Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dəmir yumruqla intiqamımızı aldıq

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsinin əvvəlindən başlamışdı. Onların müsəlmanlara qarşı özlərini təkəbbürlü aparmaları, milli və dini heysiyyətlərini açıq aşkar təhqir etmələri müşahidə olunurdu. 1917-ci ilin fevralından etibarən çar hakimiyyət orqanlarının ləğvindən istifadə edərək ermənilər gizli şəkildə silah anbarını ələ keçirdilər. Erməni və malakanlardan ibarət qarnizon təşkil etdilər, bu barədə yerli müsəlman Milli Şurasına və qəza komissiyasına məlumat vermədilər. Getdikcə Şamaxı şəhərində və ətraf kəndlərdə silahlanan ermənilər əvvəlcə özlərini müsəlmanlara elə göstərirdilər ki, guya onlara qarşı heç bir düşmənçilik hissi bəsləmirlər. Əslində isə hər şey tam əksinə idi. Belə ki, Cənubi Qafqazın müxtəlif ərzilərindən gizli şəkildə Mədrəsə kəndinə gələn erməni əsgərlərinin köməyinə əlavə olaraq martın əvvəlində Bakıdan bolşevik hakimiyyəti tərəfindən xeyli hərbi sursat, top və pulemyotlarla silahlanmış üç min erməni qoşun dəsətəsi göndərildi.

Şamaxı şəhəri 1918-ci il martın 18-də səhər tezdən güclü top atəşinə tutulmağa başlandı, şəhər cənub hissədən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Bu müsəlman əhali üçün gözlənilməz idi, çünki cəmi bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov müqəddəs Xaç və İncil qarşısında and içmişdilər ki, heç vaxt azərbaycanlılara qarşı silah işlətməyəcəklər, sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Lakin bu and bir gün sonra pozuldu. İlk olaraq Piran-Şirvan ərazisinə soxulan ermənilər müsəlman evlərini talan edib yandırır, mülki əhalini öldürürdülər. Yandırılan evlər arasında qəza müftisi Hüseynbəyovun, həmçinin Hacı Vahab Ələkbərovun, Şıxıyevlərin, Həsənovların, Veysovların, Məhərrəmovların və başqalarının mülkləri də var idi. Heç kimə aman verməyən daşnaklar insanları qəddarlıqla, işgəncə verərək qətlə yetirirdilər. 1918-ci ilin martın 18-də şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özününzün müqəddəs Həzrət Abbasınızı çağırın. Şamaxı şəhərindəki bu vəhşiliklər bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsini eşidən ermənilər və malakanlar Qozlu-çay malakan kəndinə çəkilirlər. Köməyə gələn qoşuna tanınmış ictimai-siyasi xadim, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov başçılıq ediridi. Dörd gün sonra qüvvələrin qeyri bərabər olması səbəbindən azərbaycanlı silahlı dəstələr şəhərdən çıxmağa məcbur olurlar və demək olar ki, müsəlman əhalinin böyük hissəsi də şəhəri tərk edir. Ancaq bu proses çox tələsik olduğuna görə əhalinin bir hissəsi şəhərdə qalır. Bir neçə gün sonra yenidən erməni və malakan quldur birləşmələri  ikinci dəfə şəhəri ələ keçirirlər. Bu dəfə talanların, əhaliyə divan tutulmasının daha böyük qəddarlıq və qanişənliklə törədilməsi müşahidə olunurdu. Şəhərin azərbaycanlı əhalisi tamamilə məhv edilmiş, əmlakları qarət edilmiş, bütün müqəddəs yerlər, 13 məsçid, o cümlədən 800 illik tarixi olan Cümə məsçidi yandırılmışdı. Ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri nüfuzlu insanlar içərisində axund Hacı Cəfərqulu (xilas olmaq üçün onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqlarla birlikdə), şəhər hakimi Teymur bəy Xudaverdov, eləcə də Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Mir İbrahim Seyidov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Əbdürrəhim ağa Ağalarov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Məhiyyədin Əfəndizadə və bir çox başqaları var idi.

Şamaxıya hər iki hücum Daşnaksutyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Soyqırım əməliyyatlarına daşnak cəllad Stepan Şaumyanın xeyir duası ilə Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Armenak Matirosyants, Aleksandr Xaçaturov və başqa vandallar rəhbərlik etmişdir. Şamaxı qəzasının azərbaycanlı əhalisinə 1 milyard rubldan çox ziyan dəymişdir, qəzanın 86-dan çox kəndi erməni daşmaklarının hücumlarına məruz qalmışdır. Xüsusilə Əngərxan, Mərzəndiyyə, Quşçu, Sündü, Dilman, Kalva, Ərəbqədim, Nəvahi, Qubalı Baloğlan, Təkəli, Yəhyalı, Bağırlı, Ağsu, Müci, Naburda soyqırıma məruz qalanların sayı çox olmuşdur. Ümumilikdə ermənilər tərəfindən 10000-dən şox azərbaycanlı qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir. Beləliklə 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən dəhşətli hadisələr bunun ən qatı soyqırım cinayəti olduğunu sübut edir.

Əsrin əvvəlində erməni daşnakları Şamaxı qəzasında və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Ancaq 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında şanlı ordumuz ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşib erməni vandallarını darmadağın edərək işğal olunan Qarabağ torpaqlarını azad etdi, əsrin əvvəli və sonunda günahsız olaraq öldürülən soyqırım qurbanlarının intiqamını aldı.

Rasim Nazimoğlu

AMK nəzdində MK-in və ADİU (UNEC) nəzdində QSK-in müəllimi
Tarix və siyasi elmlər üzrə araşdırmaçı

       

2025-03-31 21:08:18
1237 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb. Görüşdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən müharibəsində bu qəhrəmanlığın gənclər tərəfindən təkrarlandığını, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğaldakı torpaqları azad etdiyini bildirib.   Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanı təbrik edən Səmyar Abdullayev, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi təqdim edib, veteranlarla qürur duyduğunu, onların qəhrəmanlıq tariximizin bir hissəsi olduğunu vurğulayıb.   Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
AR Dövlət Təhlükəsuzlik Xidmətinin rəisi cənab general-polkovnuk Əli Nağıyeva

Hamısını oxu
Polkovnik: Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə “Envoy” jurnalına müsahibəsində söyləyib. Xarici siyasət idarəsinin sözçüsü vurğulayıb ki, beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib. Onun sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır: “Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”. Qeyd edək ki, “Envoy” BMT-nin nəşr etdiyi jurnaldır.     Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Sherg.az”a bildirib ki, Ermənistanın sülhlə bağlı müsbət qərarı yoxdur:   “Ona görə də bir tərəfdən sülhə hazır olduğunu dilə gətirir, digər yandan isə mina xəritələrini Azərbaycana təhvil vermir. Eyni zamanda Ermənistan sərhəddə tez-tez atəşkəsi pozur, xarici dövlətlərdən silah-sursat tədarükünə davam edir, müqavilələr bağlayır və təlimlər həyata keçirir. Lakin Ermənistan başa düşməlidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində  göstərdiyi gücü hər an təkrarlamağa hazırdır. Beynəlxalq təşkilatlar da mina xəritələriylə bağlı Ermənistana təzyiq göstərməlidir. Lakin beynəlxalq təşkilatların bəziləri mina təmizləmək üçün  Azərbaycandan daha çox Ermənistana yardım ayırırlar. Xarici dövlətlərə sual verən yoxdur ki, niyə Ermənistanın ərazisində mina basdırılmadığı halda onlara daha çox maliyyə yönləndirilir?”.    Ekspert söyləyib ki,  Ermənistan tərəfindən minalar basdırılan zaman o qədər qurumlar iştirak edib ki, bəlkə də özlərində heç xəritələr yoxdur: “Məsələn, mina basdıran hərbiçilərin çoxu savaşda həlak oldu və bəziləri dəyişdirildi. Həmçinin, Azərbaycana qarşı olan qərəzlərinə görə mina xəritələrini gizlədə və yaxud yandıra da bilərlər. Təbii ki, hər bir halda Ermənistanın ərazisində mina olmadığı halda bu qədər maliyyənin ayrılmasının hansı əsasla yerinə yetirildiyini dair Azərbaycan beynəlxalq təşkilatlar qarşısında tələb qoymalıdır. Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib. Ermənistan torpaqlarında isə heç bir mina basdırılmayıb”.  

Hamısını oxu
“Şəhidlərimiz canları və qanları bahasına xalqımızın yenilməz olduğunu sübut etdi”

Talıb Əliyev: “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür” “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib, məhz 27 sentyabr tarixində ayağa qalxan Azərbaycan xalqı qəhrəman ordusunun və Ali Baş Komandanının fədakarlığı sayəsində tarixi zəfərə imza atdı, dünya hərb tarixində yeni bir səhifə açdı: “27 sentyabr sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi baxımından son dərəcə əlamətdar gündür. Çünki məhz bu tarixi gündə Azərbaycan xalqı 30 illik erməni işğalına son qoymaq üçün qəti şəkildə ayağa qalxdı, qanlı hərb meydanında öz haqqının axtarışına çıxdı. Azərbaycan xalqı öz qəhrəman ordusu və yenilməz Ali Baş Komandanı sayəsində düşmənə, onun havadarlarına, eləcə də bütün dünyaya sübut etdi ki, onu yenmək, onun haqqını qəsb etmək, torpağını əsarətdə saxlamaq mümkün deyil. Azərbaycan xalqı həm də onu sübut etdi ki, o, zəngin mənəvi dəyərlər malikdir və bu cür dəyərlər malik xalqa zor gücünə nəyisə diktə etmək imkansızdır. Bu baxımdan əminliklə demək olar ki,  27 sentyabr Azərbaycanm xalqının özünütəsdiq günüdür. Azərbaycan xalqı 30 ildən sonra öz haqqı ilə yanaşı, həm də qürurunu, vüqarını bərpa etdi, mənəvi baxımdan yeni bir zənginliyə qovuşdu”. Talıb Əliyev bildirib ki, əldə edilən bu tarixi zəfərə görə ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq: “Təbii ki, müharibə həm də şəhid, göz yaşı, itki deməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı üç minə nəfərə qədər şəhid verdi, minlərlə qazimiz sağlamlığını itirdi. Mülki vətəndaşlarımız arasında da şəhidlər oldu. Lakin bütün bu itkilər Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə, Ordumuz şəhdilərimizin qısasını döyüş meydanında aldı. Qəhrəman şəhidlərimiz, qazilərimiz həyatları, canları və qanları bahasına mənfur düşməni tarixi torpaqlarımızdan qovmaqla yenidən o torpaqlara azadlıq bəxş etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş yenidənqurma işləri həyata keçirilməkdədir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlərin qayıdışı təmin olunub. Gələn il biz Qarabağa yön alan daha böyük köçlərə şahidlik edəcəyik. Və heç vaxt unutmayacağıq ki, bütün bunlara görə müqəddəs şəhidlərimizə, onların qəhrəmanlığına borcluyuq. Şəhidlərimizə rəhmət diləyir, vətənimizə əbədi sülh və firavanlıq arzulayıram!” Seymur ƏLİYEV    

Hamısını oxu