Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qarabağ” ordenli Mais Bərxudarov

 Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü və xalqımızın əzəməti uğrunda canından keçən şanlı oğullarımızın adları tariximizin əbədi səhifələrinə həkk olunub. 8 Noyabr – Azərbaycanın həmrəyliyi və milli qüruru günüdür. Bu gün xalqımızın böyük qələbəsinin və qəhrəmanlığının şərəfli günüdür.

Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu; Prezident İlham Əliyev – milli birlik və ərazi bütövlüyümüzün təminatçısı; Qarabağ döyüşlərinin digər qəhrəmanları Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və başqaları kimi dahi şəxsiyyətlər xalqımızın əbədi minnətdarlığını qazanıblar.

Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu, Prezident İlham Əliyev– milli birlik və ərazi bütövlüyümüzün təminatçısı, Qarabağ döyüşlərinin igid sərkərdələri Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və adları xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış digər qəhrəman oğullarımız kimi şəxsiyyətlər, bu torpağın əbədi şərəf dastanına çevriliblər.Onların hər biri Azərbaycan xalqının qəlbində igidliyin, vətənpərvərliyin və fədakarlığın rəmzidir. Bu qəhrəmanlar bir amalın azad və güclü Azərbaycanın ucalığı naminə döyüşərək öz adlarını tariximizin ən möhtəşəm səhifələrinə yazıblar.Onların qəhrəmanlığı nəsillər üçün örnək, Vətən sevgisinin və dövlətə sədaqətin əbədi təcəssümüdür.

General-mayor Mais Bərxudarov peşəkar hərbiçi kimi Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olan general, döyüşlər başlayan kimi özü də əsgərlərlə birgə birbaşa döyüşlərdə iştirak edib. Şahidlərin dediklərinə görə, o, tankın üzərində, ön cəbhədə olmaqla bütün əsgərlərini ruhlandıraraq “Arxamca, irəli!” əmri verib və böyük qələbəyə nail olub.

Mais Bərxudarov 1998-ci ildən mayor kimi daim ön cəbhədə, döyüş xəttində şərəflə xidmət edib. Ulu öndər Heydər Əliyev şəxsən onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. Ordenin təqdimatı zamanı Heydər Əliyev ona üçotaqlı mənzil hədiyyə ediləcəyini də bildirmişdir.Ulu öndərə təşəkkürünü bildirən zabitimiz demişdir:“Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəs və şərəflidir. Lakin mənə bağışladığınız evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm.”

İkinci Qarabağ müharibəsində isə general Bərxudarov müharibənin ilk günlərində çox ağır qəlpə yaraları almasına baxmayaraq, döyüşü tərk etməyib. Həkimlərin dediyinə görə, onun yaraları hospitalda müalicə olunmalı idi, amma o, imkan tapdığı qədər yaralarını gizlədərək sığınacaqlarda, döyüş şəraitində mübarizəni davam etdirib. Yorğunluğa və ağrılara baxmayaraq, bir gün belə yataqda qalmayıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti ilə seçilən Mais Bərxudarov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 9 dekabr 2020-ci ildə isə “Qarabağ” ordeni ilə mükafatlandırılıb. 4 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “general-leytenant” ali hərbi rütbəsi verilib.

2016-cı ilin aprel döyüşlərində korpus komandiri olaraq, Lələtəpə yüksəkliyinin və onlarla kilometrlərlə ərazinin azad edilməsində şəxsi rəhbərliyi və cəsarəti ilə önəmli rol oynayıb. Erməni silahlı qüvvələrinin çoxsaylı bölmələrini məhdud sayda əsgər və zabitlərlə məhv edib, düşmənin qüvvələrini sıradan çıxarıb.

Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medallarla təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır.

Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”medalları ilə təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır.Bu ailə əsl vətənpərvərlik məktəbidir bir ananın üç oğlu, üç igid övladı Vətən uğrunda çiyin-çiyinə xidmət edib. Onlar təkcə ailələrinin deyil, bütün Azərbaycanın qürurudur. Bərxudarov qardaşları xalqımızın “Vətən üçün can vermək – şərəf, torpaq uğrunda döyüşmək  namusdur” amalını öz həyatı ilə təsdiqləyiblər.Bu ailənin timsalında biz Vətənə sədaqətin, igidliyin və qardaşlıq ruhunun nə qədər böyük bir güc olduğunu görürük. Onlar göstərdilər ki, Vətən sevgisi bir ailənin damarlarında qan kimi dolaşa bilər və o qan bu torpağa sədaqət, mərdlik və qürur gətirər.

Bugün biz Zəfərin səsini ucaldır, bu böyük qələbənin memarları olan hər bir qəhrəmanı təbrik edir və onlara dərin ehtiramımızı bildiririk.Mais Şükür oğlu Bərxudarovu və bütün Qarabağ qazilərini Qələbə münasibətilə ürəkdən təbrik edir, onlara sağlamlıq və yeni uğurlar arzulayırıq!

Azərbaycanın əbədi qələbəsi naminə, Zəfərin səsi hər zaman ucalacaq!

 

 

2025-11-03 13:21:12
1720 baxış

Digər xəbərlər

II Dünya Müharibəsi veteranı 103 yaşında vəfat edib

II Dünya Müharibəsi iştirakçısı, veteran, hərbi hava qüvvələri podpolkovniki  Timçenko İvan İvanoviç 10 oktyabr tarixində vəfat edib. O, 15 yanvar 1918-ci ildə Rusiya Federasiyasının Primorsk vilayətində anadan olub. İ.Timçenko SSRİ Silahlı Qüvvələrində uzun müddət xidmət edib, hərbi pilot kimi Krım uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və orden, medallara layiq görülüb. İvan İvanoviç Timçenkonun vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.    Ветеран Второй мировой войны скончался в возрасте 103 лет Участник Второй мировой войны, ветеран Военно-воздушных сил подполковник Тимченко Иван Иванович скончался 10 октября. Он родился 15 января 1918 года в Приморской области Российской Федерации. И.Тимченко долгое время служил в Вооруженных Силах СССР, в качестве военного летчика героически сражался в боях за Крым, был награжден орденами и медалями. В связи с кончиной  Тимченко Ивана Ивановича члены Президиума Организации Ветеранов Войны, Труда и Вооруженных Сил выражают глубокие соболезнования семье и близким.

Hamısını oxu
“Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıyıq”

Cahangir Məmmədli: “Bu, bizim gələcək qələblərimizin təminatçısıdır”   “Bütün vətəndaşlarımız, o cümlədən jurnalistlərimiz, media mənsubları 44 günlük Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıdır”.   Bunu Moderator.az-a açıqlamasında media üzrə ekspert, professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, birlik amili 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən əsas amil olmaqla yanaşı, bundan sonrakı qələbələrimiz üçün də başlıca amildir:   “44 günlük Vətən müharibəsində xalqımız, o cümlədən jurnalistlərimiz ordumuzun,  Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşfi. Birliyimiz düşmən üzərində tarixi qələbəmizi təmin etdi. Məhz birlik amili qısa zamanda düşmənin darmadağın edilməsi, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsinə səbəb oldu. Bu gün həmin birliyin bərpa edilməsi, qorunub saxlanılması olduqca vacibdir. Bizim gələcək qələbələrimiz, əldə edəcəyimiz uğurlar bu amildən asılıdır. Bunsuz hansısa uğura nail olmağımız mümkün deyil.   İnanıram ki, jurnalistlərimiz bundan sonra da bu birliyə, həmrəyliyə sadiq qalacaq, gələcək qələbələrimizə mühüm töhfələr verəcəklər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib. 

Hamısını oxu
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu