Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 9 may - Qələbə Günü münasibətilə veteranlara təbriki.


Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatının Rəhbərliyi ilk öncə I Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Daha sonra “Benilüks” Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı, İstiqlal ordenli, 101 yaşlı Fatma Səttarova ilə görüş keçirmişdir. Görüş zamanı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən birgə və səmərəli əməkdaşlığa görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Cəlil Xəlilov fəxri fərmanla təltif edilmişdir. Eyni zamanda “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tərəfdaşlığı ilə Şəhid ailələri və Qazilərlə görüş keçirildi. Görüş zamanı 100-dən çox Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinə “Benilüks” Azərbaycanlıları Konqresinin dəstəyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə bayram sovqatları çatdırılmışdır.
Hamısını oxuAzərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib: “Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”. Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”. Seymur ƏLİYEV
Hamısını oxu
Tarix daha bir Türkiyə-Azərbaycan qardaşlığına şahidlik etdi, yeni bir dostluq və qardaşlıq dastanı yazıldı. Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində iştirak etməsi növbəti əlamətdar və tarixi hadisədir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. İki dövlətin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətləri uğurla inkişaf edir. Tərəflər arasında dünya miqyasında oxşarı olmayan nadir əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir. Prezident İlham Əliyevin "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", Prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir" fikirləri isə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığını ifadə edir. Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz–həmrəyliyimiz heç vaxt sarsılmayacaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan islahatlar bu qurumdakı şəffaflığı artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsinə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son illər bu qurumda aparılan islahatlar, həyata keçirilən yeniliklər artıq öz müsbət nəticəsini verməkdədir: “General-mayor Mürsəl İbrahimovun rəhbərliyi dövründə SHXÇDX-də fundanmental islahatların aparıldığı, qurum daxilində, eləcə də Xidmətlə vətəndaşlar arasındakı münasibətləri şəfaffaflaşdırmaq və sağlamlaşdırmaq istiqamətində mühüm addımların atıldığı göz önündədir. Bu addımlardan ən önəmlisi Xidmətdə çalışan və fəaliyyətində nöqsanlara yol verən, xüsusilə də rüşvətə bulaşan şəxslərin işdən azad edilməsi, məsuliyyətə cəlb olunmasıdır. Təkcə bir faktı qeyd edək ki, 2025-ci ildə SHXÇDX-nin 172 əməkdaşı məsuliyyətə cəlb olunub. Bu rəqəmin özü Xidmət daxilində aparılan islahatların necə böyük və miqyaslı olduğundan xəbər verir. Hazırda SHXÇDX-də aparılan təqdirəlayiq islahatlardan biri də bu qurumun neqativ hallara qarşı mübarizədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə geniş şəkildə əməkdaşlıq etməsidir. Bir məqamı da qeyd edim ki, SHXÇDX-də aşkarlanan neqativ hallarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdrəsinə bütün məlumatlar əksər hallarda elə Xidmətin özü tərəfindən verilir. Yəni SHXÇDX-i hər hansı bir bölmə və ya şöbədə ciddi neqativ hal aşkar edəndə, o zaman məsələyə hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına müraciət edir. Bundan sonra həmin şəxslərin əməllərinin araşdırılması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə desək, Xidmət hər hansı neqativ halın gizlədilməsində deyil, aşkarlanmasında, ictimaiyyiləşdirilməsində maraqlıdır və bu faktın özü SHXÇDX-nin şəffaflıq amilinə necə böyük önəm verdiyinin göstərir. Lakin təəssüf hissi ilə vurğulayıram ki, bəzi hallarda media və sosial mediada SHXÇDX-nin həyata keçirdiyi bu islahatlar tamam başqa konteksdə ictimaiyyətin diqqətinə çatdırılır, bəzi qüvvələr Xidmət rəhbərliyinin həyata keçirdiyi bu islahatlardan onun özünə qarşı istifadə etməyə çalışırlar. Məsələn, bugünlərdə SHXÇDX-də çalışan 8 vəzifəli şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu. Onların həbsinə səbəb isə həmin şəxslərin vətəndaşlardan rüşvət almasına əsaslı şübhələrin olması olub. Məlum həbslərdən sonra bəzi saytlarda SHXÇDX və onun rəhbərliyi ilə bağlı tənqidi yazılar üzə çıxdı ki, onların heç birinin məntiqi əsası yox idi. Çünki bu həbslərin özü SHXÇDX-nin neqativ hallara qarşı necə ciddi, necə prinsipial mübarizə apardığını göstərir. Hansı ki, buna görə Xidməti, onun rəhbərliyini tənqid etmək yox, alqışlamaq lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə biz media nümayəndələrinin SHXÇDX-dəki islahatlara daha obyektiv yanaşmasına şahid olacaq, cəmiyyət olaraq müsbət yenilikləri təqdir etməklə Xidmət rəhbərliyini daha böyük uğurlara həvəsləndirəcəyik. Unutmamalıyıq ki, Silahlı Qüvvələri insan resursu təmin edən SHXÇDX-dir. Bu isə o deməkdir ki, SHXÇDX nə qədər şəffaf, nə qədər sağlamdırsa, ordu da bir o qədər güclü, bir o qədər möhkəm, bir o qədər yenilməzdir”. Seymur ƏLİYEV
Hamısını oxu