Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, iş adamı Rafid Abışovun və təşkilatçı pedaqoq Əsəd Abbasovun iştirakı ilə şəhidlərin doğum günü - martın 29-da onların evlərinə gedib ailələrini ziyarət ediblər. Onlar əvvəlcə rayonun Uzuntəpə kəndində şəhid kəşfiyyatçı leytenant Rusif Kazımovun ailəsi ilə görüşüb, onun ev muzeyində olublar. Şəhidin yadigarı olan Nuran balası ilə xatirə şəkilləri çəkdiriblər. Veteran Təşkilatının üzvləri və qonaqlar daha sonra rayonun Alar kəndinə gedib 19 yaşlı şəhid Qasımov Rəşadın da doğum günündə iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hamısını oxu
Veteran .gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 fevral 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva və müavini, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni sələndirilib. Xocalı soyqırımının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən şerlər yer alıb. Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstəsi SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək XX əsin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədib: “İşğalçılar uşaqlara, qocalara, qadınlara aman verməmiş, hətta şəhid olanların meyitlərini təhqir etmişlər. Uzun sürən həsrətdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında erməni faşistlərinı torpaqlarımınzdan qovaraq haqq-ədaləti bərpa ediblər. İndi soydaşlarımız öz doğma ocaqlarına, yurd –yuvalarına qayıdıblar .Artıq Xocalıya da dönüş başlayıb. Mən çıxışımın sonunda uca Tanrıdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Daha sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Sentyabrın 28-də Böyük Vətən Müharibəsinin əfsanəvi veteranı, 95-ci Qvardiya atıcı diviziyasının tibb tağımının həkim-təlimçisi Mariya Mixaylovna Roxlinanın 98 yaşı tamam oldu. “Diaspornews.az” xəbər verir ki, Mariya Mixaylovnanı ad günü münasibətilə azərbaycanlılar adından evində təbrik etmək üçün “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov və təşkilatın üzvü İrina Silina gediblər. Əli Kazımov və İrina Silina Azərbaycanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və“Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin təbrik məktublarını oxuyublar. Təbriklərdə möhkəm cansağlığı, işlərində uğurlar arzuları səsləndirilib.Həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov onlayn olaraq da Mariya Mixaylovnanı ad günü münasibətilə təbrik ediblər.
Hamısını oxu
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.
Hamısını oxu