Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”

Cəlil Xəlilov: “Heç kim ölkəmizi “abidə müharibəsi”ndə ittiham edə bilməz!”

“Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun  Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyi şərh yanlış və qərəzlidir:

“Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidə müharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət və ehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini ilə yanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bunun isbatıdır.

Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilər tərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiri istiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davam etdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı, hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidə torpaqlarımız işğal altında olanda Rusiya sülhməramlıları tərəfindən  Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizin razılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizin suveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinki doğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanın guya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimi dəyərləndirilməsi yanlış və qərəzlidir”.

Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanın maraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb:

“Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq və mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, bu istiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilində nəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir. Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənət adamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki, bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinə olan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidə müharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndə ittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir.

Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu gün ölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün “abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalı dönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə də İkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə də olsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübut edir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlı səsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsiz açıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdən başqa heç nəyə yaramır”.

Seymur ƏLİYEV

 

2025-08-03 10:16:49
2926 baxış

Digər xəbərlər

Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib. Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar. Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri xanım əməkdaşları təbrik etdi

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.   Pandemiyaya qarşı mübarizə qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibəti ilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova da qadınları 8 mart münasibəti ilə təbrik edib, tarixin bütün dönəmlərində Azərbaycanın qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdığını, xalqımızın, dövlətimizin inkişafı üçün hər hansı fədakarlıqdan çəkinmədiyini bildirib. Həmçinin, qeyd olunub ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan xanımlara bayran münasibəti ilə təbrik məktubu ünvanlanıb.   Xoş ovqat əsnasında keçən tədbirdə Respublika Veteranlar Təşkilatının xanım əməkdaşlarına gül dəstələri təqdim edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib.  İclası açıq elan edən Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov 2026-cı ildə görülməsi nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Daha sonra müzakirəyə çıxarılan iş planını iştirakçılara təqdim edilib, planla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib. Sonda Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla Təşkilatın 2026-cı il üçün iş planı təsdiq edilib.  

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Fatma Səttarovanı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib

Bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri  Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarovanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.   Təbrikə görə qonaqlara öz minnətdarlığını bildirən Fatma Səttarova Azərbaycan cəmiyyətində qadınlara hər zaman böyük hörmət və ehtiram göstərildiyini, dövlətin idarə edilməsində qadınların yaxından iştirak etdiyini vurğulayıb.   Görüşdə cəmiyyətdə qadınların artan rolundan məmnunluqla bəhs olunub, yaxın gələcəklə bağlı plan və layihələr müzakirə edilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti    

Hamısını oxu