Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı – İsrafil Məmmədov!

İsrafil Məmmədov 1919-cu ildə martın 16 – da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açıb.

İsrafil Məmmədov 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Lenin” ordeni və “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülüb.

O, birinci dəfə Gəncəyə gələndə bütün şəhər sakinləri  onu qarşılayıb. Bədənində 60-dan çox qəlpə yarası olub.Yenidən cəbhəyə  qayıtmasına icazə verilməməsinə baxmayaraq, o, ciddi israrlarla yenidən cəbhəyə qayıdıb.

Müharibə qurtardıqdan sonra,1946-cı ildə onun yarası  ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da, elə həmin günün səhəri orada vəfat edib.

Nəşinin Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə göndərilib. O vaxt Bakıda dəfn olnmasını  Gəncə ziyallıları istəməyib. Onlar qəhrəmanın doğma şəhərlərində dəfn olunmasını istəyiblər.  Sovet rəhbərliyi də bu təklifə etiraz etməyib.

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Gəncənin mərkəzi yerlərindən olan Xan bağında dəfn edilib. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat , onun döyüş yolunu və həyatını əks etdirən 161 ədəd fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi  əşyaları sərgilənir.

Hazırda qəhrəmanın doğulduğu Şəmkir rayonunun Qapanlı kəndində büstü ucaldılmışdır. Qapanlı kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır.

2025-04-03 11:35:32
3630 baxış

Digər xəbərlər

“III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir”

“III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir”.Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan III Şuşa Qlobal Media Forumu ilə öz haqq səsini, ədalət simasını bir daha dünyaya nümayiş etdirdi:“III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixi önəmə, siyasi əhəmiyyətə malikdir. Bu Forum hər şeydən öncə dövlətimizin, onun Prezidenti möhtərəm İlham Əliyevin timsalında ədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır.Prezident İlham Əliyevin Forum çərçivəsində ən müxtəlif məsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalq hüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yer aldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyub saxladığını bri daha sübut etdi.Təkcə bir faktı qeyd edək ki, dövlət başçısı Ukrayna xalqına işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sona qədər davam etdirməyi tövsiyə etdi. Öz fikirlərini əsaslandırmaq üçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müahribəsini xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, Azərbaycan xalqı öz mübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlham Əliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşı mübarizəni davam etdirməyi tövsiyə etdi”.Polkovnik Cəlil Xəlilov dövlət başçısının AZAL təyyarəsi ilə bağlı ortaya qoyduğu mövqeyin də mühüm mətləblərdən xəbər verdiyini vuğuladı:“Prezident İlham Əliyev Forumda Rusiya səmasında vurulan AZAL təyyarəsi ilə bağlı da dövlətimizin gözləntisini aydın şəkildə ortaya qoydu. Prezident qeyd etdi ki, təyyarə vurulub və onun qəza enişi etməsinə səbəb də məhz bu olub. Bu səbəbdən də dövlət başçısı Rusiyanı baş verənləri etiraf etməyə, günahkarları cəzalandırmağa səslədi. Habelə, bildirdi ki, Rusiya öz günahını etiraf etməklə yanaşı, zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir. Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan artıq baş verənlərlə bağlı beynəlxaqlq instansiyalara müraciət etməyə hazırlaşır və sona qədər öz mübarizəsini davam etdirəcək.Prezidentimizin AZAL təyyarəsi ilə bağlı sərgilədiyi bu mövqe dövlət başçısının Azərbaycanın maraqlarını necə böyük qətiyyətlə qoruduğunu, milli maraqlarımıza necə dərindən sadiqlik göstərdiyini sübut edir. Bu fakt bir daha sbut edir ki, Azərbaycan dövləti, onun Prezidenti xalqımızın maarqlarını qorumaq üçün dünyanın ən güclü dövlətləri ilə də mübarizə aparmaqdan, öz mövqeyini cəsarətlə ortaya qoymaqdan çəkinmir və bundan sonra da çəkinməyəcək”.Prezidentin Azərbaycan jurnalistlərinin əməyini yüksək qiyətləndirdiyinə diqqət çəkən təşkilat sədri, milli mətbuatın bundan sonra da dezinformasiaylara qarşı mübarizədə aktiv rol oynayacağına inamını ifadə edib:“Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminə diqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərin əməyini də yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiayların qarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib və böyük uğurlar əldə edib. Medianızın lazım gələndə, həm də hücum strategiyasə sərgilədiyini bildirən Prezident İlham Əliyev, bundan sonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminində jurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğulayıb.Onu da qeyd edək ki, Azərbaycan mediasının dövlərt maraqlarımızın müdafiəsində rolu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən də yüksək qiymətləndirildi.Hesab edirəm ki, bu, mediamıza, jurnalsitlərimizə, onların əməyinə göstərilən böyük ehtiramdır.Onu da qeyd edək ki, istər Vətən müharibəsi, istərsə də post-müharibə dönəmində Prezident İlham Əliyevin mediaya verdiyi müsahibələr də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm rol oynamış və bu gün də oynmaqdadır. Dövlət başçısının rəhbərliyi altında hörmətli Hikmət Hacıyevin də media ilə əməkdaşlığı, verdiyi müsahibə və açıqlamalar dövlətimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda yayılmasında əhəmiyyətli rol oynayır. Xarici KİV və diplomatların işğaldan azad edilən ərazilərə mütəmadi təşkil edilən səfərləri də imkan verir ki, onlar erməni faşizminin vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərazilərdə apardığı böyük quruculuq işlərini bilavasitə müşahdi etsinlər.İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizin maraqlarını qətiyyətlə qorumaqda davam edəcək, dövlətimizin, Prezident İlham Əliyevin ona olan etimadını bundan sonra da əzmlə doğruldacaq.Mən 22 iyul – Milli Mətbuat günü ilə bağlı jurnalistlərimizi də təbrik edir, onlara uğurlar, müvəffəqiyyətlər arzulayıram”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını doğum günü və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Sabir müəllim! Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli təltif Sizin ana dilimizin, milli kimliyimizin və vətənpərvərlik ideyalarının təbliğinə həsr etdiyiniz yaradıcılıq yoluna və dövlətçiliyimizə olan sonsuz sədaqətinizə verilən ən yüksək qiymətdir. Veteranlarımız adından Sizə ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.  

Hamısını oxu
“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı keçirilib

Son 4  ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında  keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki,  kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir.      Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən  məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”.  Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü  Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı.  Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın  Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki,  tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.    

Hamısını oxu
Yeni dünya nizamı və Azərbaycanın orta güc statusu

Hamısını oxu