Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində akademik Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 19 may 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev muzeyini ziyarət edib. 

Polkovnik Cəlil Xəlilov akademik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoyub, böyük alimin xatirəsini ehtiramla yad edib.

Muzeyin direktoru Elvira İbrahimova polkovnik Cəlil Xəlilova muzeylə bağlı ətraflı məlumat verib, ziyarətçilərin akademik Yusif Məmmədəliyevin elmi fəalliyyətinə böyük maraq göstərdiyini bildirib.

Ev muzeyi ilə yaxından tanış olan polkovnik Cəlil Xəlilov muzeyin fəaliyyətinə uğurlar arzulayıb, xatirə kitabına ürək sözlərini yazıb.

Seymur ƏLİYEV

 

2025-05-23 11:11:44
3163 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatının üzvləri Vətən müharibəsi Qəhrəmanının məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev,  "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı,  şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib. Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Xatırladaq ki, şəhid kapitan  ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.  

Hamısını oxu
“Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”

Cəlil Xəlilov: “İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb”   “Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”.   Bunu saytımıza açıqlamasında Mharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, əslində Ermənistan nə işğal dönəmində, nə də müharibədən sonra sülh danışıqlarında səmimi olmayıb:   “Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra işğal faktorunu aradan qaldırmaq üçün uzunmüddətli diplomatik cəhdlər ortaya qoydu. Lakin 30 ilə yaxın müddətlə problemin sülh yoluyla həlli ilə bağlı rəsmi Bakının ortaya qoyduğu səylər səmərəsiz qaldı. İrəvan bu gün olduğu kimi, həmin dönəmdə də sülh danışıqlarında formal olaraq iştirak etdi. Problemin həlli üçün heç bir real səy, səmimi istək ortaya qoymadı.   Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün də eyni saxtakar siyasəti həyata keçirməkdədir. Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır, prosesi məqsədli olaraq yubadır. Bu əsnada, Ermənistan sürətlə silahla siyasəti həyata keçirməkdədir ki, bu da İrəvanın revanşist niyyətlərindən xəbər verir. Görünən odur ki, Ermənistan hələ də 44 günlük müharibənin dərslərindən lazımi nəticə çıxarmayıb və bu gün xam xəyallarla yaşamaqdadır”.   Polkovnik qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstəərn Avropa İttifaqının mülki missiyası da sülh prosesinə zərbə vurur, bölgədə gərginliyi artırır:   “Bəlli bir müddətdir ki, Ermənistan ərazisində Avropa İttifaqının monitorinq missiyası fəaliyyət göstərir. Bu missiyanın adı monitorinq missiyası olsa da, bu missiya faktiki olaraq təxribatla məşğuldur. Onlar mütəmadi şəkildə bizim mövqelərimizi müşahidə edir, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər.   Azərbaycan tərəfi dəfələrlə bununla bağlı öz narahatlığını dilə gətirib və bəyan edib ki, Ermənistan həqiqətən də bölgədə uzunmüddətli, etibarlı sülh istəyirsə, o zaman belə təxribatçı addımlardan çəkinməli, Avropa İttifaqı missiyasını sərhəddən yığışdırmalıdır. Ancaq Ermənistan dövlətimizin bu tələbini də yerinə yetirmək üçün konkret addımlar atmır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, sülh üçün əlavə maneələr yaradır”.   Cəlil Xəlilov qeyd edib ki, proseslərin bu şəkildə davam etməsi bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir:   “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan sülh üçün əməli addımlar atmalı, silahlanma siyasətindən imtina etməli, 10 Noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Nə qədər ki, bu baş vermir, nə qədər ki, Ermənistan sülhdən daha çox revanş haqqında düşünür, bölgədə sülh üçün təhdidlər qalmaqda davam edəcək.   Bununla yanaşı, Ermənistan bilməlidir ki, əgər havadarlarının fitnəsinə uyaraq regionda vəziyyəti gərginləşdirməkdə və yeni təxribatlartörətməkdə davam edərsə, bu, Azərbaycanı qəti və qabaqlayıcı addımlar atmağa vadar edəcək. Bunun isə Ermənistan üçün nəticələri son dərəcədə fəlakətli olacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı şəhid sərhədçilərin yaxınlarına və Dövlət Sərhəd Xidmətinin komandanlığına başsağlığı verib

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir.   Allah rəhmət eləsin!

Hamısını oxu
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatında Aprel döyüşlərinin ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları     Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları,şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 01 aprel 2026-cü il tarixində tədbir təşkil ediblər. Tədbir   Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatın akt zalında baş tutub. “Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı  tədbirdə  Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin   tələbə və müəllim heyəti iştirak edib. Tədbiri Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Tədbridən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Aprel döyüşlərinin  şəhidləri və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Çıxış etmək üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza  qələbə sevinci yaşatdı: “Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi –pisxoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü , xalqımızın birliyini, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel  döyüşləri Ermənistanın o zamana qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi”. Daha sonra Nəbi Hacıyev çıxış edib, Aprel döyüşləri ilə bağlı maraqlı faktlara diqqət çəkib. Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  tələbələri İsrafilov Elcan Fazil oğlu və Yusubzadə Cəsur Ravi oğlu Gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında və milli - mənəvi dəyərlərimizin təbliğindəki fəal iştirakına görə Respublika  Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundular. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu