Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DSX sərhədlərimizin etibarlı mühafizəsinin qarantı, xalqımızın şərəf mənbəyidir

 

Heydər Əliyev: “Azərbaycanın Sərhəd

Qoşunlarında xidmət edən hər bir şəxs öz

 vəzifəsinin nə qədər məsuliyyətli   olduğunu dərk edir”

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan böyük bir quruma çevrilmişdir.

Bu gün Dövlət Sərhəd Xidmətində gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm işlər görülür.

Müstəqil  Azərbaycanın tarixində  şanlı iz buraxmış Sərhəd qoşunlarının yaranmasının  103-cü  il dönümünün ərəfəsindəyik.Jurnalist  olmasamda ildə bir dəfə Dövlət Sərhəd Xidməti haqqınada yazmağı özümə borc bilirəm. Sözsüz ki, Sərhəd Qoşunlarının formalaşmasında Heydər Əliyevin rolu müstəsna olmuşdur. Məhz onun rəhbərliyi altında Azərbaycanda Sərhəd Qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qorumağa başladılar. Xalqımızın ümummilli liderinin qərarı ilə Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyətə başladıqdan sonra bu istiqamətdə çox böyük müsbət dəyişikliklər baş verdi.DSX-nin Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıq və şücaət nümunələri Azərbaycanın tarixinə   salnamə kimi   yazıldı.  Bu gün Azərbaycan Sərhəd Qoşunları bütün yüksək standartlara cavab verir və ölkəmizin sərhədləri etibarlı şəkildə qoruyur.

DSX-nın tarixi çox qədimdir. DSX müxtəlif dönəmlərdə müxtəlif mərhələlərdən keçib. Bu gün DSX güclü maddi-texniki bazaya malikdir. Şəxsi heyətin keyfiyyətli xidmətini təmin etmək, habelə, onların asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb.

Ehtiyatda olan zabit kimi, təhsil işçisi kimi DSX-ya məxsus hərbi hissələrdə oluram. Həm Qazax istiqamətində, həm Cəbrayıl və Zəngilan istqiamətlərində, həm də işğaldan azad edilən digər ərazilərəimizdə  yerləşən hərbi hissələrdə olan zaman şəxsi heyətə yardılan şəraitlə tanış olmuşam. Bu səfərlər zamanı şahid olmuşam ki, hərbi hissələrin maddi-texniki bazası, şəxsi heyət üçün yaradılan şərait müasir tələblər səviyyəsindədir.

DSX rəhbərliyi bu gün də məlum işğaldan azad olunmuş ərazilərdə  mühüm addımlar atmaqda, görülən işləri daha da genişləndirməkdədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında DSX mühüm yeniliklərə imza atır və görülən bu işlər heç şübhəsiz təqdirəlayiqdir.

44 günlük Vətən Müharibəsində tarixi zəfərin əldə edilməsində DSX-nın mühüm rolu olub. Cəbrayıl, Zəngilan və digər yaşayış məntəqlərləimizin düşmən işğalından azad edilməsində sərhədçilər mühüm rol oynayıb, böyük qəhrəmanlıqlar göstərib. DSX-nın bir çox hərbi qulluqçusu Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi qəhrəmanı” adı, “Rəşadət” ordeni, “Qarabağ” ordeni, habelə digər orden və medallarla təltif olunub. DSX-nın şəxsi heyəti müharibənin ilk günündən əzmkarlıqla döyüşüb, böyük igidiliklər göstəriblər. DSX-nın Çevik Hərəkət Qüvvələri bizim xüsusi təyinatlılarla birlikdə işğaldakı torpaqlaırn azad edilməsi uğrundakı döyüşlərin ön səfində yer alıb, zəfər bayrağımızı işğaldan azad edilən torpaqlarda qaldırıb.

Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu biabırçı şəkildə geri çəkildi, öz silah-sursatını ataraq qaçdı. Hansı ki, onların da həmin ərazilərdə sərhəd zastavaları var idi. Bu zastavalardakı düşmən hərbçiləri də öz postlarını qoyaraq qaçmağa başladılar. DSX-nın bir sıra zastavaları məhz Ermənistan hərbçilərinin qoyub qaçdığı zastavaların yerində qurulub. Ali Baş Komandan da bu zastavaların açılışında  şəxsən  iştirak etdi, görülən işləri yüksək qiymətləndirdi.

Bu gün   Dövlət Sərhəd Xidmətinin rəisi   general-polkovnik Elçin Quliyevin  rəhbərliyi altında Dövlət Sərhəd Xidməti  dünyanın ən modernləşmiş hərbi qürumlar  sırasındadır. Məhz, general polkovnik Elçin Quliyev  ulu öndər Heydər Əliyev tərəfindən sərhəd qoşunları komandanı  təyin olunmasından bu günədək Azərbaycan sərhədçilərimizin  keçdiyi inkişaf yolu göz qabağındadır. Fəxrlə   söyləmək olar ki, Dövlət Sərhəd Xidmətinin  bir çox  dövlətlərin sərhəd xidməti  qurumları ilə faydalı, qarşılıqlı əlaqələrin qurulmasında  və   möhkəmləndirilməsində, böyük innovativ başlanğıclara  imza edərək , bu sahədə uğurlu nəticələr və müsbət göstəricilərə   nail olmuşdur. Dövlət Sərhəd Xidmətinin şəxsi  heyəti   ilbəil öz professional bilik və bacarıqlarını artıraraq bu gündə Vətənimizin sərhədlərinin mühafizəsini  yüksək mətinlik və şərəf hissi ilə həyata keçirirlər.Vətənimizin  həmsərhəd ərazilərində  hərbi qulluqçularımızın sərhəd mühafizəsini yüksək döyüş və mənəvi-psixoloji ruh yüksəkliyində  aparılması üçün   müasir  infrastruktur, texniki avadanlıqlar yaradılmışdır.Sərhədçilərimiz  erməni ordusu ilə üzbə-üz duraraq vəzifə borclarını layiqincə yerinə yetirirlər.Bu onu göstərir ki,Dövlət Sərhəd Xidmətinin  rəisi general polkovnik Elçin Quliyevin bacarıqlı və səriştəli  rəhbərliyi  altında sərhədçilərimiz istənilən döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarındadır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışından sitat  gətirmək istəyirəm:”Sərhəd qoşunlarında Vətənpərvərlik ruhu çox yüksəkdir. Bu da çox önəmlidir. Mən hər dəfə sərhədçilərlə görüşəndə, vəziyyətlə tanış olanda bunları görürəm. Bilin ki, mən bundan sonra da Azərbaycanın Sərhəd Qoşunlarının inkişafına öz töhfəmi verəcəyəm, bu məsələlərə daim böyük diqqətlə, qayğı ilə yanaşacağam. Biz hamımız Azərbaycanda Sərhəd Qoşunlarının daha da inkişafına çalışmalıyıq.”

Yazının   sonunda   Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini  DSX-nin rəisi general –polkovnik Elçin Quliyev  başda  olmaqla   səmimi qəlbdən təbrik edirəm və sərhədlərimizin etibarlı mühafizəsində  uğurlar  və müvəffəqiyyətlər    arzulayıram.

Mürsəl Qurbanov

2022-08-05 14:06:00
3972 baxış

Digər xəbərlər

Mingəçevir şəhər veteranlar təşkilatının sədri vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Mingəçevir şəhər Veteranlar Təşkilatının sədri Ələm Rza oğlu Məmmədovun vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!

Hamısını oxu
Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”

Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, müharibə veteranlarının, qazilərin, ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndərin Quzanlı qəsəbəsinin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, veteran hərəkatının inkişafında göstərdiyi xidmətlərdən, veteran təşkilatlarının yaradılmasından, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən, veteranlara dövlət qayğısının artırılmasından, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından geniş söhbət açıblar. Sonda Ulu Öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.          

Hamısını oxu
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Respublika Veteranlar Təşkilatının dəstəyi ilə veteranlarla tələbələrin görüşü keçirilib

Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanov, Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev, eləcə də, universitetin müəllim və tələbə kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında məlumat verdi, xüsusən son illərdə Təşkilatın Respublikada gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində, dövlət siyasətinin təbliği, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Ermənistanın qəsbkar, işğalçı kimi tanıdılması,  dünyada sülhün və əminamanlığın qorunub saxlanması üçün həyata keçirmiş olduğu işləri diqqətə çatdırdı. Veteranlara və Respublika Veteranlar Təşkilatına ölkə rəhbərliyinin xüsusi etimadını vurğulayan C.Xəliov üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldikərini bildirdi. Əhalinin sosial təminatının yaxşılaşdırılmasına dair qanun layihələrində veteranların nəzərə alınması, onların problemlərinin qısa zamanda həll edilməsi Prezident cənab İlham Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi. Gəncləri vətənpərvər olmağa səsləyən C.Xəlilov: “Azərbaycan xalqı vətənpərvər, igid, qəhrəman xalqdır. Vətənpərvərlik bizim üçün müqəddəs amaldır. Bizə babalarımızdan qalan vətən sevgisi birliyimizin, məğrurluğumuzun təcəssümüdür. Hər zaman xalqımızın igid oğul və qızları vətənin keşiyində dayanıb, yağı düşməndən torpaqlarımızı qoruyublar. Hər iki dünya müharibəsində, Əfqanıstan və eləcə də Qarabağ savaşlarında qəhrəmanlıqlar göstərib, azərbaycanlı adını layiqincə daşıyıblar. Əziz tələbələr, adlarını iftixarla çəkdiklərimiz qəhrəman oğul və qızlarımız hər birimiz üçün əzizdirlər. Onları unutmamalı, onların həyat və fəaliyyətləri bizlər üçün örnək olmalıdır. Vətən üçün canından keçən, həyatını vətənə həsr edən insanların fəaliyyətini öyrənib, yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Torpaqlarımızın 20 faizi ermənistanın işğalı altındadır. Tarixən bizə düşmənçilik edən mənfur qonşumuz Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni xalqını ölümə sürükləyən “Böyük Ermənistan” xəyalları ilə gənclərini faşizm ideologiyasında tərbiyə edir.  Biz dünyada sülhü əminamanlığı, bütün dünya xalqları ilə dostluğu təbliğ etdiyimiz halda Ermənistan bunların tam əksini həyata keçirir. Qonşu dövlətlərə ərazi iddiası, düşmənçilik siyasəti ilə məkrli planlar qurur.  Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Gündən-günə güclənən ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır. Maddi texniki təminatı və ixtisaslı kadr potensialı deyilənlərin əyani sübutudur. Aprel döyüşlərində və Naxçıvanda həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar  zamanı  əldə etdiyimiz qələbə düşməni və onun havadarlarını sözün əsl mənasında sarsıtdı. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsi, onun Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməliyik. Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək olmalı Azərbaycanı daha da irəliyə aparmağı bacarmalıyıq. Bu missiyanı həyata keçirməkdən ötrü hər birimizin üzərinə böyük məsuliyyət düşür. Yüksək təhsilə yiyələnməli, elm-texnologiya əsrində beynəlxalq aləmdə layiqli yerimizi tutmalıyıq. Siz gənclər sahib olduğunuz ixtisasların bütün sirrlərinə bələd olmalısınız. Sizə bu yolda uğurlar və müvəffəqiyyətlər arzulayıram”. II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov keçdiyi döyüş yolundan,   Azərbaycan xalqının II Dünya müharibəsində Qələbənin əldə edilməsində göstərdiyi fədakarlıqlardan danışdı. Həm ön cəbhədə igid döyüşçülərimizin, həm də arxa cəbhədə xüsusən Bakı neftçilərinin, azərbaycanlı alimlərin danılmaz əməyini tələbələrin diqqətinə çatdırdı. “Sevindirici haldır ki, bügün hər bir sahədə Azərbaycan nailiyyətlər əldə edib. Bunlar yorulmaz əməyin və tariximizdən gələn əzmkarılığın, əməksevərliyin nəticəsidir. Siz gələcəyin həkimləri, elm xadimləri olacaq dünya elminə  tövhələrinizi verəcəksiniz... Bir faktı xatırlamaq istəyirəm ki, II Dünya müharibəsində Azərbaycanda 28 hərbi hospital fəaliyyət göstəribdir. Azərbaycan həkimləri on minlərlə yaralının sağlamlığına qovuşmasında əllərindən gələni əsirgəməyiblər. Əziz tələbələr, biz veteranlar sizin bacarığınıza inanır, xalqımızın qəhrəman, əməksevər, əzmkar fəaliyyətini davam etdirəcəyinizə inanırıq”. Digər çıxış edənlər polkovnik Elşad Şabanov və polkovnik Bəhram Atakişiyev gənclərə XX əsr Azərbaycan tarixi, erməni faşizmi və terroru haqqında məlumat veriblər. Gəncləri vətəni sevməyə, vətənpərvər olmağa səsləyiblər. Daha sonra təhsildə fərqlənən universitetin bir qrup əməkdaşı Respublika Veteranlar Təşkilatı tərəfindən mükafatlandırılıb.  Sonda veteranlarla tələbələr birgə xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçısı Tofiq Hüseynov vəfat edib

101 yaşlı müharibə veteranı Tofiq Hüseynov vəfat edib.  Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Tofiq Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınların dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!      

Hamısını oxu