Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Cəlil Xəlilov kimi şərəfli yol keçmiş müharibə veteranları gənc nəsilin hərbi vətənpərvərlik ruhunda böyüməsində örnəkdirlər

     Mən ehtiyatda olan zabit kimi, son günlər cumhuriyyet.az saytında şərəfli yol keçmiş Əfqanıstan, Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələri və Təhlükəsizlik orqanları veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilova qarşı ədalətsiz və böhtan xatakterli yazılara münasibət bildirərək demək istəyirəm ki, şərəfli döyüş yolu keçmiş vətənpərvər bir zabitə qarşı, həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatların yayılmasından böyük təssüf hissi keçirirəm.          Xatrlatmaq istəyirəm ki, mən 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Əfqanistanın Bədəxşah viləyyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda  iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəsdəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla  tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəsdəsində xidmət edən sərhədçi  həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi xarakterezə edərək təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirak edərək gösdərdiyi igidliyi və sücayəti haqqında eşidikdə onunla qürur duydum.        Sovetlər birliyi dağıldıqdan sonra, Cəlil Xəlilov da 1991-ci ildə könüllü olaraq vətənnə dönərək keçmiş döyüşçü zabit kimi Azərbaycan Republikası təhlükəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaranmasında yaxından iştirak etdi. Cəlil Xəlilov müxtəlif, yüksək vəzifələrdə xidmət göstərərək Azərbaycan Republikası Silahlı Qüvvələrinin tərkibində bu qoşun növünün formalaşmasında bilik və bacarığını əsirgəməmişdir.      1993-cü ildə Lənkaran şəhərində Əlikram Hümbətovun başçılığı altında Talış-Muğan Respublikası kimi qondarma qurumun yaradılması cəhdlərinin qarşısının alınmasında, qiyamın yatırılmasında Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi Cəlil Xəlilovun xüsusi rolu olmuşdur. O, Əlikram Hümbətovun bandasının və özünün tərkisilah edillərək həbs olunması əməliyyatına bilavasitə rəhbərlik edən şəxslərdən biri olmuşdur. Mən o vaxt Talış Muğan separatçılarına qarşı keçirilmiş əməliyatda mayor Cəlil Xəlilovun dövlətçiliyə göstərdiyi dəyərli və əvvəzsiz xidmətlər barədə Azərbaycan Republikası Milli Təhlükəsizlik Nazirliyinə raportla məlumat vermişdim.        Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi vətənimiz uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, Böyük Vətən Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsinin veteranlarına diqqət və qayğı ilə yanaşaraq, veteranların hörmətini qazanmışdır.       Cəlil Xəlilov xarici ölkələrdə keçirilmiş Beynəxalq tədbirlərdə Respublika Veteranlar Təşkilatını təmsil edərək, erməni separatçılarına qarşı çəkinmədən çıxışlar etmiş, tarixi faktlarla Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırmışdır.      Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində, ölkədə Veteran Hərəkatının genişlənməsində və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında yaxından iştirak edən ən fəal veteranımızdan biridir.            Ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Resublikası Sərhəd Qoşunlarında və Azərbaycan Silahli Qüvvələrindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək döyüş medalları və Fəxri Fərmanlarla təltif olunmuşdur.   Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvələrinin Veteranları, ehtiyatda olan hərbiçilər və keçmiş döyüşçülərlə birlikdə Azərbaycan Resublikası Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər an səfərbər olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda yenidən döyüşlərə qatılmağa hazır olan vətənpərvər zabitlərimizdn biridir.         Şərəfli ömür yolu keçmiş və Vətənə bu gün də layiqincə xidmət edən, ehtiyatda olan polkovnik Cəlil Xəlilov kimi döyüşçü veteranlarımız gənc nəsilin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında həmişə örnəkdirlər.      SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri əməkdaşı, Əfqanıstan, Qarabağ müharibələri, Müstəqil Dövlətlər Birliyinin Döyüş əməliyyatları, Azərbaycan Republikası Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov.   

2016-11-21 00:00:00
4314 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Gənclər Günü ilə bağlı görüş keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə şəhər 8 saylı məktəb-liseydə müharibə veteranları ilə məktəblilərin görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan rayon Vetetanlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman görüş iştirakçılarını 2 Fevral-Gənclər Günü münasibətilə təbrik etdikdən sonra qeyd edib ki, ölkəmizin gələcək qurucuları olan gənclərimizə dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin  tapşırığı ilə 1996-cı ildə I Gənclər forumu keçirilib. 1997-ci  ildən isə məhz onun sərəncamıyla ölkəmizdə 2 Fevral Gənclər günü kimi qeyd olunur. Tədbirdə Daxili Qoşunların Xüsusi Təyinatlı  Qrupunun zabitləri Kamran Əskərov, İlqar Mehdiyev, Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad filialının sədri Maşalla Əliyev keçdiyi şərəfli  döyüş yolundan danışıb, maraqlı cəbhə xatirələrini söyləyiblər. Bu günki gəncliyin vətənpərvərlik ruhunda   böyüməsinə böyük önəm verilməsini xüsusi vurğulayıblar. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İman Abdulla şəhidlər haqqında qələmə aldığı "Zirvələrə ucalanlar" kitabını necə araya-ərsəyə gətirdiyindən söz açıb və həmin kitabdan bir neçə şerini oxuyub. Tədbirin sonunda Veteranlar Təşkilatı adından görüş iştirakçılarına vətənpərvərlik mövzusunda  yazılmış kitablar hədiyyə olunub.  

Hamısını oxu
Qəhrəmanlıq Zirvəsinə Ucalan Ömür – Məmməd Mərdanov!

Vətən uğrunda canından keçənlər millətin yaddaşında əbədi yaşayır. Qazax rayonunda keçirilən ziyarətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin rayon sədri Azər Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranlarını təmsil edən ictimai birliyin rayon sədri Xasay Balayev, şəhid ailələri və qazilər bir araya gələrək qəhrəmanların xatirəsini ehtiramla yad etdilər. Bu görüş xalqın öz igidlərinə sədaqətinin ifadəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən danışan Azər Məmmədov bildirdi ki, şəhid ailələrinin dərdini azaltmaq mümkün olmasa da, onların yanında olmaq hər birimizin mənəvi borcudur. Çünki bu qələbə qəhrəmanların qanı ilə yazılıb. Belə igidlərdən biri də Məmməd Ələddin oğlu Mərdanovdur. 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan Məmməd sadə, zəhmətkeş və vətənpərvər bir gənc idi. Taleyinə isə ən uca zirvə – şəhidlik yazıldı. 22 sentyabr 2021-ci ildə Barxudarlı və Sofulu kəndlərinə texnika ilə yol açarkən minaya düşərək şəhid oldu. Bir gün sonra doğma kəndində torpağa tapşırıldı. Məmməddən iki qız və bir oğul yadigar qalıb. Onun adını yaşadan bulaq isə doğma kəndində daim axaraq qəhrəman ömrünün rəmzinə çevrilib. Görüş zamanı şəhid atası Ələddin Mərdanov övladı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Məmməd Mərdanovun ömrü qısa, amma şərəfli oldu. O, adını tarixə qanı ilə yazdı. İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu torpağın azadlığı uğrunda canından keçənlərin adı daim qürurla çəkiləcək.  Şəhidlər ölməz, Vətən bölünməz.  

Hamısını oxu
“Hər hansı referendum və ya parlament seçkisinə heç bir ehtiyac yoxdur”

Hikmət Babaoğlu: “Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var” “Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil”. Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili pandemiya şəraitində görülən işlərə diqqət çəkib, bütün qurumlar kimi Milli Məclisin də pandemiya şəraitində uğurla fəaliyyət göstərdiyini qeyd edib: “Hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”. Seymur ƏLİYEV

Hamısını oxu