Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Baku Network” analitik mərkəzinin “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə “Baku Network” mərkəzinin rəhbər şəxsləri, ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoru Sahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda, həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtı Parisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəl Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhid jurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb.

“Baku Network”ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləvi informasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrin nə olduğunu tam anlayanlar çox azdır: “Hibrid təhlükə sadəcə haker hücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək, deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükə özümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bunu nəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda, ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik. Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik”.

Öz növbəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, indiki zamanda şəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyaların formalaşması, xüsusən “Baku Network” kimi qurumların fəaliyyətinə böyük zərurət yaradır: “Bu layihənin ölkə üçün əhəmiyyətinin fərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir. Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılan materiallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyük nailiyyətdir”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdə gedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir:

“Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yeni texnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməklə yanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar daha genişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə bir şəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır”.

Daha sonra “Cümhuriyət” qəzetinin baş redaktoru, “Cebhe.info” xəbər portalının direktoru Rafail Becanov isə bildirib ki, layihə dövrümüzün aktual məsələləri istiqamətində fokuslanıb: “KİV, QHT-lər, sosial media platformaları belə bu məsələyə xüsusi diqqət ayırırlar. Müxtəlif mövzulu saxta informasiyaları yerləşdirib insanları manipulyasiya etmək mümkündür. Baş verənlər təkcə kibercinayətklarlıq deyil, bu, orduya, dövlət strukturlarına da təsir edir”.

Çıxışı zamanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayıb ki, tədbirdə qaldırılan mövzu müasir dünyada olduqca aktualdır: “Azərbaycan üçün isə bu üçqat aktuallıq kəsb edir. Biz dünya siyasi mərkəzlərinin diqqət mərkəzindəyik. Hibrid təhdidlərlə, informasiya savaşı ilə bağlı nə baş verirsə, müxtəlif ölkələrdə, bəlkə, komponentlərdən təkcə biri mövcuddur. Lakin onların hamısı birləşib Azərbaycanın üzərinə düşür. Ona görə də təhdidlərin yaxın vaxtlarda səngiyəcəyini gözləməməliyik”.

Tədbirdə həmçinin, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, tarixçi Yəhya Babanlı da çıxış edərək layihənin beynəlxalq miqyasda Azərbaycan üçün əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, “Baku Network” 2025-ci ilin mayından avqustun sonunadək “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” layihəsini həyata keçirəcək. Layihəyə dövlət qurumlarının dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.

Layihənin məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq reputasiyasına və strateji maraqlarına yönəlmiş informasiya-psixoloji hücumların (media kampaniyalar, dezinformasiya, ideoloji təsirlər və s.) mənbələrini aşkar etmək və onlar qarşısında sistemli yanaşma ilə zərərsizləşdirməkdir.

 

2025-07-26 11:29:34
2863 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndini işğaldan azad edib

Bakı, 4 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

9 may 2026-cı il tarixində  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət ediblər. Veteranlar məzar önünə əkil qoyub, Ulu Öndərin xairəsini ehtiram hissi ilə yad ediblər. Daha sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsini ziyarət edilib, abidə önünə əkil və gül dəstələri qoyulub. Ziyarətçilər qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədir polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsində Həzi Aslanovun göstərdiyi igidliklər bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə sərgilədiyi misilsiz qəhrəmanlıqlara bariz nümunədir. Veteranlar İkinci Dünya müharibəsində partizan dəstələrində faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Mehdi Hüseynzadənin xatirəsi ehtiramla yad edilib.

Hamısını oxu
Azərbaycan gəncliyi şərəf və ləyaqət simvoluna çevrilib

Hər bir cəmiyyətin, xalqın və ölkənin taleyində aparıcı – həlledici rol oynayan qüvvələrdən biri gənclərdir. Gənclik enerjisi quruculuğa yönləndiriləndə, onların potensialından zamanında, yerində və səmərəli istifadə olunanda rifah, inkişaf, firavanlıq əldə etmək, etibarlı gələcək inşa etmək mümkün olur. Azərbaycan xalqı da bu baxımdan şanslı və xoşbəxtdir. Çünki ölkəmizdə sağlam, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda gəncliyin formalaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət, qayğı göstərilir. Biz haqlı olaraq qeyd edirik ki, Ümummilli Liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Çünki O, qüdrətli dövlət yaratmağa müvəffəq olub, gələcəyin Azərbaycanını inşa edib, həmçinin xalqımızın, dövlətimizin sabahı olan sağlam gəncliyin formalaşması naminə misilsiz işlər görüb. Ümummilli Lider Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd etdiyimiz 2 Fevral – Gənclər Günü Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən elan edilib. Bu,  dahi şəxsiyyətin gəncliyin inkişafına xüsusi diqqətinin, tükənməz qayğısının göstəricisidir. Ulu Öndər gəncliyin inkişafı ilə əlaqədar çox mühüm fərman və sərəncamlar imzalayıb, ölkəmizdə müasır çağırışlara uyğun dövlət proqramları icra olunub. Müasir çağırışlara və reallıqlara əsaslanan bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bir çox layihə və proqramların reallaşdırılması gənclərin müxtəlif sahələrdə fəallığının artmasına, ölkəmizi beynəlxalq arenada layiqincə etməsinə geniş imkanlar yaradıb. Ən əsası, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən vəzifəni – Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Bu, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin böyük uğuru, xalqımızın isə qürur mənbəyidir. Əminliklə demək olar ki, Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi bundan sonra da Vətən – qalib və qüdrətli Azərbaycan naminə böyük nailiyyətlərə imza atacaq!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
“Prezidentin “təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”

Cəlil Xəlilov: “Bu şüar bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir”  “Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”.  Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir:  “Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir çox böyük həqiqəti ifadə edir. Vaxtiylə üzləşdiyimiz işğal problemi və bu problemdən öz hərbi gücümüz hesabına xilas olmağımız təhlükəsizliyimizin qarantının həqiqətən də yalnız özümüz olduğunu isbatladı. Prezidentimiz bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir kəs daha yada salmaqla, bundan sonra da güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi. “Təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç nə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamamlıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol daha güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”. Polkovnik vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə də diqqət çəkdi: “Prezident çıxışında Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlıükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır. Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - Prezidentimizin, dövlətimizin və Ordumuzun ətrafında sıx birləşməklə öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”. Seymur ƏLİYEV

Hamısını oxu