Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib

10 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusunda konfrans keçirilib.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, 1941-1945-ci illər II Dünya Müharibəsində həlak olanların və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycanın İkinci Dünya Savaşında rolu” mövzusuna həsr edilmiş konfransı açıq elan edərək xalqımızın faşizm üzərindəki qələbəyə verdiyi tarixi töhfədən danışıb.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə insan resursları ilə yanaşı, həm də zəngin enerji resursları ilə iştirak edib, qələbənin əldə edilməsində həlledici rol oynayıb:

“İkinci Dünya müharibəsi öz miqyasına görə bəşər tarixinin ən böyük, ən dəhşətli müharibəsi olub. Bu müharibədə Azərbaycan yalnız vuruşan bir xalq olmadı o, həm də zəfərin əsas təminatçılarından biri oldu. Bakı Sovet İttifaqının neft mənbələrini təmin edərək müharibənin iqtisadi dayağını təşkil etdi. Müharibə dövründə Azərbaycanın neft yataqları Sovet İttifaqının silahlanmasını və hərbi əməliyyatlarını dəstəkləyərək döyüşlərin gedişatına böyük təsir göstərdi. Həmçinin Azərbaycandan olan minlərlə əsgər, tankçı, atıcı, pilot, həkim cəbhə xəttində öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Onların qəhrəmanlığı və cəsarəti döyüşlərdə verdikləri mübarizənin nəticəsi olaraq Zəfərin qazanılmasına böyük töhfə verdi.

İkinci Dünya Müharibəsində Azərbaycan xalqı yalnız döyüş meydanlarında deyil, həm də cəmiyyətin bir çox sahəsində öz fədakarlıqlarını göstərdilər. Onlar yaşadığı torpağı, evini, millətini qorumaq uğrunda əzmlə mübarizə apardılar. Azərbaycanın hər bir şəhərindən, kəndindən, hər bir evindən bir müharibə qəhrəmanı yetişdi.  Onlara nümunə kimi general-mayor Həzi Aslanov,  Mixaylo” adı ilə tanınan əfsanəvi Mehdi Hüseynzadə, Ziya Bünyadov və başqalarını göstərə bilərik. Qəhrəmanlarımızın şücaətləri yalnız Sovet İttifaqının deyil, bütün dünyanın qəlbində özünə bir yer tapdı. Onların adı əbədiləşdirildi və şərəflərinə çoxsaylı abidələr ucaldıldı. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Bu gün bu qəhrəmanların ruhu böyük mübarizənin hüzurunda Zəfər çaldığı torpaqlarda sükunət tapır. Çünki onların əzmi hər bir azərbaycanlının qəlbində ölümsüz bir atəş kimi yanır. Onların göstərdiyi fədakarlıq sayəsində biz bu gün burada - azad Azərbaycan torpağında müstəqil bir xalq olaraq başımız uca yaşayırıq. Bizə həyat, şücaət və məğlubedilməz bir ruh bəxş edən bu qəhrəmanları unutmaq mümkün deyildir”.

 Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri,  millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov, filologiya elmləri doktoru Şərəf Cəlili, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun qardaşı oğlu Araz Kazımov, uşaqları alman faşistlərinin əsirliyindən azad etmək üçün alman generalını əsir götürmüş Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə verdiyi töhfəyə diqqət çəkiblər. Natiqlər qeyd ediblər ki, Azərbaycan gəcnləri babalarının İkinci Dünya müharibəsindəki qəhrəmanlıq ənənələrini davam etdirərək 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atmış, bununla da ərazi bütövlüyümüzü təmin etmişdir.

Konfransda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, Rəyasət Heyətinin üzvü professor İmran Əbilov, Müdafiə Nazirliyinin nümayəndəsi, Rəyasət Heyətinin üzvü polkovnik Elvin Əzizov, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri, Müdafiə Nazirliyinin nəzdində olan hərbi təhsil müəssisələrinin nümayəndələri, şəhər veteran təşkilatlarının sədrləri və üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransın sonunda xatirə şəkli çəkilib.

 

2025-04-10 14:16:57
3088 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında 9 may Qələbə günü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. RVT–nin inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlvə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında  o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Sonra veteranlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Hərbi orkestrin ifasında Respublika Veteranlar Təşkilatının Qələbənin 72 illik yubileyi münasibəti ilə hazırladığı sözləri Zəminə Xınalıya, musiqisi Şahin Musaoğluna aid “Veteranlar Marşı”  və digər musiqilər səslənmişdir. Sonda veteranlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib.  İclası açıq elan edən Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov 2026-cı ildə görülməsi nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Daha sonra müzakirəyə çıxarılan iş planını iştirakçılara təqdim edilib, planla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib. Sonda Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla Təşkilatın 2026-cı il üçün iş planı təsdiq edilib.  

Hamısını oxu
“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”

Cəlil Xəlilov: “Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır” “İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın mülki infrastrukturunun heç bir əsas olmadan hücuma məruz qalması İranın ölkəmizə olan düşmən münasibətindən xəbər verir: “İranın Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi və riyakar mövqe sərgilədiyi heç kimə sirr deyil. Bunun ən bariz nümunəsi İranın Ermənistanın işğalçılıq siyasətinə qarşı heç vxt öz etiraz səsini qaldırmaması, əksinə, təcavüzkar rejimə dəstək verməsidir. Hamıya məlumdur ki, İran torpaqlarımız işğal altında olduğu müddətdə nəinki Ermənistanla bütün sahələrdə geniş əməkdaşlıq həyata keçirib, həm də işğaldakı kənd və şəhərlərimizin talanmasında, qarət edilməsində yaxından işitrak edib. Bütün bu faktlar İranın Azərbaycana olan gerçək münasibətini əks etdirir. Bu gün İran dronlarının Naxçıvana hücumu bir daha sübut edir ki, İranın Azərbaycana olan münasibəti dəyişməyib və bu münasibət hər zamankı kimi riyakar, hər zamankı kimi qərəzlidir. Bildiyiniz kimi, artıq İranın məlum addımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını keçirib, mühüm açıqlamalar verib. Dövlət başçısı haqlı olaraq İranın xain hücumunu namərdlik, nankorluq nümunəsi kimi xarakterizə edib. Dövlət başçısı eyni zamanda “Dəmir yumruq” faktorunu xatırladıb və bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarılıb. Bu baxımdan, İran Azərbaycana qarşı təxribatlara son qoymalı, Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır. Yaxşı olar ki, İran ona səmimi qonşuluq münasibəti bəsləyən dövlətlərə qarşı təxribatlar törədincə, hər qarışını raketlərlə şumlayan ABŞ-İsrail ordusunun hücumlarının qarşısını almaq haqqında düşünsün. Eyni zamanda unutmasın ki, yeni bir təxribata imza atacağı təqdirdə, Azərbaycan tərəfindən layiqli şəkildə cəzalanacaq, “qazancı” eynən Ermənistan kimi göz yaşı və peşmanlıq olacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov xüsusi dövlət mühafizəsi əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib

Bu münasibətlə Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xüsusi dövlət mühafizəsi əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:   “Peşə bayramı münasibəti ilə başda hörmətli general-polkovnik Bəylər Əyyubov olmaqla,  xüsusi dövlət mühafizəsi sahəsində çalışan bütün əməkdaşları təbrik edir, onlara xidməti fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.   Heç kimə sirr deyil ki, xüsusi dövlət mühafizəsi əməkdaşları müstəqilliyimizin ilk illərindən etibarən dövlət əhəmiyyətli strateji obyektlərin, o cümlədən dövlət rəhbərliyinin təhlükəsizliyini böyük uğurla təmin etmiş, onlara göstərilən etimadı tamamilə doğrultmuşdur. Vaxtı ilə Ulu öndər Heydər Əliyevin təhlükəsizliyini etibarlı şəkildə təmin edən xüsusi dövlət mühafizəsi əməkdaşları, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizliyini yüksək peşəkarlıqla qorumaqda, starateji obyektlərin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi dövlət mühafizəsi əməkdaşları 44 günlük Vətən müharibəsində də xüsusi səriştə və fədakarlıq nümunəsi ortaya qoymuş, xalqımız və dövlətimiz üçün çətin məqamda onlara tapşırılan hər bir işin öhdəsindən yüksək səviyyədə gələrək qələbəmizə böyük töhfə bəxş etmişdir. Bizim üçün qürurvericidir ki, onlar öz peşəkarlıqları, dövlətə, xalqa sədaqətləri ilə dünyadakı analoqları üçün də nümunə olmaqda, örnək təşkil etməkdədir.   Əminəm ki, bugünə qədər olduğu kimi bundan sonra da xüsusi dövlət mühafizəsi əməkdaşları onlara göstərilən etimadı doğruldacaq, dövlətimizin, onun rəhbərliyinin təhlükəsizliyini təmin etmək üçün heç bir fədakarlıqdan çəkinməyəcəkdir.   Peşə bayramınız mübarək olsun!”   Seymur ƏLİYEV

Hamısını oxu