Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları!

Zəfərin səsi bu gün Azərbaycanın hər nəfəsindən ucalır. 8 Noyabr Azərbaycan xalqının qürur, şərəf və birlik günüdür. Bu gün təkcə bir bayram deyil, həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də ömrünü Vətənin səmasına, torpağına və bayrağına həsr etmiş əsl sərkərdə - general-mayor Zaur Rüstəmovdur.

Zaur Rüstəmovun ömür yolu sədaqətin, fədakarlığın və peşəkarlığın dastanıdır. O, sanki səmanın qoynunda Baba Dağının, Küpüc Dağının zirvələrindən ucalan yel kimi böyüyüb. Mavi göyləri özünə məbəd, Vətəni isə müqəddəs and yerinə çevirib. Azərbaycanın mavi səmasını qorumaq, onu düşməndən müdafiə etmək yalnız cəsarət deyil, həm də bilik, dəyanət tələb edir. Bu çətin, amma şərəfli missiyanı general-mayor Zaur Rüstəmov illərdir mərdliklə və qürurla yerinə yetirir.

Səma azadlığın, gücün və qürurun rəmzidir. Bu səmanın qəhrəmanları isə millətin şərəf tarixini yazan igidlərdir. General-mayor Zaur Rüstəmov həmin igidlərdən biridir. Onun adı Zəfərin ucalığında, Vətən səmasının mavi qatlarında əbədi həkk olunub.

Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. İlk təhsilini doğma kənd məktəbində alan Zaur Rüstəmov uşaqlıqdan Vətən sevgisi ilə yaşayırdı. Bu sevgi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə 1992-ci ildə dövlətimizin göndərişi ilə Türkiyəyə - hərbi aviasiya təhsilinə apardı.

1996-cı ildə Vətənə dönən Zaur Rüstəmov müasir Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri kimi səma keşikçisinə çevrildi. O vaxtdan bəri Azərbaycanın Hərbi Hava Qüvvələrində xidmət edir və bu yolda yüzlərlə gənc zabitə örnək olub.

Peşəkar fəaliyyəti dövründə Zaur Rüstəmov Azərbaycanın hərbi tarixində silinməz izlər qoyub. O, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 8 Noyabr Zəfər paradında səma qəhrəmanlarına rəhbərlik edərək Vətən səmasının gücünü dünyaya nümayiş etdirib.

2022-ci ilin may ayında Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalında o, “Baykar Texnologiya”nın rəhbəri Selçuk Bayraktarı müşayiət edərək MiG-29 qırıcı təyyarəsi ilə birgə uçuş həyata keçirib. Bu tarixi an həm qardaşlığın, həm də Azərbaycan aviasiyasının gücünün rəmzinə çevrilib.


  25 iyun 2022-ci ildə Prezidentin sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib, 7 noyabr 2024-cü ildə isə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının müavini -Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub. O, xidmətlərində göstərdiyi igidliyə və peşəkarlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən dəfələrlə mükafatlandırılmışdır.

Zaur Rüstəmovun sinəsində parlayan “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları bu xalqın ona olan dərin minnətdarlığının və ehtiramının təcəssümüdür.

Zaur Rüstəmov kimi igidlər sayəsində bu gün Azərbaycanın səması azad, bayrağımız uca, xalqımızın ruhu yenilməzdir. Onun həyatı göstərir ki, səma həm də ruhun azadlığına açılan qapıdır. Zəfərin səsi səmalardan gəlir - o səs Zaur Rüstəmov kimi qəhrəmanların ürək döyüntüsündə, Vətən sevgisində və hər addımında yaşayır.

Xalqımız onun kimi oğulları ilə qürur duyur. Çünki Zaur Rüstəmov kimi qəhrəmanlar yalnız torpağı deyil, xalqın ruhunu, Vətənin namusunu qoruyurlar. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan güclənir, bayrağımız səmalarda dalğalanır, Zəfərin səsi nəsillərin qəlbində əbədi yaşayır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

2025-10-16 11:52:39
5444 baxış

Digər xəbərlər

Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü Nizami rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 iyun 2021-ci il tarixində  Nizami  rayonunda tədbirdə iştirak  edib.   26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir Nizami Rayon İcra Hakimiyyətinin akt zalında baş tutub. Tədbirdə Nizami rayon VT-nın sədri Yəhya Ağayev, müavini  Nəcəf Ağayev, Birinci Qarabağ müharibəsi döyüşçülərindən “Azərbaycan Bayrağı Ordeni”-nə layiq görülən Məhəd Tağıyev, Mübariz Məmmədəliyev, Hacı Ramiz, Azad Hüseynov, Aydın Qafarov, 44 günlük Vətən müharibəsi döyüşçülərindən Sübhan Abdullazadə,Tural Əlizadə və digər veteranlar iştirak edib.   Tədbiri Nizami rayon VT-nın sədri Yəhya Ağayev açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib. Polkovnik 103 il əvvəl yaradılan ordumuzdan, ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.   O, bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyev  ikinci dəfə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıb, müasir Azərbaycan ordusunun memarına çevrilib.   Adil Haqverdiyev bildiirb ki, 44 günlük Vətən müharibəsi və “Dəmir yumruq” əməliyyatı Azərbaycan ordusunun nə qədər güclü və yenilməz olduğunu göstərdi.   Polkovnik çıxşının sonunda şəhidlərə rəhmət diləyib, veteranlara cansağlığı arzulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib. Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov,  rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Hamısını oxu
İlham Əliyev Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi. Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. President.az    

Hamısını oxu
Seyfulla Qasımov" kitabının təqdimatı keçirilib

Bu gün "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən "SEYFULLA QASIMOV" kitabının təqdimatı keçirilib.Trend-in məlumatına görə, Elşad Həsənov və Azər Səlimovun müəllifliyi ilə ərsəyə gələn kitab Azərbaycanın Təhlükəsizlik orqanlarının polkovniki, "Azərbaycan bayrağı" ordenli, əfsanəvi əks- kəşfiyyatçı, mərhum Seyfulla Qasımovun əziz xatirəsinə həsr olunmuş, onun omür və xidmət yolundan bəhs edir. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Seyfulla Qasımov Azərbaycanın müstəqilliyinin ilk illərində, çətin dövrdə xidmət edib və dövlətçiliyimiz üçün böyük işlər görüb. “O dövlət təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni maksimum edirdi və Azərbaycan dövləti də onların xidmətini heç zaman unutmayacaq”, - deyə o, qeyd edib.   Elşad Həsənov isə çıxış edərək qeyd edib ki, Seyfulla Qasımov fədakarlıq məktəbinin gözəl nümunələrindən biridir. “Seyfulla Qasımov ilə tələbəlik dövründən tanış olmuşam. O, fədakar insan idi. O zaman Milli Təhlükəsizlik Nazirliyində ilk dəfə “Azərbaycan Bayrağı” ordenini Ulu Öndər Heydər Əliyev Seyfulla Qasımova verib. O bizim orqanda bir fenomen idi. Bu gün təqdimatına yığışdığımız kitab Seyfulla Qasımov haqqında bir xatirədir. Təəssüf ki, Seyfulla Qasımov bu günləri görmədi. Bu kitab Seyfulla müəllimin ruhunu şad edəcək”, - deyə o əlavə edib. Digər çıxışçılar da Seyfulla Qasımovun fəaliyyəti haqqında fikirlərini bildirərək əlavə ediblər ki, bu kitab Seyfulla Qasımovun xatirəsinə bir ehtiramdır. Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil alıb. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnib.1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışıb. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləyib. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışıb.  

Hamısını oxu