həmin dövrün sakinləri onu igid, qorxmaz və ziyalı bir insan kimi tanımışlardır.
İkinci Dünya Müharibəsi başlayanda İsmayıl İsmayılov könüllü olaraq cəbhəyə yola düşmüşdür. İlk vaxtlar Sovet ordusunun tərkibində İranda olmuşdur. Orada hərbi təlimlər keçdikdən sonra kiçik leytenant kimi ön cəhbəyə yola düşmüşdür. Sovet ordusunun 274-cü atıcı alayın 4-cü atıcı rotasının vzvod komandiri olan leytenant İsmayıl İsmayılov cəhbənin müxtəlif istiqamətlərində qəhrəmanlıq göstərmiş və göstərdiyi igidliyə görə bir çox mükafatlarla təltif olunmuşdur. 
14 fevral 1945-ci ildə ona “Qırmızı Ulduz” ordeni verilmişdir. Leytenant İsmayıl İsmayılov Slovakiyanın azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fədakarlıq göstərmişdir. O, 5 mart 1945-ci ildə Makulaş şəhəri yaxınlığındakı Poludzka kəndi ərazisində döyüşərkən ağır yaralanmışdır. Bu döyüşlər İkinci Dünya Müharibəsinin son mərhələlərində Sovet Ordusunun Almaniya ilə mübarizədə qazandığı əhəmiyyətli qələbələrdən birini təşkil edirdi. O, aldığı yaradan sonra 66-cı Tibbi sanitar Batalyonuna aparılmasına baxmayaraq aldığı güllə yarasından həlak olmuşdur. Leytenant İsmayıl İsmayılov Slovakiya Respublikasında Sovet Hərbi qəbristanlığında dəfn edilmişdir. İsmayıl İsmayılov və digər döyüş yoldaşlarının dəfn olunduğu bu məzarlıq onların xatirəsinin yad edilməsi və hörmətlə anılması üçün xüsusi bir məkana cevrilib. Bu cür qəhrəmanlar həm öz doğma torpağında, həm də döyüşdükləri yerlərdə əbədi olaraq xatırlanır.
“Qırmızı Ulduz” ordenli leytenant İsmayıl İsmayılovun xatirəsi çox dəyərli və əzizdir. O, öz qəhrəmanlığı, igidliyi ilə xalqın yaddaşında əbədi qalacaq. Əlbəttə ki, Azərbaycan xalqı qəhrəman, cəsur oğulları heç vaxt unutmur və onların göstərdiyi igidlik, fədakarlıq və vətənə sevgisi hər zaman yaddaşlarda yaşayır. Onlar təkcə döyüş meydanında deyil, həm də xalqın ruhunda, tarixin hər bir səhifəsində əbədi izlər buraxmışdır. 
           Qəhrəmanlarımızın xatirəsi daim qorunur. Onların müharibələrdəki qəhrəmanlıqları, müstəqillik uğrunda apardıqları mübarizə, vətənə olan bağlılıqları gələcək nəsillərə nümunə olaraq qalacaq. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Gəncə, Şəki, Lənkaran və digər şəhərlərdə qəhrəmanlarımızın şərəfinə abidələr ucaldılıb, xatirə lövhələri və memorial komplekslər yaradılıb. Bundan əlavə hər il 9 May - Böyük Vətən Müharibəsinin Qələbə günü Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Onların fədakarlıqları gələcək nəsillər üçün təkcə bir tarix deyil, həm də hər birimizin vicdanında bir alov kimi yanır.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-03-04 10:45:45
3643 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı 100 yaşlı üzvünü təbrik edib

Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı  Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir:   “Hörmətli Əli müəllim.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz.   Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz.  Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz.   Hörmətli Əli müəllim,   Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.  

Hamısını oxu
Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir. -Mənim adın Yevgenidir, “Pervıy kanal”ın müxbiriyəm. Çox sağ olun. Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun. -İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq”, - bu, Sizin sözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil – “Bir qarış belə torpağı verməyəcəyik”. Beləliklə, qeyri-müəyyənliyə gedən yol alınır. Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir? -İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər. -Bir həftədən çoxdur döyüşlər gedir və istər bir tərəfin, istərsə də digər tərəfin yaydığı videolardan aydın görünür ki, döyüşlər intensiv, itkilər çox ağırdır. Siz Azərbaycan tərəfindən həmin rəqəmləri göstərə bilərsinizmi? -Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizim tərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır. Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər. -Hərbi itkilər barədə danışmaq olarmı? -Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir. Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının fəal fazası başa çatandan sonra məlumat veriləcək. -Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır? - Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk. Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır. -Siz Avropa ölkələri barədə danışdınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər? -Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib. -Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq? -Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədə demişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldə ediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, - azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Erməni cəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhv etmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndən sonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizli deyil, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. “Dağlıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bu günlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik. -İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz? -Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur. Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar. -Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə, konfiqurasiya necə ola bilər? -Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər. Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələ bilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik və bunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. -Müsahibəyə və ətraflı cavablara görə çox sağ olun.

Hamısını oxu
Bu gün Cəlil Xəlilov kimi şərəfli yol keçmiş müharibə veteranları gənc nəsilin hərbi vətənpərvərlik ruhunda böyüməsində örnəkdirlər

     Mən ehtiyatda olan zabit kimi, son günlər cumhuriyyet.az saytında şərəfli yol keçmiş Əfqanıstan, Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələri və Təhlükəsizlik orqanları veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilova qarşı ədalətsiz və böhtan xatakterli yazılara münasibət bildirərək demək istəyirəm ki, şərəfli döyüş yolu keçmiş vətənpərvər bir zabitə qarşı, həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatların yayılmasından böyük təssüf hissi keçirirəm.          Xatrlatmaq istəyirəm ki, mən 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Əfqanistanın Bədəxşah viləyyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda  iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəsdəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla  tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəsdəsində xidmət edən sərhədçi  həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi xarakterezə edərək təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirak edərək gösdərdiyi igidliyi və sücayəti haqqında eşidikdə onunla qürur duydum.        Sovetlər birliyi dağıldıqdan sonra, Cəlil Xəlilov da 1991-ci ildə könüllü olaraq vətənnə dönərək keçmiş döyüşçü zabit kimi Azərbaycan Republikası təhlükəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaranmasında yaxından iştirak etdi. Cəlil Xəlilov müxtəlif, yüksək vəzifələrdə xidmət göstərərək Azərbaycan Republikası Silahlı Qüvvələrinin tərkibində bu qoşun növünün formalaşmasında bilik və bacarığını əsirgəməmişdir.      1993-cü ildə Lənkaran şəhərində Əlikram Hümbətovun başçılığı altında Talış-Muğan Respublikası kimi qondarma qurumun yaradılması cəhdlərinin qarşısının alınmasında, qiyamın yatırılmasında Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi Cəlil Xəlilovun xüsusi rolu olmuşdur. O, Əlikram Hümbətovun bandasının və özünün tərkisilah edillərək həbs olunması əməliyyatına bilavasitə rəhbərlik edən şəxslərdən biri olmuşdur. Mən o vaxt Talış Muğan separatçılarına qarşı keçirilmiş əməliyatda mayor Cəlil Xəlilovun dövlətçiliyə göstərdiyi dəyərli və əvvəzsiz xidmətlər barədə Azərbaycan Republikası Milli Təhlükəsizlik Nazirliyinə raportla məlumat vermişdim.        Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi vətənimiz uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, Böyük Vətən Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsinin veteranlarına diqqət və qayğı ilə yanaşaraq, veteranların hörmətini qazanmışdır.       Cəlil Xəlilov xarici ölkələrdə keçirilmiş Beynəxalq tədbirlərdə Respublika Veteranlar Təşkilatını təmsil edərək, erməni separatçılarına qarşı çəkinmədən çıxışlar etmiş, tarixi faktlarla Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırmışdır.      Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində, ölkədə Veteran Hərəkatının genişlənməsində və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında yaxından iştirak edən ən fəal veteranımızdan biridir.            Ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Resublikası Sərhəd Qoşunlarında və Azərbaycan Silahli Qüvvələrindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək döyüş medalları və Fəxri Fərmanlarla təltif olunmuşdur.   Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvələrinin Veteranları, ehtiyatda olan hərbiçilər və keçmiş döyüşçülərlə birlikdə Azərbaycan Resublikası Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər an səfərbər olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda yenidən döyüşlərə qatılmağa hazır olan vətənpərvər zabitlərimizdn biridir.         Şərəfli ömür yolu keçmiş və Vətənə bu gün də layiqincə xidmət edən, ehtiyatda olan polkovnik Cəlil Xəlilov kimi döyüşçü veteranlarımız gənc nəsilin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında həmişə örnəkdirlər.      SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri əməkdaşı, Əfqanıstan, Qarabağ müharibələri, Müstəqil Dövlətlər Birliyinin Döyüş əməliyyatları, Azərbaycan Republikası Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov.   

Hamısını oxu
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

Şənbə günü Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının müddətdən artıq xidmət edən hərbçisinin cəsədi kirayə qaldığı mənzildə aşkarlanıb.    Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib.    Qeyd edilib ki, hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən Rusiya hərbçisinin ölüm səbəbi araşdırılır: "4 iyul 2020-ci il tarixində hərbi hissənin ərazisindən kənarda - Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının müqavilə əsasında xidmət edən hərbçisinin yaşadığı kirayə mənzildə cəsədi aşkarlanıb. Meyitin üzərində zorakı əlamətlər tapılmayıb. İlkin məlumatlara görə, hərbçinin ölümünə səbəb səhhətilə bağlı olub”.   Hadisənin xidmət vaxtından sonra baş verdiyi bildirilib.   Xatırladaq ki,  Rusiyaya məxsus sözügedən hərbi baza 1995-ci ildən Ermənistanda yerləşdirilib. 2010-cu ildə bazanın daha 49 il Ermənistanda saxlanılması barədə razılıq əldə olunub. 

Hamısını oxu